KÖHNƏ VERSİYA            

Gürcüstan prezidenti dünyadan "xəbərsiz" and içdi...

Image

Yola salınan il çoxsaylı geosiyasi, geoiqtisadi kataklizmlərlə də yadda qaldı. Onların bəzilərinin təsiri gələn il ərzində də özünü göstərəcək. Bu xüsusda Ukrayna münaqişəsi yenə ön planda gəlir. Ukrayna müharibəsi qlobal münaqişəyə çevrilib. Ekspertlər qeyd edir ki, savaş Qərbi mövcud dünya düzənini sorğulayan dövlətlərin yaranmaqda olan blokuna qarşı qoyur.

Ukraynadakı müharibəni çözümə yaxınlaşdıra biləcək amil Ağ Evdə baş verəcək dəyişiklikdir. Yeni prezident Donald Tramp hələ də Rusiya ilə Ukrayna arasında sülh razılaşmasına vasitəçilik etməyə hazır olduğunu deyir. Ekspertlər bildirir ki, Rusiya prezidenti Vladimir Putinin münaqişəni bitirməyə razılığı iki başlıca amildən asılı olacaq: Birincisi, ölkəsinin iqtisadi durumunun uzunmüddətli savaşı sürdürməyə yol verə bilməyəcəyini Rusiya prezidentinin anlamasıdır. İkincisi isə, Putinin Ukraynaya hərbi basqıdan siyasi təsir və destabilizasiya yoluna keçməyə hazır olmasıdır. Belə sülh altında Ukraynanın gələcəyi Qərb tərəfdaşlarının güvənlik təminatlarından və Ukrayna cəmiyyətinin Rusiyanın sabitliyi pozmaq cəhdlərinə - məsələn, gələcək prezident seçkiləri zamanı dezinformasiya axınına, - dirəniş gücündən asılı olacaq. Ancaq Putin savaşı sürdürmək üçün yetərli resursu olduğunu düşünsə, münaqişə, heç sözsüz, 2025-ci ildə və hətta ondan sonra da davam edəcək. Ancaq Britaniyanın "Financial Times" qəzeti yazır ki, Donald Tramp Ukraynaya təhlükəsizlik zəmanəti vermədən onu sülh sazişi bağlamağa məcbur edə bilər. Məqalədə deyilir ki, nizamlanma ABŞ, Rusiya və Çin arasında böyük sövdələşmə formasında baş tutacaq. Razılaşmanın şərtlərinə görə, ABŞ-ın bir sıra təsir dairələrindən imtina edəcəyi iddia edilib. “Berliner Zeitung” qəzeti yazıb ki, Ukraynadakı münaqişənin həlli ilə bağlı danışıqlar Rusiya və ABŞ arasında aparılmalıdır. Nəşrin məlumatına görə, kritik məsələlər ikitərəfli qaydada müzakirə olunacaq.

