Kremldən Suriyadakı Rusiya bazalarının gələcəyi ilə bağlı açıqlama – bu barədə danışmaq hələ tezdir...
Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Bəşər Əsəd və ailəsinə siyasi sığınacaq verilməsi qərarını Rusiya prezidenti Vladimir Putin verib.
Peskov onu da deyib ki, azadlığa çıxan suriyalı məhbusların saxlanma şəraiti ilə Bəşər Əsədə siyasi sığınacaq verilməsini müqayisə etmək düzgün deyil. O, bu açıqlamanı Rusiyanın həbsxanalardakı suriyalı məhbusların vəziyyətini göstərən faktlardan sonra Əsədə sığınacaq vermək qərarına yenidən baxıb-baxmayacağı sualına cavab olaraq verib.
Bundan əvvəl TASS Kremldəki mənbəyə istinadən Suriyanın keçmiş prezidentinin ailəsi ilə birlikdə Moskvaya getdiyini bildirmişdi.
Suriyadakı Rusiya hərbi bazalarının təhlükəsizliyi ilə bağlı da danışan Peskov bununla bağlı Moskvanın danışıqlara apardığını və rus əsgərlərinin də lazımi tədbirlər gördüyünü bildirib. Peskov bildirib ki, Hmeymim və Tartusdakı Rusiya bazalarının gələcəyi ilə bağlı danışmaq hələ tezdir və bu ölkədə hakimiyyətə gələcək şəxslərlə müzakirə edilməlidir.
İki ölkə arasındakı razılaşmaya görə, Moskvanın 2066-cı ilə qədər Tartus və Hmeymim bazalarından istifadə etmək hüququ var.
TAHİR