KÖHNƏ VERSİYA            

Putin Paşinyanın KTMT-yə qarşı 4 illik iddiasını bu cür vurdu...

Image

“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Qarabağda Ermənistanın tərəfində vuruşmamalı idi, çünki həmin şəraitdə bu ölkəyə xarici təcavüz edilməmişdi”. Bu barədə Rusiya prezidenti Vladimir Putin Astanada mətbuat konfransı zamanı bildirib.

Onun fikrincə, Ermənistanın KTMT-yə hazırkı münasibəti daxili siyasi problemlər və Qarabağ mövzusu ilə bağlıdır. Eyni zamanda, Putin Ermənistanın KTMT-də tam formatda işə qayıdacağını istisna etməyib.

Bilirik ki, İkinci Qarabağ müharibəsi dövründə Ermənistan KTMT-ni prosesə qatmağa çoxlu cəhdlər etdi, amma bu quruma üzv dövlətlərdən heç bir dəstək görə bilmədi. Yəni Ermənistan istədiyini bu təşkilatdan ala bilmədi. Bu səbəbdən də KTMT-yə münasibətləri soyuqlaşdı. Ermənilər umub-küsdülər ki, KTMT Ermənistana dəstək vermədi. Hətta KTMT-dən çıxacaqlarını bəyan etdilər, onun iclaslarına qatılmadılar və sair. 

Putin Astanada keçirilən mətbuat konfransında  Ermənistanın bu iddiasına qəti cavab verərək son qoydu.

Abutalıb Səmədov: “Putin Ermənistanın KTMT-nin iclaslarında iştirak etməməsini, bu hərbi blokdan narazılığını 2020-ci ilin 44 günlük müharibəsində...”

“Alyans” Strateji Araşdırmalar Mərkəzinin sədri, siyasi ekspert Abutalıb Səmədov “Bakı-Xəbər”ə şərhində “Putin Ermənistanın KTMT-nin iclaslarında iştirak etməməsini, bu hərbi blokdan narazılığını 2020-ci ilin 44 günlük müharibəsində rusların Qarabağı müdafiə etməməsi ilə əlaqələndirir. Yəni guya Ermənistan tələb edir ki, Rusiya Ermənistanın tərəfində Qarabağ uğrunda müharibədə iştirak etsin və Rusiya da iştirak etməyib. Əslinə qalanda, bu gözləntiləri yaradan Rusiyanın özü idi. KTMT-nin Rusiyadan olan baş katibi Nikolay Bordyuja dəfələrlə bəyan etmişdi ki, əgər Azərbaycan hərbi yolla işğal altında olan əraziləri azad etmək istəsə qarşısında Rusiyanı görəcək. Belə bir gözlənti yaradılmışdı və Azərbaycanın əks-hücumu başalayanda, təbiidir ki, Paşinyan da gözləyirdi Rusiya Ermənistanın yanında olacaq. Çünki söz vermişdilər. Ancaq Paşinyanın gözlədiyi olmadı. Bütövlükdə, Ermənistanın Rusiyadan narazılığını bununla əlaqələndirmək, təbiidir ki, yanlışdır. Ermənistanın narazılığı təkcə həmin 44 günlük müharibə ilə bağlı deyil”-deyə bildirdi.