Ukrayna ilə yanaşı, dünya siyasətinə Cənubi Qafqaz prosesləri də təsir etməkdə davam edəcək. Hələ bir il öncə Ermənistanla Azərbaycan arasında sülh çox yaxın görünürdü. Hər iki tərəf saziş imzalamağa, az qala, hazır olduğunu dilə gətirmişdi. Əsas məsələlərin çoxunda razılığa gəlinmişdi. İndi məsələ, demək olar, İərəvanın günahı üzündən eyni nöqtədədir. Ermənistanla Azərbaycan hələ də sülh sazişinin bəzi məqamlarını dartışır. Bununla yanaşı, Qafqazda diqqət Gürcüstana yönəlib. Oktyabrda keçirilən parlament seçkilərinin həlledici olacağı əvvəldən gözlənilirdi. Ancaq seçkidən sonra meydana gələn böhran heç kimin gözləmədiyi qədər təhlükəli vəziyyət yaradıb. Müxalifət və etirazçılar seçkinin nəticələrini qəbul etməkdən boyun qaçırırlar. Onlar nəticələrin qeyri-legitim olduğunu deyirlər. Hökumətin etirazları yatırmaq üsulu artıq Gürcüstanın postsovet dövründəki ən sərt tədbirlər kimi tarixə düşüb. Dekabrın 29-da prezidentlik müddəti başa çatan Salome Zurabişvili postu tərk etmək istəməsə də sonda mövqeyini dəyişməli oldu. Onun hökumətlə toqquşmasının nəticəsi ağır ola bilərdi. Ənənəvi olaraq, Gürcüstanın əsas tərəfdaşları olan ABŞ və Avropa gücləri ilə münasibətlər pisləşməyə davam edir. Hazırda istər hökumət, istərsə müxalifət və etirazçılar güzəştə getmək niyyətində olmadığından hər hansı proqnoz vermək çətindir, ancaq bir ildən sonra Gürcüstan siyasəti indi olduğundan çox fərqli görünəcək. Dekabrın 29-da Gürcüstanın yeni prezidenti Mixail Kavelaşvilinin andiçmə mərasimi keçirilib. Gürcüstan parlamentinin binasında keçirilən mərasimdə Gürcüstanın baş naziri, nazirlər, parlamentin sədri və deputatlar, Mərkəzi Seçki Komissiyasının sədri və üzvləri, 300 nəfərlik Seçici Kollegiyasının üzvləri iştirak ediblər. Mərasimə, həmçinin "Hakim Gürcü Arzusu-Demokratik Gürcüstan" Partiyasının qurucusu və fəxri sədri Bidzina İvanişvili, partiyanın sədri İrakli Qaribaşvili, Baş katib Kaxa Kaladze və digər rəsmi şəxslər, ictimaiyyət nümayəndələri qatılıblar. Yeni prezidentin andiçmə mərasiminə xarici ölkələrdən qonaqlar, eləcə də Tiflisdə akkreditasiya olunmuş diplomatik korpusun nümayəndələri dəvət olunmayıb. Gürcüstanın baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili isə qeyd edir ki, ölkə müstəqil inkişafını dvam etdirəcək: “Gürcüstana qarşı tətbiq edilən sanksiyalar ölkə iqtisadiyyatına investisiyaların cəlb edilməsinə mənfi təsir göstərsə də, ABŞ ilə münasibətlərin yenidən qurulması səbəbindən vəziyyət dəyişə bilər”. Onun sözlərinə görə, Qərblə münasibətlərin pisləşməsi fonunda ABŞ və Avropa ölkələrində hökumət üzvlərinə və ayrı-ayrı məmurlara qarşı şəxsi sanksiyalar tətbiq edilir: “Bundan əlavə, Avropa Komissiyası diplomatik pasportlardan istifadə edən Gürcüstan vətəndaşlarının Aİ-yə girişinin qadağan edilməsini tövsiyə edib. Təbii ki, sanksiyalar mənfi təsir göstərəcək, amma eyni zamanda düşünürəm ki, sonradan münasibətlərimiz keyfiyyətcə daha yüksək səviyyəyə qalxacaq”. O qeyd edib ki, Qərb Gürcüstanın hazırkı hakimiyyətini demokratiyadan geri çəkilməkdə, anti-Qərb ritorikasında və konspirasiya nəzəriyyələrinin yayılmasında ittiham edir: “Bu ittihamların heç bir əsası yoxdur. Gürcüstan demokratik yolla inkişaf edir və Avrointeqrasiyanı lazımi səviyyədə davam etdirir”.

Samirə SƏFƏROVA







VİDEO

Paşinyanın debat çağırışına Ter-Levondan cavab - “2019-cu ilin iyun olaylarını aç”... - VİDEO

Aydın Quliyev: "Qroznıda təyyarə cinayətinin arxasında konkret şəxslər var..." - VİDEO

Rusiya İranın çox istədiyi layihəni maliyyələşdirməyə tərəddüd edir... - VİDEO

Azərbaycanla bağlı yanvarın sonunadək vaxt qoyuldu, Trampın Karterdən, Reyqandan nəyi kəm-kəsirdi ki...

Prezident İlham Əliyev xalqa müraciət etdi... - VİDEO/YENİLƏNDİ

Bir ildə cəmi 13 km delimitasiya, 1053 km hələ qalır - Ermənistan 2025-də nə edəcək...

SON XƏBƏRLƏR

01.01.2025 | 18:37
Almaniya 9 Gürcüstan rəsmisinin ölkəyə girişini qadağan etdi

01.01.2025 | 18:06
Rusiyanın iki ölkəyə qarşı müharibə planı 10 il sonra ortaya çıxdı - nüvə obyektləri də rusların hədəfində olub...

01.01.2025 | 15:36
Azərbaycanla bağlı yanvarın sonunadək vaxt qoyuldu, Trampın Karterdən, Reyqandan nəyi kəm-kəsirdi ki...

