"Fransada kanaklı siyasi məhbuslar var" - fransız müxalifətçi deputat
Fransa Milli Assambleyasında müxalifətdə olan əsas siyasi qruplardan biri olan “Əyilməz Fransa – Yeni Xalq Cəbhəsi”nin (solçular) sədri, deputat Matilda Panot Fransanın “Franceİnfo” telekanalının canlı yayımında bəyan edib ki, Fransada siyasi məhbuslar var. Onun sözlərinə görə, hər bir ölkə öz problemləri ilə məşğul olmalıdır. SİTAT: "Bilirsiniz ki, bizdə də siyasi məhbuslar var və mən bunu deyirəm.
Bəli, bizdə siyasi məhbuslar var. Mən Kanak və Sosialist Milli Azadlıq Cəbhəsinin (FLNKS) sədrini nəzərdə tuturam və onun dərhal azad edilməsini tələb edirəm. Bu, kanaklı hazırda Kanakidən (Yeni Kaledoniya) 17 min km uzaqlıqda həbsxanadadır. Ona görə də hər bir ölkə öz daxili problemləri ilə məşğul olmalı və öz qapısının qarşısını təmizləməlidir. Bu baxımdan insan hüquqlarına hörmət edilməsi və Fransada siyasi məhbuslar olmaması yaxşı olardı".
Mətləb