A.Səmədovun sözlərinə görə, 2021-ci ildə Ermənistan iddia etdi ki, Azərbaycan ordusu Ermənistanın 200 kvadrat kilometr ərazisini guya işğal edib. “Ermənistan Rusiyadan, KTMT-dən kömək istədi, orda da arzuladığı köməyi görmədi. Sonradan Soçi danışıqları zamanı Rusiyanın qəti mövqe tutmasını və təqdim etdiyi sülh sazişinin arxasında durmasını istədi, Rusiya burda da qətiyyət göstərmədi. Yəni 2022-ci ilin sonlarına qədər Ermənistan Rusiyadan gözlədiyi köməyi ala bilmədi. Eyni zamanda, Ermənistanda KTMT-nin tədbiri keçiriləndə tələb etdi ki, bu hərbi blok Azərbaycana münasibətdə müəyyən mövqe tutsun. Yəni Azərbaycanın hansısa hərəkətlərini pisləsin. Burada da onun istədiyi alınmayandan sonra aktiv şəkildə antirus mövqeyinə keçdi və KTMT-nin işində iştirak etməkdən imtina etdi. Məsələnin kökündə dayanan budur. Ancaq Putin bunu təkcə Rusiyanın Qarabağ uğrunda müharibədə iştirak etməməsi ilə əlaqələndirir. Burda da qeyri-adi bir şey yoxdur. Biz Putinin bu cür həqiqəti təhrif edən bəyanatlarına dəfələrlə rast gəlmişik. Bir daha təkrar edirəm, əslinə qalsa, məsələnin mahiyyəti ondadır ki, Ermənistan Rusiyadan həm 2020-ci, həm 2021-ci, həm də 2022-ci ildə gözlədiyini ala bilmədi. Açıq şəkildə gördü ki, KTMT-nin üzvlərinin böyük əksəriyyəti Azərbaycana daha yaxındılar, Azərbaycanı aktiv şəkildə müdafiə edirlər və həqiqətən bu belə idi. Azərbaycan kifayət qədər iş aparmışdı və KTMT üzvləri ilə dostluq münasibətləri vardı. Bundan sonra Ermənistan istər-istəməz düşünmək məcburiyyətində qaldı ki, əgər hərbi blokdakı müttəfiqlərimin demək olar hamısı Azərbaycanın tərəfindədirsə mənim bu hərbi blokda olmağım lazımdırmı? Və qərara gəldi ki, onun işində iştirak etməsin. Uzun müddətdir Ermənistan KTMT-nin iclaslarına qatılmır, ordakı nümayəndəsini başqa işə göndərdi və yerinə heç kimi təyin etmədi, KTMT-nin maliyyələşməsində də, təlimlərində də iştirak etmir, faktiki olaraq təşkilatdan çıxıb, amma rəsmi şəkildə hələ belə bir müraciət etməyib, yəqin ki, yaxın vaxtda, əlverişli məqamda belə bir müraciət etməyi planlaşdırır. Burda Putin Ermənistanın KTMT-yə qayıtmaq imkanının mövcudluğundan danışdı. Təbiidir ki, burda belə hadisə baş verə bilməz. Paşinyanın KTMT-yə qayıtmaq ehtimalı sıfıra yaxındır. Çünki o qədər KTMT əleyhinə fəaliyyətdən, atılan addımlardan, Qərbə yaxınlaşdıqdan sonra yenidən geriyə qayıtmağa cəhd etsə, bu, Paşinyan üçün çox ciddi problemlərin yaranmasına gətirib çıxara bilər və onun bundan sonra hakimiyyətdə qalması çox çətin olar. Əgər indiyə qədər Paşinyanı hakimiyyətdən zorakılıqla uzaqlaşdıra bilməyiblərsə bunun kökündə Qərbin onu aktiv şəkildə müdafiə etməsi dayanır. Paşinyanın Qərbdən imtina etməsi, Qərbdən uzaqlaşması mümkünsüzdür. Eyni zamanda Rusiya da, KTMT-nin digər üzvləri də Paşinyana belə bir addım atması üçün ən azından  müəyyən bəyanatlarla kömək etməlidirlər. Öz səhvlərimi etiraf etməlidilər, KTMT-nin işindəki qüsurlardanmı danışmalıdırlar, bundan sonra Ermənistanın yanında olacaqlarınımı bəyan etməlidilər ki, yalnız bundan sonra Paşinyan əks istiqamətdə addımlar atsın. Ancaq bunu etməzlər. Çünki atılan addımları yanlış saymırlar, hesab edirlər ki, bugünə kimi KTMT üzvləri obyektiv, ədalətli mövqe tutublar və işğalçının yox, Azərbaycanın yanında olublar. Bu səbəbdən nə Paşinyanın bu siyasətini dəyişmək ehtimalı var, nə bundan sonra onun KTMT-nin iclaslarında iştirak etmək imkanı var, nə də KTMT üzvlərinin Paşinyanı qane edə biləcək bəyanatlar səslədirmək imkanı var. Hesab edirəm ki, yaxın vaxtlarda Qərbin təzyqiləri nəticəsində Paşinyan qəti addımlar atmaq məcburiyyətində qalacaq və rəsmi şəkildə KTMT-dən çıxdığını bəyan edəcək” - deyə A.Səmədov vurğuladı. 