01.01.2025 | 15:15
Nazir Vilayət Eyvazov İsmayıllıda vətəndaşları qəbul edəcək

01.01.2025 | 14:51
İran səfirliyinin müvəqqəti işlər vəkili Azərbaycan XİN-ə çağırıldı

01.01.2025 | 11:17
Prezident İlham Əliyev Sudanın Suveren Keçid Şurasının Sədrinə məktub göndərdi

01.01.2025 | 11:12
Prezident İlham Əliyev kubalı həmkarını təbrik etdi

31.12.2024 | 23:59
"Ümid edirəm ki, gələn il yanvarın sonlarından Azərbaycana qarşı şər, böhtan siyasətinə son qoyulacaq" - Prezident İlham Əliyev

31.12.2024 | 23:53
"Gələn il Qarabağa və Şərqi Zəngəzura qayıdacaq vətəndaşların sayı böyük dərəcədə artacaq" - Prezident

31.12.2024 | 23:53
Prezident: "Gələn il üçün hərbi büdcəmiz rekord həddə çatıb"

31.12.2024 | 23:48
Prezident İlham Əliyev bu il Azərbaycan üçün ən narahatedici məqamı açıqlayıb

31.12.2024 | 23:47
Prezident: "Bütün dünya Cənubi Qafqazda yaratdığımız yeni reallıqları qəbul edib"

31.12.2024 | 23:46
"Azərbaycan sülh, əmin-amanlıq, təhlükəsizlik və sabitlik şəraitində yaşayır" - Prezident İlham Əliyev

31.12.2024 | 23:45
Prezident İlham Əliyev xalqa müraciət etdi... - VİDEO/YENİLƏNDİ

31.12.2024 | 18:26
Təqvimlər üzərində Allahın rəqəmsal imzası var - Elmi-lədun hesablama

31.12.2024 | 16:08
DİN-dən kiberdələduzluq halları ilə bağlı xəbərdarlıq...

31.12.2024 | 14:36
"Azərbaycandakı qardaşlarımızın yanında olmuşuq və olacağıq" - Yaşar Güler

31.12.2024 | 14:01
Prezident Agentliyin bir qrup əməkdaşını təltif etdi...

31.12.2024 | 13:58
Prezident Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşlarını təltif etdi

31.12.2024 | 13:55
Röya Tağıyeva “Şərəf” ordeni ilə təltif edildi

31.12.2024 | 13:53
Tahir Budaqov “Şöhrət” ordeni ilə təltif edildi

31.12.2024 | 13:03
Surinam Prezidenti Prezident İlham Əliyevə başsağlığı verdi

31.12.2024 | 12:44
ABŞ-nin “Times” meydanında Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü aksiyası keçirilib - FOTO

31.12.2024 | 12:09
Türkiyə səfirliyi Azərbaycan xalqını Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edib

31.12.2024 | 10:55
Leyla Əliyeva və Arzu Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət ediblər - FOTO

31.12.2024 | 10:33
Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi

31.12.2024 | 00:15
Azərbaycan Yeni ili möhtəşəm Zəfər atəşfəşanlığı ilə qarşıladı

31.12.2024 | 00:10
Mehriban Əliyeva Azərbaycan xalqını Həmrəylik Günü və Yeni il münasibətilə təbrik etdi - FOTO

31.12.2024 | 00:03
Bu gün Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd olunur

30.12.2024 | 23:45
Təyyarə qəzasında xəsarət alan daha üç vətəndaşımız ölkəyə gətirildi...

30.12.2024 | 23:08
Arzu Əliyeva 2 saylı Uşaq evi sosial xidmət müəssisəsində uşaqları ziyarət edib - FOTO

30.12.2024 | 22:52
"AZAL-ın təyyarəsindəki qara qutunun iki saatlıq yaddaşı olub" - Qazaxistan rəsmisi

30.12.2024 | 21:10
Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə əlaqədar paylaşım edib - FOTO

30.12.2024 | 20:36
DİN azad ərazilərə səfər edən şəxslərə müraciət etdi

30.12.2024 | 19:44
Finlandiya Prezidenti Prezident İlham Əliyevə başsağlığı verdi

30.12.2024 | 18:07
Ermənistanın keçmiş müdafiə naziri Moskvada saxlandı

30.12.2024 | 17:41
Leyla Əliyeva STEAM İnnovasiya Mərkəzində olub - FOTO

30.12.2024 | 17:33
Bakıda 5000-dən artıq pirotexniki vasitə satan şəxs saxlandı...

30.12.2024 | 16:56
Təyyarə qəzası ilə bağlı Baş Prokurorluqdan yeni açıqlama - istintaq davam etdirilir...

30.12.2024 | 16:25
IATA təyyarə qəzası ilə bağlı bəyanat yaydı - qərəzsiz və şəffaf araşdırılmalıdır...

