KÖHNƏ VERSİYA            

Dövlət vətəndaşların hüquqlarının təminatçısıdır

Image

Hüquqi dövlət quruculuğunun ayrılmaz hissəsi olan vətəndaş cəmiyyəti dövlətçiliyin əsaslarının möhkəmlənməsi üçün əvəzedilməzdir. İnsan haqları və azad vətəndaş hüquqlarının əsas məğzi ondan ibarətdir ki, bütün insanlar irqindən, dinindən, mənsubiyyətindən, cinsiyyətindən asılı olmayaraq bərabər hüquqa malik olmalıdırlar. Bu beynəlmiləl qərarlar əlbəttə ki, ölkəmizdə də xüsusi diqqət ayrılan vacib məsələlərdəndir. Azərbaycan tərəfdaşı olduğu beynəlxalq konvensiyaların tövsiyə və tələblərindən irəli gələn bütün məsələlərə daima diqqət edir. Dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkədə azad vətəndaş cəmiyyətinin formalaşması və ictimai iştirakçılığın təmin olunması istiqamətində çox böyük işlər görülmüşdür. Prezidentin ictimai nəzarətin gücləndirilməsi barədə göstəriş və tapşırıqları bu sferanın inkişafına təkan verən amillərdəndir. Bu isə ölkədə azad söz, azad fikir, ədalətli məhkəmə sisteminin qurulmasının birbaşa göstəricisi kimi səciyyələndirilir, Azərbaycanın hüquqi, demokratik, dünyəvi dövlət olmasını şərtləndirir. 

  Azərbaycan Respublikası insan hüquqları sahəsində fəaliyyət göstərən nüfuzlu beynəlxalq qurumlarla əməkdaşlığı inkişaf etdirmiş, insan hüquqlarının müdafiəsi sahəsində 50-dən çox beynəlxalq sənədə tərəfdaş çıxmış və bu sahədə beynəlxalq öhdəliklərin həyata keçirilməsində mühüm nailiyyətlər əldə etmişdir. Bu baxımdan Ombudsmanın yaradılması hüquqi dövlətin formalaşmasında ən vacib elementlərindən biri kimi qəbul olunmuşdur. Hadisələrin inkişafı Azərbaycanda Ombudsman instİtutu yaradılması zərürətini gündəmə gətirmişdir.  28 dekabr 2001-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisi tərəfindən “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Konstitusiya Qanunu qəbul edildi, 5 mart 2002-ci ildə isə ölkə başçısı tərəfindən bu qanunun tətbiq edilməsi haqqında Fərman imzalandı və beləliklə də təsisatın yaradılması və fəaliyyət göstərməsi üçün hüquqi baza yaradıldı. Azərbaycan Respublikasının insan hüquqları üzrə Müvəkkili (Ombudsman) Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş, Azərbaycan Respublikasının dövlət və yerli özünüidarə orqanları, vəzifəli şəxsləri tərəfindən pozulan insan hüquqları və azadlıqlarının bərpa edilməsi bu Konstitusiya Qanunu ilə müəyyən edilmiş hallarda insan hüquqları pozuntularının qarşısının alınması üçün təsis edilmişdir. Məlumat üçün bildirirəm ki, Müvəkkilin insan hüquqlarının müdafiəsi sahəsində fəaliyyəti insanların vətəndaş hüquqlarının və azadlıqlarının qorunmasını, ona əməl edilməsini, təmini vəziyyətinin öyrənilməsini, monitorinqini və təhlilini, habelə çatışmazlıqların və pozuntuların aşkar edilməsini, pozulmuş hüquqların bərpasını və pozulmasının qarşısının alınmasını özündə ehtiva edir. Bununla yanaşı qeyd edim ki, uzun illər əvvəl Azərbaycanda təmiz ekoloji mühitin formalaşması üçün dövlət səviyyəsində verilən fərman və sərəncamlar icra edilmiş, böyük layihələr həyata keçirilmişdir. Qoruqların yaradılması, şirin su hövzələrinin, yaşıllığın qorunması, böyük çayların çirkləndirilməsinin qarşısının alınması istiqamətində uzun illərdir qanunlar işlənib hazırlanıb və mükəmməl hüquqi baza yaradılmışdır. Elə bu da insan sağlamlığını qoruyan əsas amillərdir ki, dövlətimiz bu sahəyə daima nəzarəti gücləndirir. Ermənistanın Azərbaycanda törətdiyi ekoloji “terrorun” aradan qaldırılması istiqamətində də “Qarabağa qayıdış” proqramı çərçivəsində dövlət başçısının xüsusi fərman və tapşırıqları vardır. Hələ Ulu Övdər Heydər Əliyevin rəhbərliyi dövründə qanunvericilikdə insan haqları və azad vətəndaş cəmiyyətinin formalaşması istiqamətində beynəlxalq hüquqi baza yaradılmışdır. Prezident İlham Əliyevin rəhbərliyi dövründə isə bu qanunlar təkmilləşdirilərək beynəlxalq konvensiyaları nəzərə almaqla daha da mükəmməl hüquqi baza yaradılmasına nail olunmuş, hüquqi, demokratik, dünyəvi, inkişaf etmiş bir dövlət modeli yaradılmışdır. 

