KÖHNƏ VERSİYA            

“Laçın Beynəlxalq Hava Limanı bölgənin strateji əhəmiyyətini daha da artıracaq” - Vüqar Rəhimzadə

Image

Tarixi Zəfərimizdən 4 ildən artıq vaxt keçməsinə baxmayaraqonun yaratdığı reallıqlar hər an 44 günlük İkinci Qarabağ müharibəsini xatırlamağı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdərliyi ilə Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlığı və şücaəti təhlil etməyiindiki və gələcək nəsillərə çatdırmağı bir tələb kimi qarşıya qoyur

44 gündə 6 şəhərin, 5 qəsəbənin, 300-ə yaxın yaşayış məntəqəsinin, xeyli sayda strateji yüksəkliyin işğaldan azad edilməsi ədalətin təntənəsi, rəşadətli ordumuzun gücünün, qüdrətinin təqdimatı oldu. Azərbaycanın hərbi-siyasi Qələbəsinin, Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixili üçtərəfli Bəyanata əsasən Ağdam, Kəlbəcər və Laçın rayonları bir güllə atılmadan belə  ölkəmizə qaytarıldı. Dövlətimizin başçısı İlham Əliyev 1 dekabr 2020-ci il tarixdə Laçın rayonunun azad edilməsi müjdəsini xalqa çatdırarkən “Laçın rayonunun işğaldan azad olunması tarixi hadisədir. Özü də bir güllə atmadan biz Laçın rayonunu qaytardıq. Düşməni buna məcbur etdik. Döyüş meydanında əldə edilmiş parlaq qələbə bu gözəl nəticəyə gətirib çıxardı ki, üç rayonumuz - Ağdam, Kəlbəcər və Laçın bizə qaytarıldı. Biz bu rayonları bir güllə atmadan, bir şəhid vermədən qaytarmışıq” fikirlərinin davamı olaraq belə bir əminliyi də ifadə etdi ki, ölkəmiz üçün yeni dövr başlayır. Yeni quruculuq, inkişaf, azad edilmiş ərazilərimizin bərpası dövrü başlayır. Azərbaycan xalqı bu dövrdə də birlik, həmrəylik, güclü iradə göstərəcək. Azərbaycan xalqı yenə də birləşərək dağıdılmış şəhərləri, kəndləri bərpa etmək üçün əlindən gələni edəcək. Bundan sonra böyük və qürurlu xalq kimi yaşayacağıq. Beynəlxalq müstəvidə, bölgədə öz sözümüzü demişik. İstədiyimizə nail olmuşuq və  bundan sonra bizim xalqımızı təhlükəsiz və xoşbəxt həyat gözləyir. Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, 2022-ci ilin 26 avqust tarixində Müzəffər Ali Baş Komandan İlham Əliyev özünün “Twitter” səhifəsində belə bir paylaşımı da  etdi ki, bu gün, avqustun 26-da biz – azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq. Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi. Zabux və Sus kəndləri nəzarətə götürüldü.

Azərbaycan istər döyüş meydanında, istərsə də informasiya cəbhəsində sübut etdi ki, Qarabağ əzəli Azərbaycan torpağıdır. Azərbaycanlılar yox, məhz ermənilər bu torpağa gəlmədir. 30 ildə həqiqətləri görməzdən gələn bəzi dünya gücləri, nüfuzlu beynəlxalq təşkilatlar 44 gündə Prezident İlham Əliyevin xarci KİV-lərə 30-dan artıq müsahibəsi, şanlı Qələbəmizin reallıqları əsasında keçmiş Qarabağ münaqişəsinin əsl mahiyyətini öyrənməyə məcbur oldular. Prezident İlham Əliyevin Zəfərimizin əbədiləşdirilməsi istiqamətində atdığı addımlar informasiya cəbhəsində üstünlüyümüzün qorunmasında əhəmiyyətli rol oynadı. Bu gün digər ərazilərimiz kimi, Laçın rayonu da özünün sevincli günlərini yaşayır.

Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Millət vəkili qeyd edib ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın tələblərinə uyğun olaraq Laçını tərk edən ermənilər dövlətimizin onlar üçün yaratdığı şəraitdən, göstərdiyi humanizmdən sui-istifadə edərək Kəlbəcərdə törətdikləri barbarlığı, vəhşiliyi bu torpağımızda da təkrarladılar. Evlərə, meşələrə od vuran ermənilər revanşizm ideologiyasından əl çəkmədiklərini açıq şəkildə nümayiş etdirdilər. Dövlət başçısı İlham Əliyev işğaldan azad edilmiş ərazilərimizə səfərləri zamanı şahidi olduğu dağıntılardan bəhs edərkən hər zaman bildirir ki, dünya bu günədək necə vəhşi ilə üz-üzə olduğumuzu görsün. Kəlbəcərin və Laçının boşaldılması zamanı edilən vəhşiliklər də onların əsl simalarının təqdimatında mühüm rol oynadı. Reallıq budur ki, Ermənistan işğalçı tərəf olaraq Cenevrə konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Laçın rayonunda coğrafi adların dəyişdirilməsi, rayonun təbii resurslarının talan edilməsi və qazanc mənbəyinə çevrilməsi, əsasən, Suriyadan olan ermənilərin məqsədyönlü məskunlaşma siyasətini apararaq demoqrafik tərkibin dəyişdirilməsi kimi qeyri-qanuni əməlləri həyata keçirmişdir. Onların torpaqlarımızı boşaldarkən törətdikləri cinayətlərə dünyanın susması artıq Azərbaycan ictimaiyyəti tərəfindən təəccüblə qarşılanmadı. Çünki 28 ildən artıq dövrdə  ikili siyasətin nəticələrini yaşamışıq, işğala məruz qalan Azərbaycan olsa da Ermənistanın başına çəkilən sığallardan sanki belə qənaət yaranırdı ki, dünya, ümumiyyətlə, hüquq anlayışından xəbərsizdir. Lakin bütün hallarda Azərbaycan artıq 30 illik işğal dövrünün Azərbaycanı olmadığını həm döyüş meydanında, həm də informasiya cəbhəsində ermənilərə və onlara havadarlıq edən dövlətlərə çatdırır. Bir daha sübut olundu ki, beynəlxalq münasibətlərdə güc və hüquq anlayışları əsasdır.

Vüqar Rəhimzadə vurğulayıb ki, Azərbaycan hər zaman qarşısına qoyduğu hədəfərə doğru inamla irəliləyir və buna yüksək səviyyədə nail olur. Ermənilərin vəhşiliklərinə, vandallıqlarına rəğmən biz Laçına qayıtdıq. Tarixi Zəfərimizin reallıqları fonunda əldə etdiyimiz hər bir qələbə, uğurlu nəticə harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlını qürurlandırır. Dövlətimizin başçısı İlham Əliyev Böyük Qayıdış Proqramının uğurlu icrasından bəhs edərkən bu hədəfi açıqladı ki, 2023-cü ildə laçınlılar Laçın şəhərinə qayıdacaq. Laçın şəhərinə soydaşlarımızın qayıdışının ilk mərhələsi məhz həmin ilin 28 May-Müstəqillik Günündə reallaşdı. Qısa zamanda böyük bərpa-quruculuq işlərinin reallaşdırılması ölkəmizin iqtisadi və maliyyə imkanlarının göstəricisidir. Laçın rayonunun Zabux və Sus kəndləri də sakinlərinə qovuşan ərazilərimiz sırasındadır. Dövlətimizin başçısı İlham Əliyevin Laçın rayonuna hər bir səfəri Böyük Qayıdış Proqramının sürətlənməsinə xidmət edən mühüm addımlarla zəngindir.  Dövlətimizn başçısı İlham Əliyev çıxışlarında daim bu  xatırlatmanı edir ki, 50 yaşım tamam olanda laçınlılarla Qarabağda, Qarabağın Ağcabədi rayonunda, Taxtakörpü qəsəbəsində görüşmüşdüm. Həmin görüşdə bu əminliyi ifadə etmişdir ki, torpaqlarımız azad olunandan sonra Laçının çalçağırlı günləri, bu rayonda genişmiqyaslı bərpa-quruculuq işləri başlayacaq. Artıq Müzəffər Ali Baş Komandan İlham Əliyevin hər bir bayram günlərini, tarixi hadisələri məhz  işğaldan azad edilmiş ərazilərimizdə qeyd etməsi bir ənənəyə çevrilib.