Faiq Ələkbərli: “Putin bu dəfə Ermənistana qəti cavab verdi və onun bu məsələdə KTMT-dən umub-küsməsinin yersiz olduğunu bəyan etdi”

Siyasi şərhçi Faiq Ələkbərli isə “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Ermənistanın KTMT-dən incikliyinin səbəbini heç kəs Rusiya prezidenti Vladimr Putindən yaxşı bilə bilməz. “Çünki KTMT-ni yaradan Rusiya Federasiyasıdır. Ora Ermənistanın necə üzv olması da bəllidir. Ancaq Ermənistan vaxtilə Rusiya Federasiyasından dəstək görəndə heç bu dəstəyi vurğulamırdı, KTMT-dən razılıq etmirdi. Ancaq şərait dəyişdi və Azərbaycan öz torpaqlarını işğaldan azad etdi. Putin də bunu anlayır ki, Azərbaycanın işğaldan azad etdiyi torpaqlar Ermənistan torpaqları deyil, öz torpaqlarıdır. Hətta Ermənistan ərazisi də böyük ölçüdə Azərbaycan-türk torpaqlarıdır. Bu anlamda Putinin konkret olaraq Ermənistana ünvanladığı fikir həqiqəti özündə əks etdirir və bu həqiqəti heç nə dəyişməyəcək. Yəni Putin bu dəfə Ermənistana qəti cavab verdi və onun bu məsələdə KTMT-dən umub-küsməsinin yersiz olduğunu bəyan etdi” - deyə F.Ələkbərli qeyd etdi. 

İradə SARIYEVA







VİDEO

Paşinyanın debat çağırışına Ter-Levondan cavab - “2019-cu ilin iyun olaylarını aç”... - VİDEO

Aydın Quliyev: "Qroznıda təyyarə cinayətinin arxasında konkret şəxslər var..." - VİDEO

Rusiya İranın çox istədiyi layihəni maliyyələşdirməyə tərəddüd edir... - VİDEO

Azərbaycanla bağlı yanvarın sonunadək vaxt qoyuldu, Trampın Karterdən, Reyqandan nəyi kəm-kəsirdi ki...

Prezident İlham Əliyev xalqa müraciət etdi... - VİDEO/YENİLƏNDİ

Bir ildə cəmi 13 km delimitasiya, 1053 km hələ qalır - Ermənistan 2025-də nə edəcək...

SON XƏBƏRLƏR

05.01.2025 | 20:44
Kurskda qanlı döyüşlər gedir - Ukrayna ordusu rusları dayandırmaq üçün əks-hücuma başladı...

05.01.2025 | 20:10
Paşinyan Azərbaycanın həlledici rolu barədə başa düşənlərə dərin mesajlar verdi - "2024 ən dinc il oldu..."

05.01.2025 | 17:53
Qazaxda narkokuryerlik edən şəxslər saxlandı

05.01.2025 | 17:25
İran Suriyadan sonra İraqdan da qovula bilər - Tramp Bağdada xüsusi mesaj göndərdi...

05.01.2025 | 16:47
Misir İsraillə eyni cəbhədə - Qahirə husilərə qarşı müharibə hazırlığına başladı...

05.01.2025 | 16:00
“Qalatasaray”a BƏD XƏBƏR - İkardi mövsümü bitirdi!

05.01.2025 | 15:24
YAP Mərkəzi Aparatında müşavirə keçirilib

05.01.2025 | 14:33
Azərbaycandan humanitar yardım aparan avtomobillər Türkiyə-Suriya sərhədinə çatdı

05.01.2025 | 14:18
Bələdiyyə seçkiləri ilə bağlı seçkiqabağı təşviqat başlanır

05.01.2025 | 13:12
Prezident İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını təbrik etdi

05.01.2025 | 12:00
Ulduz tennisçi bu turnirdən imtina etdi - səbəbi açıqlanmır...

05.01.2025 | 11:40
ABŞ-da qar qorxusu - bəzi ştatlarda fövqəladə vəziyyət elan edilib

05.01.2025 | 11:32
Meloni Trampla görüşüb - nə müzakirə etdikləri gizli qalır...

05.01.2025 | 11:00
Qanunsuz saxlanılan odlu silah-sursat aşkarlanıb

04.01.2025 | 18:47
Qərbi Azərbaycan İcması Ermənistanın irqçi siyasətini ifşa etdi - Petrosyanın 1993-dəki çıxışı...

04.01.2025 | 17:53
Almaniyalı nazir Rusiyanı hərbi bazalarını Suriyadan çıxarmağa çağırdı...

04.01.2025 | 16:43
ABŞ narahatdır - Rusiya nüvə silahından istifadə edə bilər...

