17 il ildən sonra bu iki ölkə Şengen zonasına tam üzv oldu
Avropa İttifaqı (Aİ) 17 il davam edən prosesin sonunda Rumıniya və Bolqarıstanın Şengen zonasında tam üzvlüyünü dəstəkləyib. Belə ki, yanvarın 1-dən etibarən bu iki ölkə ilə Şengen zonası arasında quruda sərhəd nəzarəti ləğv ediləcək.
Rumıniya və Bolqarıstan 2007-ci ildə Avropa İttifaqına daxil olsa da, Şengen zonasına qoşulmaq üçün bir neçə şərt yerinə yetirilməli idi. Prosesin bir neçə il ərzində tamamlanması gözlənilsə də, çox uzun çəkib. 2024-cü ilin martında ölkələr "yarımçıq Şengen" əldə edərək yalnız su və hava nəqliyyatında sərhəd nəzarətini ləğv edə bilmişdi. Quru sərhədlərində pasport nəzarəti davam edirdi.
Mətləb