Millət vəkili bildirib ki, işğaldan azad edilmiş Füzulidə, Zəngilanda, o cümlədən Laçında beynəlxalq statusa malik hava limanlarının inşası, Füzuli və Zəngilan Beynəlxalq Hava limanlarının istifadəyə verilməsi ilə Qarabağın və Şərqi Zəngəzurun hava qapılarının dünyaya açılması ölkəmizin həyatında mühüm tarixi hadisələr, bu torpaqların gələcəkdə böyük turizm məkanı kimi mövqeyinin möhkəmlənməsinə xidmət edən mühüm addımlardır. Laçın Beynəlxalq Hava Limanının isə 2025-ci ilin əvvəlində istifadəyə verilməsi nəzərdə tutulur. Bu mühüm addım  Laçının strateji əhəmiyyətinin təqdimatında əhəmiyyətli rol oynayır. Qısa müddətdə görülən işlərin miqyasına diqqət yetirməklə Azərbaycanın iqtisadi və maliyyə imkanlarının böyüklüyünü, xalqımızın necə qurucu xalq olduğunu aydın şəkildə görə bilərik. Onu da qeyd edək ki, 2023-cü il Azərbaycanın tarixinə ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsi ili kimi yazıldı. Belə ki, həmin ilin aprelin 23-də Laçın rayonunda, Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsinin qoyulması ərazi bütövlüyümüzün tam bərpası deməkdir. Azərbaycanın bu mühüm addımı da beynəlxalq hüquqa əsaslanır.

Vüqar Rəhimzadə qeyd edib ki, dövlət başçısı İlham Əliyevin “Bu gün bizim bütün arzularımız çin olub. Bu, hər birimiz üçün doğrudan da böyük xoşbəxtlikdir. Artıq müharibə arxada qaldı” fikirləri keçirilən yolun və qarşıdakı hədəflərin ümumiləşdirilmiş ifadəsidir. Hazırda qarşıda dayanan əsas vəzifə torpaqlarımızın bərpası, soydaşlarımızın Böyük Qayıdışının tam şəkildə başa çatdırılmasıdır. Uğurlu və düşünülmüş siyasətimiz bu hədəfə də yüksək səviyyədə nail olacağımıza stimul verir.







VİDEO

Paşinyanın debat çağırışına Ter-Levondan cavab - “2019-cu ilin iyun olaylarını aç”... - VİDEO

Aydın Quliyev: "Qroznıda təyyarə cinayətinin arxasında konkret şəxslər var..." - VİDEO

Rusiya İranın çox istədiyi layihəni maliyyələşdirməyə tərəddüd edir... - VİDEO

Dünyanın "strateji idarəedicisi" İlham Əliyevlə görüş istəyini reallaşdırdı...

Hərbi cinayətdə ittiham olunan ermənilərin ziyan vurduğu 531 min azərbaycanlı kimlərdir...

Abdolbari Gözəlin sərvəti kim(lər)ə qalacaq?...

SON XƏBƏRLƏR

23.01.2025 | 21:22
Saxta erməni tarixinin izlərini qədim Babilistan yazılarına aparıb çıxardılar...

23.01.2025 | 21:07
Baydenlə Blinkenin “907-ci nankorluğu” ABŞ xristianlarının diqqətində...

23.01.2025 | 20:52
Paşinyan Bakıda məhkəməsi gedən erməniləri şok fikirlərlə müdafiə etdi...

23.01.2025 | 20:39
"Zəngəzur dəhlizi ABŞ-a verilir" - iddia...

23.01.2025 | 20:25
Qərbi azərbaycanlı şəhidlər Xocalı soyqırımından sonra cəbhəyə könüllü getdi - Hicran Zülfiyev...

23.01.2025 | 20:11
Baydenin Trampla Bakının arasına buraxdığı daha bir problem - USAİD...

23.01.2025 | 20:07
Leyla Əliyeva Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib - FOTO

23.01.2025 | 19:58
SOCAR-ın xarici aeroportda sərmayə qərarı nə qədər qazanclı olacaq...

23.01.2025 | 19:44
Misilsiz layihə - 3 ölkənin qaz və elektrik sistemləri birləşdirilir, Azərbaycan açar mövqedədir...

23.01.2025 | 19:30
Tramp Rusiyaya qarşı planlarının bəzi maddələrini açıqladı...

23.01.2025 | 19:17
Azərbaycanın "Yaşıl dəhliz" strategiyası işləməyə başladı...

