ABŞ-dan Zelenskiyə Kursk xəbərdarlığı - geri çəkilmə əmrini vaxtında verməlidir, yoxsa...
Ukrayna Silahlı Qüvvələri Rusiyanın Kursk vilayətində nəzarət etdikləri ərazilərin təxminən yarısını itirib və yaxın aylarda qalan bölgələri də itirmək risqi var. Bu barədə “Bloomberg” ABŞ rəsmilərinə istinadən xəbər yayıb.
“Yolun sonu göründü” deyən ABŞ rəsmiləri, Ukraynanın bu bölgələri əlində saxlamaq səylərinin hərbi qüvvə çatışmazlığı və Qərbdən gələcək silahların gecikdirilməsi səbəbindən yaza qədər davam edə biləcəyini, daha sonra isə ordunun geri çəkilməyə məcbur qalacağını proqnozlaşdırır. Ekspertlərə görə, bu vəziyyət Ukraynanın atəşkəs danışıqlarında Rusiyaya təzyiq göstərmək imkanlarını zəiflədə bilər.
Başqa ABŞ rəsmiləri isə iddia edib ki, Kiyevin Kurskdakı hücumlarında əsas məqsəd bölgəni əlində saxlamaq deyil, Rusiya üzərində mənəvi üstünlük əldə etmək olub. Rəsmiyə görə, Ukraynanın mümkün geri çəkilməsini taktiki uğur kimi təqdim etmək olar. Lakin o bildirir ki, Ukrayna prezidenti Zelenski bu prosesdə böyük itkilərə yol verməmək üçün geri çəkilmə əmrini vaxtında verməlidir.
TAHİR