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının sessiysının (COP29) Bakı bəyənnaməsi

Xatırladaq ki, Azərbaycanda 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan olunmuşdur. Elə COP29-a Azərbaycanın ev sahibliyi etməsi də onu göstərir ki, ölkədə bu sahəyə diqqət uzun illərdir vardır. Bakıda keçirilən COP29 qlobal səviyyədə dayanıqlı inkişaf və iqlim dəyişmələrinə qarşı mübarizə sahəsində meydana çıxan qolabal problemləri diqqət mərkəzinə çəkib. Qeyd etmək yerinə düşər ki, Azərbaycanın COP29-a ev sahibliyi etməsinin dayanıqlı inkişaf üzərindəki uzunmüddətli təsirləri ekoloji proqramların diqqət mərkəzində olub. Danılmaz faktdır ki, ölkəmizdə azad, təşəbbüskar, inklüziv vətəndaş cəmiyyəti formalaşıb. Məlumdur ki, bütün dünya COP29 zamanı müxtəlif formatlı, hətta kifayət qədər tənqidi mövqedə olan vətəndaş cəmiyyətinin aksiyalarını məhz Azərbaycanda izləyə bildi. İştirakçılar vətəndaş cəmiyyəti üçün yaradılan inklüziv şəraitdən məmnun qaldıqlarını dəfələrlə dilə gətirirdilər. Azərbaycanın COP29-a sədrliyi həm Mavi Zonada, həm də Yaşıl Zonada QHT-lər üçün xüsusi pavilyon ayrılmasına dəstək olmuşdu. Eyni zamanda, Konvensiya katibliyinə müraciət etməklə, bir çox QHT, həmçinin Azərbaycandan olan vətəndaş cəmiyyəti nümayəndələri Mavi Zonada müəyyən olunmuş yerlərdə aksiyalar keçirə bildilər. Beləliklə, Bakıda keçirilən COP29 bütün maraqlı tərəflərin səslərinin eşidildiyi platforma kimi yadda qaldı. Bunu bir çox ölkələr, dünya üçün ən yaxşı təcrübə hesab edir. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) yekununda qəbul edilən qərarlar bəşəriyyətin gələcəyi üçün müstəsna önəm daşıyır. Bu qərarlardan bir neçəsini qeyd edək:

 1. Bakı Maliyyə Məqsədi (BMG) barədə razılığın əldə olunması 2. 2015-ci ildən bəri ilk dəfə olaraq COP29-da Paris Sazişinin 6-cı maddəsi tam şəkildə işlək vəziyyətə gətirildi 

3. İtki və Zərər Fondu tam şəkildə institutlaşdırıldı 

4. Bakı Adaptasiya Yol Xəritəsi yaradıldı 

5. İqlim dəyişmələri ilə mübarizədə dönüş nöqtəsi 

 