23.01.2025 | 19:11
“Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Nizamnaməsi”nə dəyişiklik edildi

23.01.2025 | 19:10
Prezident bəzi fərmanlarda dəyişiklik etdi

23.01.2025 | 19:07
Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti ƏDV-dən azad edildi

23.01.2025 | 19:05
Prezident Kənd Təsərrüfatı Nazirliyi Aparatının işçilərinin say həddinin artırılması ilə bağlı sərəncam imzaladı

23.01.2025 | 18:55
Avropa Şurasında Azərbaycana qarşı növbəti düşmənçilik edildi...

23.01.2025 | 18:41
Azad rayonlarda enerji istehsalı regionların inkişafında mühüm mərhələdir...

23.01.2025 | 18:28
Kreml rəsmiləri Trampla görüş üçün əldən-ayaqdan gedir - Trampdan hələ uyğun cavab yoxdur...

23.01.2025 | 18:23
İrana casusluq edən gəmi kapitanının cəzası dəyişmədi - 16 il...

23.01.2025 | 18:14
Azərbaycanın xarici ticarətində narahatlıq yaradan göstərici - üç dəfə azalıb...

23.01.2025 | 17:58
Məhkəmə Köçəryanla Sarkisyanın Bakıya gətirilməsini tələb edə bilər...

23.01.2025 | 17:45
Britaniya Qroznıda vurulmuş təyyarəmizlə bağlı narahatdır... Niyə?

23.01.2025 | 17:32
Bakıda 5-ci sinif rus bölməsində qalmaqal...

23.01.2025 | 17:26
Azərbaycan-Gürcüstan əlaqələri qarşılıqlı hörmət və etimada əsaslanır

23.01.2025 | 17:20
Azərbaycan sahibkarları növbəti 1 il də rahat "nəfəs alacaqlar"...

23.01.2025 | 17:15
Narkotiklərin satışında ittiham edilən tiktokerə 5 il 1 ay iş verildi

23.01.2025 | 17:08
Trampdan daha bir radikal qərar - ABŞ qoşunları Avropadan çıxarılır...

23.01.2025 | 16:55
Sosial şəbəkələrdə tanınmış şəxslərə qarşı kiberdələduzluq edənlər yaxalandı

23.01.2025 | 16:43
Qərbi Azərbaycan İcması Ermənistan hökumətinin irqçi siyasətini sərt şəkildə qınadı

23.01.2025 | 16:36
Ceyhun Bayramov Cahit Bağcını qəbul etdi

23.01.2025 | 16:26
Zelenski 2022-də İstanbul razılaşmalarının niyə pozulduğunu açıqladı - Ukraynada biri mənə Putindən ultimatum gətirdi…

23.01.2025 | 16:15
Qəhrəmanlıq zirvəsinə ucalanlar

23.01.2025 | 16:08
Trampdan Putinə təhdid kimi xəbərdarlıq - müharibəni dayandırın, yoxsa... mənim başqa yolum qalmayacaq

23.01.2025 | 15:58
MOK Makronun saxta medalları ilə bağlı Beynəlxalq Olimpiya Komitəsinə müraciət etdi

23.01.2025 | 15:24
Polis Nəsimidə əməliyyat keçirdi, 16 kiloqram narkotik tutuldu

23.01.2025 | 15:16
Cinayətkarlıqla mübarizə üzrə Koordinasiya Şurasının sədri dəyişdirildi

23.01.2025 | 14:55
"Ukraynanın məğlub olması NATO-ya trilyonlarla dollara başa gələcək" - Baş katib

23.01.2025 | 14:30
Gəncədə 10-dan çox avtomobili soyan şəxslər yaxalandı...

23.01.2025 | 13:57
Suraxanıda mağazadan oğurluq edən şəxs saxlandı

23.01.2025 | 13:42
Paris prokurorluğu Fransa daxili işlər nazirini səriştəsizlikdə günahlandırdı...

23.01.2025 | 13:28
Tehrandakı səfirliyimizə hücumda şəhid olan Orxan Əsgərovun atası - "Biz o terrorçunun edamını istəyirik"

23.01.2025 | 13:14
Личный враг Путина на инаугурации Трампа. Почему? - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

23.01.2025 | 13:06
Xaçmazda dələduzluq edənlər yaxalandı

23.01.2025 | 12:43
Prezident İlham Əliyev Ərdoğana zəng edib

23.01.2025 | 12:15
Bölgədə sülh və təhlükəsizlik Ermənistan üzərindən təhdid edilir

23.01.2025 | 12:05
Deputatlar Qarabağ yolçusudur - azad edilmiş ərazilərdə görülən işlərlə tanış olacaqlar

