Colani Əsədin cinayətkar məmurları ilə bağlı mükafat vədi etdi - onların arxasınca gedəcəyik...
13 il davam edən vətəndaş müharibəsindən sonra, noyabrın 27-də Suriyada "Heyet Tahrir Şam" (HTŞ) qruplaşmasının başçılıq etdiyi müxalif qruplar əməliyyata başlayıb və qısa zamanda Suriyanın ikinci böyük şəhəri Hələbdə, ondan sonra Həma və Homsda nəzarəti ələ keçirib. Təxminən 10 gün ərzində Dəməşqə irəliləyən qruplar Əsəd rejimini devirdilər.
"Heyet Tahrir Şam" lideri Əbu Məhəmməd Colani "Telegram"da Suriya xalqına işgəncə verən və bu olaylarda adı keçən keçmiş yüksək səviyyəli məmurların siyahısını dərc edəcəklərini açıqlayıb.
Müharibə cinayətkarlarının arxasınca gedəcəklərini və qaçdıqları ölkələrdən onların təslim edilməsini tələb edəcəklərini ifadə edən Colani, Suriya xalqına işgəncə verən cinayətkarların, qatillərin, təhlükəsizlik və ordu zabitlərindən hesab sormaqdan çəkinməyəcəklərini deyib.
Müharibə cinayətlərinə qarışan yüksək rütbəli ordu və təhlükəsizlik məmurları haqqında məlumat verən hər kəsə mükafat verəcəklərini deyən Colani, “məcburi xidmətdə olan” və “əli Suriya xalqının qanına batmamış əsgərlər” üçün əfv təklifinin davam etdiyini bildirib.
TAHİR