Təbiətdə insan əli ilə yaradılan fəsadlar - Bəşəriyyəti məhvə sürükləyən fəlakətlər və faciələr 

 

Təbiətə və insan orqanizminə böyük təhlükə və təhdid yaradan yararsız yanacaq və tullantıların yandırılması nəticəsində meydana gələn qazlarıdır. Bu mənada iqlim dəyişikliyinə səbəb olan əsas qazlar isə karbon və metandır. Həmin zəhərli qaz avtomobillərin işlətdiyi yanacqdan və digər tullantılar yandırdıqda əmələ gəlir. Sadə dildə desək, bu qazlarının əsas mənbələri enerji, sənaye, nəqliyyat, binalar, kənd təsərrüfatı və torpaqdır. BMT-nin rəsmi məlumatlarında qeyd olunur ki, hər dəqiqə dünyada 20 nəfər müharibə, təqib, qorxu və iqlim dəyişmələri nəticəsində yaşadığı evlərini tərk edir. Son illər dünyada baş verən qlobal istiləşmə iqlim dəyişməsinin baş verdiyini göstərdi. İqlim dəyişmələrinin fəsadları onu göstərir ki, 2050-ci ilə qədər dünyada 200 milyon iqlim köçkünü qeydə alınacaq. Bu mənada 2023-cü ildəki köçkünlərin ümumi sayına nəzər yetirib, əvvəlki illrlə müqayisə etsək görərik ki, onların sayı 108,4 milyon nəfərdən 117,3 milyona yüksəlib. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) rəsmi məlumatlarına görə isə, 2024-cü ilin mayına qədər bu say 120 milyon nəfərə qədər yüksəlib. Evlərini tərk edənlərin əksəriyyəti (68,3 milyon) məcburi köçkünlərdir, 43,4 milyon nəfərin isə hətta başqa ölkələrə köç etiyi rəsmi məlumatlarda öz əksini tapıb. Dünya həyəcan təbili çalır. Bildirilir ki, ətraf mühit mühafizəçiləri qlobal istiləşmələrin və ekstremal hava şəraitinin bundan sonra da artacağını proqnozlaşdırırlar. Bu da miqrantların geniş əraziləri əhatə edəcəyinin göstəricisidir. Bu baxımdan ətraf mühitin ən böyük mühafizəçisi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının sessiyalarıdır (COP). Elə Bakıda keçirilmiş COP29 bu böhranın qarşısının alınması yollarının nəzərdən keçirilib qərarlar qəbul edilməsinə hesablanmış və təcili ölçülər götürülməsini nəzərdə tutmuşdur. İqlimşünas alimlər apardıqları tədqiqatların və müşahidələrin nəticəsində sübut ediblər ki, son 200 ildə qlobal istiləşmənin və iqlim dəyişməsinin demək olar ki, böyük əksəriyyətində insanlar məsuliyyət daşıyırlar. Son olaraq onu qeyd edək ki, sadalanan problemlərin əsasında vətəndaş məsuliyyəti və maarifləndirmə dayanır. Onu da qeyd etmək yerinə düşür ki, COP29 ərəfəsində Azərbaycanın uğurlarına kölgə salmağa yönəlmiş böhtan kampaniyaları uğursuzluğa düçar olub. Həmin kampaniyalar əksər hallarda, ölkəmizin beynəlxalq nüfuzunu sarsıtmağa, onun daxili və xarici siyasətinə dair faktları təhrif etməyə, qlobal səviyyədə nüfuzuna xələl gətirməyə hədəflənmişdi. Bu həm də azad vətəndaş cəmiyyətinə yönəlmiş bir basqı idi. Ancaq Azərbaycan Respublikasının Prezidenti başda olmaqla hər kəs səfərbər olub bu kimi təzyiq və təhdidlərin qarşısını almağa nail ola bildi.