23.01.2025 | 12:00
Tovuzda ustanı elektrik cərəyanı vurub

23.01.2025 | 11:30
“Fənərbağça” “Lion”a, “Mançester Yunayted” “Reyncers”ə qarşı

23.01.2025 | 11:20
“Azərbaycan milli mətbuatının 150 illiyi” yubiley medalı təsis ediləcək

23.01.2025 | 11:18
Tanınmış jurnalist vəfat edib

23.01.2025 | 11:15
ABŞ-da ATIŞMA - 4 polis yaralanıb

23.01.2025 | 11:05
Miqrantlara bəd xəbər - Tramp deportasiya üçün bu Nazirliyə səlahiyyət verdi

23.01.2025 | 11:03
Ermənistan Trampa gərək olacaqmı? - CANLI

23.01.2025 | 11:00
İrandan Azərbaycana 80 kq narkotikin keçirilməsinin qarşısı alınıb

23.01.2025 | 10:30
Naxçıvanda bu idarəyə yeni rəis təyin olunub

23.01.2025 | 10:20
Bələdiyyə seçkiləri ilə əlaqədar veb-kameralara texniki nəzarət mərkəzinə baxış keçirilib

23.01.2025 | 10:14
Bakıda "Tofaş" yolu keçən qadını vurub öldürdü

23.01.2025 | 10:05
"Qarabağ" bu gün Avroliqada növbəti oyununa çıxır

23.01.2025 | 10:00
Tramp durmaq bilmir - indi də "Husilər"i terror təşkilatı elan etdi

23.01.2025 | 09:25
Avropa ərzağı Bisfenol A maddəsində saxlamağı qadağan etdi - bilirsiz bu nədir?..

23.01.2025 | 09:20
Qəzzada dağıntılar altından daha 212 nəfərin cəsədi çıxarılıb

23.01.2025 | 09:10
Bir ildə 83 milyona yaxın tibbi xidmət göstərilib - TƏBİB

23.01.2025 | 09:05
Tramp öz şəxsi mühafizə rəhbərini Məxfi Xidmətə direktor təyin edib

23.01.2025 | 09:00
Tehranda Azərbaycan və İran arasında Anlaşma Memorandumu imzalanıb

23.01.2025 | 08:39
Həcc ziyarəti azərbaycanlılar üçün buna görə bahalaşır - QMİ-nin inhisarı...

22.01.2025 | 23:27
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında İsveçrə səfərilə bağlı videoçarx paylaşılıb - VİDEO

22.01.2025 | 22:55
Azərbaycan Dünyanın Mənəviyyat Mərkəzidir - İlin 22-ci gününə sözardı

22.01.2025 | 21:27
Tramp İranla iş görən ölkələri hədələdi - İranla münasibətlərimiz necə olacaq...

22.01.2025 | 21:15
Məktəblərdə 5 gün dərs olmayacaq

22.01.2025 | 21:14
Suriya üsyançıları Putinlə Tartus sazişini ləğv etdilər...

22.01.2025 | 20:59
Tramp 1-ci dönəmdə Azərbaycanın enerji siyasətinə necə dəstək verib - yaxın tarixin gerçəyi...

22.01.2025 | 20:44
Tramp Azərbaycanla bağlı nə edəcək - "Yol xəritəsi" hazırdır...

22.01.2025 | 20:30
Bakıda məhkəməsi gedən ermənilərin "ev dustaqlığına" çıxmaq planlarının məqsədi...

22.01.2025 | 20:15
Dünyanın "strateji idarəedicisi" İlham Əliyevlə görüş istəyini reallaşdırdı...

22.01.2025 | 20:02
Hərbi cinayətdə ittiham olunan ermənilərin ziyan vurduğu 531 min azərbaycanlı kimlərdir...

22.01.2025 | 19:53
Əli Əsədov fəaliyyət müddəti başa çatan Cahit Bağçını qəbul etdi

22.01.2025 | 19:45
Tramp Makronun axırına çıxacaq - Avropa liderləri qorxuya düşüb...

22.01.2025 | 19:32
Naxçıvanda 640 baş donuz yoxa çıxıb...

22.01.2025 | 19:18
Tramp ABŞ-Ermənistan strateji sazişini ləğv edə bilər...

22.01.2025 | 19:05
Bakıda xəstənin ölümünə görə plastik cərrah həbs edildi…

XƏBƏR ARXİVİ

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031