KÖHNƏ VERSİYA            

Ermənistanda görünməmiş proses başladı...

Image

Ermənistanda bu ilin may-iyun aylarında hökumətə qarşı kütləvi etirazlara başçılıq edən arxiyepiskop Baqrat Qalstanyan baş nazir Nikol Paşinyanı çökdürə bilmədiyinə görə tərəfdarlarından üzr istəyib. O, rejimi dəyişdirmək üçün etiraz kampaniyasını davam etdirəcəyinə də söz verib.

Apreldə Azərbaycanın xeyrinə 4 həmsərhəd kənddən geri çəkilməklə bağlı Paşinyanın qərarından sonra Qalstanyan Tavuş bölgəsində baş qaldıran və müxalifətin də dəstəklədiyi etiraz aksiyalarının liderinə çevrilmişdi. Ərazilərin qaytarılmasını əngəlləyə bilməyən arxiyepiskop Paşinyanı istefaya məcbur etmək üçün etirazçıları paytaxt İrəvana yönəltmişdi. Ancaq Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasına rəhbərlik edən Qalstanyan oktyabrda mitinqləri bərpa edərkən, az sayda etirazçı gəldiyindən, daha mitinq kerirməyəcəyini bildirmişdi. İlsonuna yaxın keçirilən mətbuat konfransında üzr istəyən arxiyepiskop bu sözləri dilə gətirib: “Etdiyim və etmədiyim işə görə üzr istəməkdən utanmıram…”. Ardınca o deyib: “Ayrı-ayrı uğursuzluqlara və yekun nəticəyə nail ola bilmədiyim üçün məsuliyyət tam mənim üzərimdədir. Uğur və qələbə sevimli xalqıma məxsusdur”. Daha sonra Qalstanyan əlavə edib ki, müttəfiqləri ilə birlikdə 2025-ci ildə Paşinyanı hakimiyyətdən kənarlaşdırmağa çalışacaq. Yanlışlarına da toxunan arxiyepiskop “təşkilati” çatışmazlıqları sadalayıb və onu dəstəkləyən qruplara həddən çox güvəndiyinə təəssüfləndiyini bildirib. Maydakı etirazlardan bəri bəzi müxalif qruplar Qalstanyanıı tənqid edir, onu hakim rejimi dəyişməkdən ötrü qətiyyətsizlikdə, aydın hərəkət planına sahib olmamaqda suçlayır. Bu tənqidləri rədd edən arxiyepiskop hazırda öz çevrəsiylə müzakirələr apardığını və uzun mübarizəyə hazırlaşdıqlarını bildirib. Burada xatırladaq ki, Paşinyan mayda etiraz aksiyalarına xarici kəşfiyyat xidmətlərinə çalışanların qatıldığını söyləmiş, hakim partiyanın bəzi üzvləri Qalstanyanı Rusiya casusu adlandırmışdı. Kanada vətəndaşlığı olan 53 yaşlı arxiyepiskopun özü bu ittihamları kinayə ilə qarşılamışdı.