 

 Subut Mehdiyev, araşdırmaçı jurnalist

Qeyd; Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)10 Dekabr  -Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə ənənəvi Jurnalist yazı  msabiqəsi üçün








VİDEO

Suriya azı 4 yerə bölünür... Əsəd "keçi qiymətinə" satılır - David koridoru gerçəkləşə bilər... - VİDEO

Paşinyan Azərbaycanla kiçik müharibə ssenarisi üzərində işləyir... - VİDEO

Konqresmen Pallone Bakıdan qaçdı və ABŞ da “tünd sirkə kimi partladı”... - VİDEO

Fransanın Azərbaycan iqtisadiyyatına investisiyası 1 ildə 77 dəfə artıb - inanılmaz...

Roma Papası Korsika xalqının Fransa ilə mübarizəsinə laqeyd qalmamalıdır...

Böyük layihədə dövlətin 2 faiz payının SOCAR-a verilməsi nə deməkdir...

SON XƏBƏRLƏR

13.12.2024 | 09:24
Özəl pensiya fonduna rəsmi start verildi...

13.12.2024 | 08:38
Plastik cərrahlar göbələk kimi qaynayır - Səhiyyənin gözləmə mövqeyi təəccüblüdür...

12.12.2024 | 21:17
Türkiyənin İran və Rusiyaya xəyanəti? - Duqinin sərsəmləmələri...

12.12.2024 | 21:06
Suriya erməniləri niyə Yerevana qaçmaq istəyirlər?..

12.12.2024 | 21:01
Paşinyan Konstitusiyada Müstəqillik bəyannaməsinə istinadın təzə izahını ixtira etdi...

12.12.2024 | 20:46
Fransanın Azərbaycan iqtisadiyyatına investisiyası 1 ildə 77 dəfə artıb - inanılmaz...

12.12.2024 | 20:33
Suriya normallaşmasında Azərbaycanla Türkiyənin birgə vacib işləri var...

12.12.2024 | 20:18
Makron Fransada fövqəladə vəziyyətə hazırlaşır...

12.12.2024 | 20:03
Nazirliyin ali təhsil barədə təkliflərinə bir universitet rektorundan reaksiya yoxdur...

12.12.2024 | 19:49
Ermənilər Messinin Bakıya gəlişindən odlanıblar - "Biz də acığa Ronaldonu İrəvana gətirməliyik"...

12.12.2024 | 19:32
Şəhid şair Teymur Turan - son sorağı Soltanlıdan gəldi...

12.12.2024 | 19:18
Ermənistanın Suriyada terror dayaqları məhv oldu, İrəvan muzdlu dəstələrin köməyini itirdi...

12.12.2024 | 19:04
ABŞ-ın, Rusiyanın, Avropanın Suriya siyasətinə türk faktoru yön verəcək...

12.12.2024 | 18:48
Rusiya Əsədi təslim etməsə, Hmeymim bazası ölkədən çıxarılacaq...

12.12.2024 | 18:34
Əsədin muzdlu qatilləri Qarabağda Ermənistan ordusunun sıralarında...

12.12.2024 | 18:20
Ermənistan Fransa ilə növbəti Müdafiə Əməkdaşlığı proqramını imzaladı...

12.12.2024 | 18:06
Azərbaycan ailəsində braziliyalı dayələrə və aşpazlara üstünlük(?) verilir...

12.12.2024 | 17:53
Roma Papası Korsika xalqının Fransa ilə mübarizəsinə laqeyd qalmamalıdır...

12.12.2024 | 17:40
Dövlət maraqlarının hədəfə alınması ölkənin uğurları ilə bağlıdır...

12.12.2024 | 17:27
Dövlətçiliyin xilası Heydər Əliyevin müvəqqəti atəşkəs qərarından başladı...

12.12.2024 | 17:14
Böyük layihədə dövlətin 2 faiz payının SOCAR-a verilməsi nə deməkdir...

12.12.2024 | 17:00
Peyk görüntüləri ortaya çıxdı - Rusiya Suriyadakı donanmasını geri çəkir?...

