COP29 tərəfindən təşəbbüs edilən şəffaflıq platforması müsbət qarşılandı
COP28-nin baş müzakirəçisinin müavini İman Ustadi, Bakıda keçirdiyi səfərin yekunlarına görə, COP29 tərəfindən başlatılan "Bakı Qlobal Şəffaflıq Platforması"nı (BTP) dəstəklədiyini bildirib.
Bu barədə COP29 -un rəsmi saytında məlumat verilir.
"Bu platforma, tərəflər arasında əməkdaşlığın gücləndirilməsi üçün açar rolunu oynayır, 2 illik şəffaflıq hesabatlarının (BTR) vaxtında və effektiv təqdim olunmasını təmin edir", — Ustadi vurğulayıb.
Qeyd edək ki, Bakıda 9-11 sentyabr tarixlərində COP29 -a hazırlıq çərçivəsində keçirilən Dialoqlar tədbirində şəffaflıq gündəliyinin irəlilədilməsi və "Genişləndirilmiş Şəffaflıq Strukturunun" (Parisin İqlim Razılaşmasında əks olunub) uğurlu həyata keçirilməsi mövzusuna dəstək verilmişdir.
Noyabr ayında Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu Sessiyası keçiriləcək.
ZÜMRÜD