İndi Baqrat Qalstanyan  hakimiyyətə qarşı mübarizənin daha qətiyyətli mərhələsinə başlaığını bəyan edir. Bu fonda o qeyd edir: “Müqəddəs Mübarizə” etiraz hərəkatının əsas səhvləri təşkilati məsələlərin həllinə vaxtın olmaması, ayrı-ayrı siyasi və qeyri-siyasi xadimlərə hədsiz etimadın göstərilməsi idi. Bizim bir sıra xadimlərə güvənirdik. Düşünürdük ki, onlar bu və ya digər şəkildə müəyyən nəticəyə gətirib çıxaracaq iş aparacaqlar. Lakin bu işlər heç vaxt həyata keçirilməyib. Eyni zamanda, mən özümü də məsuliyyətdən kənarda qoymaq istəmirəm. Mən özüm hər şeyə cavabdeh olan birinci və əsas adamam”. Baqratla yanaşı, digər siyasi qüvvələr də boş oturmayıblar. O səbəbdən gələn il Ermənistanda ictimai-siyasi hadisələrin daha gərgin məcrada davam edəcəyi gözlənilir. Bu çərçivədə Ermənistanda toplumun müxtəlif təşəbbüslərinin həyata keçirilməsi üçün yaradılmış “Hayakve” milli vətəndaş birliyinin koordinatoru Avetik Çalabyanın səsləndirdiyi fikirlər diqqəti cəlb edir. O, “Nyus.am”a müsahibəsində bildirib ki, gələn il mübarizə daha da kəskinləşəcək. A.Çalabyan qeyd edib  ki, rəhbərlik etdiyi təşkilatın ilin ikinci yarısındakı fəaliyyəti mübarizənin növbəti böyük mərhələsinə hazırlıq işləri çərçivəsində həyata keçirilib və onun proqnozlarına görə, nəticə özünü çox gözlətməyəcək: “Söhbət küçə mübarizəsindən, Paşinyanın konstitusiya referendumu keçirmək üçün mümkün istəyinə qarşı çıxmaqdan və potensial növbədənkənar seçkilərdən gedir. Biz bütün variantları nəzərdən keçiririk və Ermənistanda türkyönlü hakimiyyətin istefasına nail olmaq üçün bütün imkanlardan istifadə edəcəyik. İlin ikinci yarısında biz təşkilatımızı milli birliyə çevirdik və bu, sadəcə ad dəyişikliyi deyil. Əgər biz əvvəllər eyni təşəbbüs ətrafında birləşirdiksə, indi Ermənistanı bu hakimiyyətdən xilas etmək, yeni milli hökumət formalaşdırmaq və ölkəni böhrandan çıxarmaq məqsədilə təşəbbüslər portfeli üzərində işləyirik. Bu, daha geniş gündəmdir və daha aktiv iş tələb edir”. Bu arada hakim siyasi elitada onu da etiraf edirlər ki, Ermənistan yaxın tezlikdə Azərbaycan və Türkiyə ilə münasibətlərini normallaşdırmasa, hakimiyyətə qarşı daxildən və xaricdən təzyiqlər artacaq. Əslində bu, təəccüblü deyil. Məsələ ondadır ki, kənar qüvvələrdən asılı vəziyyətdə olan Ermənistan hakimiyyətinin müstəqil qərar qəbul etmək imkanı yoxdur. Rəsmi İrəvan artıq uzun müddətdir, Qərblə Rusiyanın maraqlarını uzlaşdırmaq məcburiyyətindədir. Bu azmış kimi, daxili müxalifət də hakimiyyəti davamlı olaraq təzyiq altında saxlayır. Belə olan halda Ermənistan üçün yeni “təhlükəsizlik çətiri”nin tapılması zərurətinin aktuallığı xeyli artıb. Bu isə regionda əməkdaşlıq mühitinin təmin olunmasından, o cümlədən, Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşmasından keçir. Yeri gəlmişkən, qeyd edək ki, Ermənistan hakimiyyəti Qərbin təzyiq və təsirləri ilə Rusiyadan, həmçinin təmsil olunduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından uzaqlaşmağa davam edir. Belə vəziyyət Ermənistanı daha da çətin duruma salır.

Tahir TAĞIYEV







VİDEO

Paşinyanın debat çağırışına Ter-Levondan cavab - “2019-cu ilin iyun olaylarını aç”... - VİDEO

Aydın Quliyev: "Qroznıda təyyarə cinayətinin arxasında konkret şəxslər var..." - VİDEO

Rusiya İranın çox istədiyi layihəni maliyyələşdirməyə tərəddüd edir... - VİDEO

Azərbaycanla bağlı yanvarın sonunadək vaxt qoyuldu, Trampın Karterdən, Reyqandan nəyi kəm-kəsirdi ki...

Prezident İlham Əliyev xalqa müraciət etdi... - VİDEO/YENİLƏNDİ

Bir ildə cəmi 13 km delimitasiya, 1053 km hələ qalır - Ermənistan 2025-də nə edəcək...

SON XƏBƏRLƏR

01.01.2025 | 18:37
Almaniya 9 Gürcüstan rəsmisinin ölkəyə girişini qadağan etdi

01.01.2025 | 18:06
Rusiyanın iki ölkəyə qarşı müharibə planı 10 il sonra ortaya çıxdı - nüvə obyektləri də rusların hədəfində olub...

01.01.2025 | 15:36
Azərbaycanla bağlı yanvarın sonunadək vaxt qoyuldu, Trampın Karterdən, Reyqandan nəyi kəm-kəsirdi ki...