12.12.2024 | 16:52
MEDİA-nın və Audiovizual Şuranın nümayəndələri Ümummilli Liderin məzarını ziyarət ediblər - FOTO

12.12.2024 | 16:42
Ukrayna ərazisinin üçdə birini itirəcək, NATO-ya da dəvət olunmayacaq - Slovakiyanın Baş naziri bu fikirdədir...

12.12.2024 | 16:30
Kamalə Abiyevanın qələbəsi - FOTO

12.12.2024 | 16:26
Əli Əsədov Moskvada MDB Hökumət Başçıları Şurasının iclasında iştirak edib

12.12.2024 | 16:20
Gələcəyi yaradan lider

12.12.2024 | 16:09
Bakıda neçə qəzalı bina var? - Komitə sədrindən açıqlama...

12.12.2024 | 16:04
“Azərbaycanın dünyaya səs salan zəfərləri Heydər Əliyev siyasətinin təntənəsidir” - Vüqar Rəhimzadə

12.12.2024 | 15:53
Əsədin Suriyadan necə qaçdığı ortaya çıxdı - Qəddafinin taleyini yaşamaması üçün Bəşərin qarşısına bir şərt və bir plan qoyulub...

12.12.2024 | 15:50
DİN-in təşkilatçılığı ilə yol qəzalarının qarşısının alınmasına həsr olunmuş beynəlxalq iclas keçirilib - FOTO/VİDEO

12.12.2024 | 15:43
Mirzəhəsən ömrünü Vətəni üçün yaşadı... - FOTO

12.12.2024 | 15:23
Ağdamda dəmir yolu və Avtovağzal Kompleksinin istifadəyə veriləcəyi tarix açıqlandı

12.12.2024 | 15:10
"Ermənistanın yenidən silahlandırılması regionda sülhün və sabitliyin qorunmasına mənfi təsir edir" - Zakir Həsənov

12.12.2024 | 14:05
Nazir: "Sülh müqaviləsi prosesində bəlli irəliləyişlər əldə edilib"

12.12.2024 | 13:52
"Ermənistanın Konstitusiya Məhkəməsinin qərarı vəziyyəti daha da mürəkkəbləşdirir" - Ceyhun Bayramov

12.12.2024 | 13:36
"ABŞ Azərbaycan cəmiyyətində olan-qalan nüfuzunu da itirdi" - Qərbi Azərbaycan İcması

12.12.2024 | 13:15
"Ermənistanın hərbi quruculuq siyasəti üzərində ciddi məhdudiyyətlər olmalıdır" - Hikmət Hacıyev

12.12.2024 | 13:03
Месси приехал в Баку, у Амбарцума инфаркт - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

12.12.2024 | 12:52
"Zəngəzur dəhlizi ilə bağlı Azərbaycan öz ərazisində işləri sürətlə həyata keçirir" - Nazir

12.12.2024 | 12:35
DİN-in əməkdaşları Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət ediblər - FOTO

12.12.2024 | 12:22
Səhiyyə nazirindən saxta cərrahlarla bağlı açıqlama - iş Baş Prokurorluğa göndərildi...

12.12.2024 | 12:14
Hikmət Hacıyev: "Ermənistan regionda ən çox mina istehsal edən ölkələrdən biridir"

12.12.2024 | 12:05
Əli Əsədov Moskvada Ümummilli Lider Heydər Əliyevin xatirəsini yad edib - FOTO

12.12.2024 | 12:00
“Qalatasaray” və “Beşiktaş” İsveç və Norveç sınağında...

12.12.2024 | 11:56
"Ermənistana xüsusilə Fransa tərəfindən verilən silahlar ciddi narahatlıq doğurmaqdadır"

12.12.2024 | 11:43
"Avropa İttifaqının Ermənistandakı missiyasının fəaliyyəti başa çatmalıdır" - Prezidentin köməkçisi

12.12.2024 | 11:37
Dövlət və hökumət rəsmiləri Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini yad ediblər - FOTO

12.12.2024 | 11:30
Ərəblərdən Ronaldoya 155 min avroluq bahalı "oyuncaq" hədiyyəsi..