04.01.2025 | 16:10
Ermənistanın Baş Qərargah rəisinin keçmiş müavini 44 günlük müharibə ilə bağlı saxlandı

04.01.2025 | 14:43
Goranboyda narkokuryerlik edən 48 yaşlı qadın saxlandı - FOTO

04.01.2025 | 14:18
Qəzaya uğrayan AZAL təyyarəsilə bağlı istintaqın yekunlaşacağı son tarix açıqlandı

04.01.2025 | 13:30
Braziliyada AZAL-ın təyyarəsinin “qara qutu”larının açılmasına başlanıb

04.01.2025 | 12:55
Bakıda sərnişin avtobusu yük avtomobilinə çırpıldı - ölən və yaralananlar var...

04.01.2025 | 11:00
ABŞ-dan ŞOK addım - İsrailə 8 milyard dollarlıq silah satacaq

04.01.2025 | 10:30
Ötən gün 27 cinayətin üstü açılıb - DİN açıqlama yaydı

04.01.2025 | 10:20
"Burda son mövsümümdür" - Məhəmməd Salah "Liverpul"dan gedir

04.01.2025 | 10:05
Gürcüstandan ABŞ dolları ilə bağlı YENİ QƏRAR

04.01.2025 | 10:00
Bu tarixdə Trampa qarşı məhkəmə hökmü oxunacaq - aktrisanı rüşvətlə susdurmaqda ittiham olunur..

03.01.2025 | 23:28
AZAL Bakı–Kazan reysilə bağlı iddiaları təkzib etdi

03.01.2025 | 21:49
Moskva rus qazının Avropaya nəqlinin dayandırılmasına görə ABŞ-ı günahlandırdı - bədəlini ödəyəcəklər...

03.01.2025 | 20:07
Ermənistandakı pirotexniki məmulatlar anbarında yanğın olub

03.01.2025 | 19:07
Antalyada qorxulu anlar - 4,5 bal gücündə zəlzələ oldu...

03.01.2025 | 18:38
Cənubi Koreyada gərgin anlar - prezidenti həbs etmək üçün saraya minlərlə polis və xüsusi təyinatlı yeridildi

03.01.2025 | 16:57
Trampın sülh mesajları Moskvanın diqqətini çəkmədi - "...bizi maraqlandıracaq heç nə yoxdur”

03.01.2025 | 16:36
Slovakiya Zelenskiyə görə ukraynalı qaçqınlara dəstəyi azaldır...

03.01.2025 | 15:47
Bayden və ailəsinin xarici liderlərdən aldıqları hədiyyələr ortaya çıxdı - 20 min dollarlıq 7,5 karatlıq brilyant...

03.01.2025 | 14:58
Tokayev BMT baş katibi olacağı ilə bağlı şayiələrə aydınlıq gətirdi

03.01.2025 | 13:00
Qadın azarkeşi qucaqladı, yarım milyard cərimələndi - İranda skandal hadisə!

03.01.2025 | 12:10
"Milan" və "Yuventus" görüşəcəklər - bu dəfə Səudiyyə Ərəbistanında

03.01.2025 | 12:00
Bələdiyyə seçkilərində “exit-poll” keçirilməsi üçün sənəd qəbulu bu tarixdə başa çatır

03.01.2025 | 11:13
Almaniyalı nazir Dəməşq yolçusudur - Əhməd əl-Şaraa ilə görüşəcək

03.01.2025 | 11:10
20 il əvvəl İraqda necə oldusa, Suriyada da elə olacaq- sabah Ümumsuriya konfransı başlayır, sonda yenə Kürd muxtariyyatı...

03.01.2025 | 11:03
MSK seçkiqabağı təşviqat üçün ayrılmış görüş yerlərinin siyahısını açıqladı

03.01.2025 | 11:00
ABŞ bu ölkəyə 3,64 milyard dollarlıq raket satdı

03.01.2025 | 10:20
"Qara qutuların Braziliyaya göndərilməsi ədalətli istintaq üçün yeganə vasitədir" - Tokayevdən AÇIQLAMA

03.01.2025 | 10:10
Hacıqabulda dəhşətli yol qəzasında 3 nəfər ölüb

03.01.2025 | 10:00
20 yaşlı özbək futbolçu İngiltərə nəhənginin transfer hədəfində

03.01.2025 | 09:51
Bu ölkə prezidentindən Makrona çağırış - "qoşunlarını ölkəmizdən çıxart!"

03.01.2025 | 09:48
Türkiyəli aktyor özündən 22 yaş kiçik xanıma eşq elan etdi...