01.01.2025 | 15:15
Nazir Vilayət Eyvazov İsmayıllıda vətəndaşları qəbul edəcək

01.01.2025 | 14:51
İran səfirliyinin müvəqqəti işlər vəkili Azərbaycan XİN-ə çağırıldı

01.01.2025 | 11:17
Prezident İlham Əliyev Sudanın Suveren Keçid Şurasının Sədrinə məktub göndərdi

01.01.2025 | 11:12
Prezident İlham Əliyev kubalı həmkarını təbrik etdi

31.12.2024 | 23:59
"Ümid edirəm ki, gələn il yanvarın sonlarından Azərbaycana qarşı şər, böhtan siyasətinə son qoyulacaq" - Prezident İlham Əliyev

31.12.2024 | 23:53
"Gələn il Qarabağa və Şərqi Zəngəzura qayıdacaq vətəndaşların sayı böyük dərəcədə artacaq" - Prezident

31.12.2024 | 23:53
Prezident: "Gələn il üçün hərbi büdcəmiz rekord həddə çatıb"

31.12.2024 | 23:48
Prezident İlham Əliyev bu il Azərbaycan üçün ən narahatedici məqamı açıqlayıb

31.12.2024 | 23:47
Prezident: "Bütün dünya Cənubi Qafqazda yaratdığımız yeni reallıqları qəbul edib"

31.12.2024 | 23:46
"Azərbaycan sülh, əmin-amanlıq, təhlükəsizlik və sabitlik şəraitində yaşayır" - Prezident İlham Əliyev

31.12.2024 | 23:45
Prezident İlham Əliyev xalqa müraciət etdi... - VİDEO/YENİLƏNDİ

31.12.2024 | 18:26
Təqvimlər üzərində Allahın rəqəmsal imzası var - Elmi-lədun hesablama

31.12.2024 | 16:08
DİN-dən kiberdələduzluq halları ilə bağlı xəbərdarlıq...

31.12.2024 | 14:36
"Azərbaycandakı qardaşlarımızın yanında olmuşuq və olacağıq" - Yaşar Güler

31.12.2024 | 14:01
Prezident Agentliyin bir qrup əməkdaşını təltif etdi...

31.12.2024 | 13:58
Prezident Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşlarını təltif etdi

31.12.2024 | 13:55
Röya Tağıyeva “Şərəf” ordeni ilə təltif edildi

31.12.2024 | 13:53
Tahir Budaqov “Şöhrət” ordeni ilə təltif edildi

31.12.2024 | 13:03
Surinam Prezidenti Prezident İlham Əliyevə başsağlığı verdi

31.12.2024 | 12:44
ABŞ-nin “Times” meydanında Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü aksiyası keçirilib - FOTO

31.12.2024 | 12:09
Türkiyə səfirliyi Azərbaycan xalqını Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edib

31.12.2024 | 10:55
Leyla Əliyeva və Arzu Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət ediblər - FOTO

31.12.2024 | 10:33
Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi

31.12.2024 | 00:15
Azərbaycan Yeni ili möhtəşəm Zəfər atəşfəşanlığı ilə qarşıladı

31.12.2024 | 00:10
Mehriban Əliyeva Azərbaycan xalqını Həmrəylik Günü və Yeni il münasibətilə təbrik etdi - FOTO

31.12.2024 | 00:03
Bu gün Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd olunur

30.12.2024 | 23:45
Təyyarə qəzasında xəsarət alan daha üç vətəndaşımız ölkəyə gətirildi...

30.12.2024 | 23:08
Arzu Əliyeva 2 saylı Uşaq evi sosial xidmət müəssisəsində uşaqları ziyarət edib - FOTO

30.12.2024 | 22:52
"AZAL-ın təyyarəsindəki qara qutunun iki saatlıq yaddaşı olub" - Qazaxistan rəsmisi

30.12.2024 | 21:10
Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə əlaqədar paylaşım edib - FOTO

30.12.2024 | 20:36
DİN azad ərazilərə səfər edən şəxslərə müraciət etdi

30.12.2024 | 19:44
Finlandiya Prezidenti Prezident İlham Əliyevə başsağlığı verdi

30.12.2024 | 18:07
Ermənistanın keçmiş müdafiə naziri Moskvada saxlandı

30.12.2024 | 17:41
Leyla Əliyeva STEAM İnnovasiya Mərkəzində olub - FOTO

30.12.2024 | 17:33
Bakıda 5000-dən artıq pirotexniki vasitə satan şəxs saxlandı...

30.12.2024 | 16:56
Təyyarə qəzası ilə bağlı Baş Prokurorluqdan yeni açıqlama - istintaq davam etdirilir...

30.12.2024 | 16:25
IATA təyyarə qəzası ilə bağlı bəyanat yaydı - qərəzsiz və şəffaf araşdırılmalıdır...

30.12.2024 | 15:55
Litva Prezidenti Prezident İlham Əliyevə zəng edib

30.12.2024 | 15:28
Bakı və bölgələrdə pirotexniki vasitələr satan 11 nəfər saxlandı

30.12.2024 | 14:42
Suraxanıda ödəmə terminalını soyub 5 min manata yaxın pul apardılar...