12.12.2024 | 11:11
Dövlətçiliyin xilası H. Əliyevin müvəqqəti atəşkəs qərarından başladı...

12.12.2024 | 11:10
UNESCO-nun Barselona forumunda Qərbi Azərbaycan İcmasının Qayıdış Konsepsiyası təqdim edilib

12.12.2024 | 11:05
"Üçüncü ölkənin bölgədə olması münasibətlərin normallaşmasına zərər yetirir”

12.12.2024 | 11:00
"Qarabağ" bu gün "Elfsborq" ilə qarşılaşacaq

12.12.2024 | 10:40
Hikmət Hacıyev bu tədbirdə Azərbaycanın xarici və təhlükəsizlik siyasəti haqqında danışıb

12.12.2024 | 10:37
Bakı metrosunda yenə nasazlıq yaranıb- TƏCİLİ

12.12.2024 | 10:30
İlon Maskın sərvəti 400 milyard dolları ötdü - dünya tarixində bir ilk!

12.12.2024 | 10:23
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər - FOTO

12.12.2024 | 10:15
Cənubi Koreya çalxalanır - Baş Qərargah rəisi də qovuldu

12.12.2024 | 10:08
MİLLİ-MƏNƏVİ DƏYƏRLƏRİMİZİN HİMAYƏDARI

12.12.2024 | 10:05
Salyanda ölümlə nəticələnən yol qəzası olub

12.12.2024 | 10:00
Bu gün Abşeronun və Bakının bəzi qəsəbələrində qaz olmayacaq

12.12.2024 | 09:30
Makron bu gün yeni baş nazirini elan edəcək

12.12.2024 | 09:23
Bir qulağı əzmək 50, iki qulağı əzmək 100 manata - pulun varsa gəl....

12.12.2024 | 09:20
"Yeni pandemiya ehtimalı yüksəkdir" - ÜST rəhbərindən dünyanı qorxudan BƏYANAT

12.12.2024 | 09:10
Həftəsonu “Geminid” meteor selinin piki olacaq - XƏBƏRDARLIQ

12.12.2024 | 09:05
Çempionlar Liqası: "Barselona"dan çətin qələbə, “Mançester Siti” uduzdu

12.12.2024 | 09:00
Antoni Blinken bu gün Türkiyəyə gəlir

12.12.2024 | 08:40
Sertifikasiyadan kəsilmiş müəllimlər direktor imtahanlarına qatılır - qanunsuz nəsə var?..

12.12.2024 | 08:30
Birinci vitse-prezident Mehriban Əliyeva Ulu Öndərin anım günü ilə əlaqədar paylaşım edib

12.12.2024 | 00:11
Mehriban Əliyeva Ulu Öndər Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib - FOTO

12.12.2024 | 00:05
Bu gün Ümummilli Lider Heydər Əliyevin anım günüdür

11.12.2024 | 23:15
Blinken Azərbaycanla bağlı qərəzli bəyanat verdi, XİN-dən də tutarlı cavab aldı...

11.12.2024 | 22:38
Azərbaycanda Qiymətləndiricilər Palatası yaradıldı, sədr də seçildi

11.12.2024 | 21:50
Daxili Qoşunların Hərbi İnstitutunda Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib - FOTO

11.12.2024 | 21:22
Əsəd çökən kimi Suriyanın tranzit mərkəz rolu qabardı - Qətərdən Avropaya qaz xətti...

11.12.2024 | 21:07
Ermənistanın örtülü taktikası - Azərbaycanı beynəlxalq məhkəmə iddialarından geri çəkmək istəyir...

11.12.2024 | 21:03
Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib - FOTO

11.12.2024 | 20:52
Bayden administrasiyası azərbaycanlı “jurnalistləri” belə “rasxoda” verir...

11.12.2024 | 20:37
Paşinyandan yeni pozuculuq - Azərbaycanla Sazişdə konstitusiya dəyişikliyi öhdəliyi olmasın...

11.12.2024 | 20:24
Gürcüstanda yeni prezident seçkisi ərəfəsində təlatüm yenidən qızışır...

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031