03.01.2025 | 09:00
Berlində baş verən partlayışda 2 polis yaralanıb

02.01.2025 | 23:46
Yeni Orleanda izdihamın üstünə sürülmüş "İŞİD avtomobili" əslində Trampa qarşı əməliyyatdır...

02.01.2025 | 23:00
Netanyahu əməliyyatdan sonra xəstəxananı tərk edib

02.01.2025 | 22:41
"Opel" Gəncədə qəza törətdi, 1 nəfər öldü

02.01.2025 | 22:30
Məşhur türkiyəli müğənni 80 yaşında vəfat etdi

02.01.2025 | 22:18
Ukraynanın üzərinə öhdəlik qoyulur - itirdiyi torpaqları hərbi yolla geri ala bilməyəcək...

02.01.2025 | 22:00
"Buna görə məyusam" - "Barselona"nın futbolçusundan ETİRAF

02.01.2025 | 21:30
İsrail ordusu Suriyanın cənubdakı ən böyük su anbarını ələ keçirdi...

02.01.2025 | 21:30
İran səfirini çağırdılar, tələb qoydular - "jurnalisti dərhal azad edin!"

02.01.2025 | 19:10
Azərbaycan XİN ABŞ-dakı hücumu pislədi

02.01.2025 | 17:47
Prezident İlham Əliyev Monteneqro Prezidentinə başsağlığı verdi

02.01.2025 | 17:16
Fransada iğtişaş - bir gecədə minə qədər avtomobil yandırıldı, 420 nəfər saxlandı...

02.01.2025 | 16:36
Bəzi plastik cərrahların tibbi təhsil sənədləri saxta imiş - rəsmən təsdiqləndi...

02.01.2025 | 16:07
Moskvada Bəşər Əsədə sui-qəsd cəhdi - zəhərlədilər...

02.01.2025 | 15:20
Bu ölkə ötən il 9,5 milyard dollarlıq silah ixrac edib

02.01.2025 | 15:07
6 iranlının edam edilməsi gərginliyə səbəb oldu - İran Səudiyyəyə nota verdi...

02.01.2025 | 14:59
Rusiyanın "qara polkovnik"i idi, 74 yaşında öldü

02.01.2025 | 14:48
Bu ölkədə narkotikaya görə cəzalar sərtləşdirildi

02.01.2025 | 14:08
Saxta pul dövriyyəsi ilə məşğul olan şəxs tutuldu

02.01.2025 | 13:20
Prezident İlham Əliyev və Mehriban Əliyeva Şahdağda “Lakeside” hotelində aparılmış işlərlə və “Xizək klubu” binasının tikintisi ilə tanış olublar - FOTO/YENİLƏNDİ

02.01.2025 | 12:41
Əhaliyə göstərilən istilik təchizatı xidmətinin tarifi dəyişdi

02.01.2025 | 12:35
Su təchizatı və tullantı sularının axıdılması sistemlərinə qoşulma xidmətinə görə ilk dəfə olaraq tariflər təsdiq edilib

02.01.2025 | 12:31
Tarif Şurası elektrik enerjisi üzrə yeni tarifləri müəyyənləşdirdi

02.01.2025 | 12:27
Təbii qaz tarifləri tənzimləndi

02.01.2025 | 12:15
Bir sıra kommunal xidmətlər və dərman vasitələri üzrə qiymətlər müəyyənləşdirildi

02.01.2025 | 11:48
Milli Qəhrəman Polad Həşimovun doğum günündə xatirəsi yad edildi - FOTO

02.01.2025 | 10:55
Formula 1 Azərbaycan Qran-prisinin vaxtı açıqlandı

02.01.2025 | 09:28
ABŞ-da sürücünün yük maşınını izdihamın üzərinə sürməsi nəticəsində ölənlərin sayı 15-i keçdi

01.01.2025 | 20:38
Afrika ölkələrindən Makrona Yeni il sürpizi - daha 3 ölkə Fransa ordusuna qapını göstərdi...

01.01.2025 | 18:37
Almaniya 9 Gürcüstan rəsmisinin ölkəyə girişini qadağan etdi

01.01.2025 | 18:06
Rusiyanın iki ölkəyə qarşı müharibə planı 10 il sonra ortaya çıxdı - nüvə obyektləri də rusların hədəfində olub...

01.01.2025 | 15:36
Azərbaycanla bağlı yanvarın sonunadək vaxt qoyuldu, Trampın Karterdən, Reyqandan nəyi kəm-kəsirdi ki...

XƏBƏR ARXİVİ

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031