30.12.2024 | 13:52
İrandan Azərbaycana 68 kq narkotik keçirilməsinin qarşısı alındı

30.12.2024 | 13:12
"BakuBus" Naxçıvana sərnişin daşımağa başlayır...

30.12.2024 | 11:16
Azərbaycandan Suriyaya ilk humanitar yardım karvanı yola düşdü -FOTO

30.12.2024 | 09:29
Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilib - XƏBƏRDARLIQ

30.12.2024 | 09:10
Nazirlər Kabinetindən benzin və dizellə bağlı YENİ QƏRAR

30.12.2024 | 09:00
Ukrayna mediası Prezident İlham Əliyevin təyyarə qəzası ilə bağlı fikirlərinə geniş yer ayırıb

30.12.2024 | 08:44
34 min sakin - Azərbaycan üçün pis rəqəm deyil…

30.12.2024 | 08:10
60 yaşında "Beşiktaş"ın prezidenti oldu

30.12.2024 | 08:00
Cimmi Karter vəfat edib - 100 yaşında...

29.12.2024 | 22:41
Azərbaycanın Dəməşqdəki səfirliyi 12 ildən sonra yenidən açılır...

29.12.2024 | 22:27
Azərbaycandan Suriyaya ilk rəsmi səfər - Diplomatımız Dəməşqə görüş keçirdi...

29.12.2024 | 21:34
Bir ildə cəmi 13 km delimitasiya, 1053 km hələ qalır - Ermənistan 2025-də nə edəcək...

29.12.2024 | 21:18
Təyyarə qəzasına görə Azərbaycana nə qədər kompensasiya ödəniləcək?..

29.12.2024 | 21:04
Azərbaycanın Putindən gözlədiyi tək üzrxahlıq deyildi, həm də... Cəza...

29.12.2024 | 20:50
Konstitusiyamızın 30, suverenliyimizin 5 yaşı olacaq...

29.12.2024 | 20:35
Ermənistan Xankəndidə ölmüş erməni qadının tabutuna niyə sahib çıxmadı...

29.12.2024 | 20:21
Ermənistanda görünməmiş proses başladı...

29.12.2024 | 20:06
Təyyarə qəzasının səbəbləri məlum, ancaq ortada hələ də suallar var...

29.12.2024 | 19:53
2024 Ermənistanın delimitasiyaya məcbur edildiyi ildir...

29.12.2024 | 19:39
Gürcüstan prezidenti dünyadan "xəbərsiz" and içdi...

29.12.2024 | 19:25
İqtisadi inkişaf və ətraf mühitin mühafizəsi bir-biri ilə sıx bağlıdır...

29.12.2024 | 19:20
Körfəz Əməkdaşlıq Şurasının Baş katibi Prezident İlham Əliyevə başsağlığı verib

29.12.2024 | 19:18
Ukraynanın ali müftisi Prezident İlham Əliyevə başsağlığı məktubu göndərdi

29.12.2024 | 19:15
Sankt-Peterburq qubernatoru Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb

29.12.2024 | 19:12
Prezident Neft Fondunun investisiya siyasətini dəyişdirdi...

29.12.2024 | 18:59
Lukaşenko Prezident İlham Əliyevə başsağlığı verdi

29.12.2024 | 18:58
Azərbaycan-Rusiya münasibətləri barədə düşmən proqnozlar doğrulmadı...

29.12.2024 | 18:53
Rusiya vətəndaşlarının Azərbaycanda müvəqqəti olma müddəti 90 günə endirildi

29.12.2024 | 18:44
İran Ermənistanla hərbi təlimə niyə bu qədər can atır?..

29.12.2024 | 18:31
“İmralı missiyası” iflasa uğradı – Öcalanla görüşdə PKK lideri nə açıqlayıb?

29.12.2024 | 18:22
Kadırovun Çeçenistanda "matəmi" gecikmiş addımdır...

29.12.2024 | 18:09
Neft Fondumuzun xərcləri gəlirlərdən 188 milyon çox olacaq...

29.12.2024 | 17:56
Həmzət Kadırovun və Rostov aviasiya məmurlarının cinayətdə ayrıca rolu var...

29.12.2024 | 17:55
Prezident yüksəkixtisaslı miqrantlar üçün yeni güzəştlərlə bağlı qanunu təsdiqlədi

29.12.2024 | 17:53
Naxçıvanın Qaz İstismar Xidmətinin funksiyaları SOCAR-a ötürülür

29.12.2024 | 17:48
Azərbaycanda hərbi xidmətkeçmədə son yaş həddi 30-a endirildi

29.12.2024 | 17:46
Rusiyanın baş yepiskopu Prezident İlham Əliyevə başsağlığı verib

XƏBƏR ARXİVİ

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031