Tbilisidəki toqquşmalarda 32 polis xəsarət alıb - Gürcüstan DİN məlumat yaydı
Gürcüstanın Daxili İşlər Nazirliyi paytaxt Tbilisidəki toqquşmalarla bağlı məlumat yayıb. Nazirliyin açıqlamasında deyilir ki, Tbilisidəki gecə etirazları zamanı Gürcüstanın Daxili İşlər Nazirliyinin 32 əməkdaşı xəsarət alıb.
Məlumata görə, 43 xəsarət alan polis əməkdaşından 13-nə cərrahiyyə əməliyyatı lazım olub, 1 polis hələ də xəstəxanadadır. Polisə tabe olmamaq və inzibati qaydanı pozmaq ittihamı ilə 43 nəfər saxlanılıb.
Mətləb Salahov