30.12.2024 | 15:55
Litva Prezidenti Prezident İlham Əliyevə zəng edib

30.12.2024 | 15:28
Bakı və bölgələrdə pirotexniki vasitələr satan 11 nəfər saxlandı

30.12.2024 | 14:42
Suraxanıda ödəmə terminalını soyub 5 min manata yaxın pul apardılar...

30.12.2024 | 13:52
İrandan Azərbaycana 68 kq narkotik keçirilməsinin qarşısı alındı

30.12.2024 | 13:12
"BakuBus" Naxçıvana sərnişin daşımağa başlayır...

30.12.2024 | 11:16
Azərbaycandan Suriyaya ilk humanitar yardım karvanı yola düşdü -FOTO

30.12.2024 | 09:29
Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilib - XƏBƏRDARLIQ

30.12.2024 | 09:10
Nazirlər Kabinetindən benzin və dizellə bağlı YENİ QƏRAR

30.12.2024 | 09:00
Ukrayna mediası Prezident İlham Əliyevin təyyarə qəzası ilə bağlı fikirlərinə geniş yer ayırıb

30.12.2024 | 08:44
34 min sakin - Azərbaycan üçün pis rəqəm deyil…

30.12.2024 | 08:10
60 yaşında "Beşiktaş"ın prezidenti oldu

30.12.2024 | 08:00
Cimmi Karter vəfat edib - 100 yaşında...

29.12.2024 | 22:41
Azərbaycanın Dəməşqdəki səfirliyi 12 ildən sonra yenidən açılır...

29.12.2024 | 22:27
Azərbaycandan Suriyaya ilk rəsmi səfər - Diplomatımız Dəməşqə görüş keçirdi...

29.12.2024 | 21:34
Bir ildə cəmi 13 km delimitasiya, 1053 km hələ qalır - Ermənistan 2025-də nə edəcək...

29.12.2024 | 21:18
Təyyarə qəzasına görə Azərbaycana nə qədər kompensasiya ödəniləcək?..

29.12.2024 | 21:04
Azərbaycanın Putindən gözlədiyi tək üzrxahlıq deyildi, həm də... Cəza...

29.12.2024 | 20:50
Konstitusiyamızın 30, suverenliyimizin 5 yaşı olacaq...

29.12.2024 | 20:35
Ermənistan Xankəndidə ölmüş erməni qadının tabutuna niyə sahib çıxmadı...

29.12.2024 | 20:21
Ermənistanda görünməmiş proses başladı...

29.12.2024 | 20:06
Təyyarə qəzasının səbəbləri məlum, ancaq ortada hələ də suallar var...

29.12.2024 | 19:53
2024 Ermənistanın delimitasiyaya məcbur edildiyi ildir...

29.12.2024 | 19:39
Gürcüstan prezidenti dünyadan "xəbərsiz" and içdi...

29.12.2024 | 19:25
İqtisadi inkişaf və ətraf mühitin mühafizəsi bir-biri ilə sıx bağlıdır...

29.12.2024 | 19:20
Körfəz Əməkdaşlıq Şurasının Baş katibi Prezident İlham Əliyevə başsağlığı verib

29.12.2024 | 19:18
Ukraynanın ali müftisi Prezident İlham Əliyevə başsağlığı məktubu göndərdi

29.12.2024 | 19:15
Sankt-Peterburq qubernatoru Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb

29.12.2024 | 19:12
Prezident Neft Fondunun investisiya siyasətini dəyişdirdi...

29.12.2024 | 18:59
Lukaşenko Prezident İlham Əliyevə başsağlığı verdi

29.12.2024 | 18:58
Azərbaycan-Rusiya münasibətləri barədə düşmən proqnozlar doğrulmadı...

29.12.2024 | 18:53
Rusiya vətəndaşlarının Azərbaycanda müvəqqəti olma müddəti 90 günə endirildi

29.12.2024 | 18:44
İran Ermənistanla hərbi təlimə niyə bu qədər can atır?..

29.12.2024 | 18:31
“İmralı missiyası” iflasa uğradı – Öcalanla görüşdə PKK lideri nə açıqlayıb?

29.12.2024 | 18:22
Kadırovun Çeçenistanda "matəmi" gecikmiş addımdır...

29.12.2024 | 18:09
Neft Fondumuzun xərcləri gəlirlərdən 188 milyon çox olacaq...

29.12.2024 | 17:56
Həmzət Kadırovun və Rostov aviasiya məmurlarının cinayətdə ayrıca rolu var...

29.12.2024 | 17:55
Prezident yüksəkixtisaslı miqrantlar üçün yeni güzəştlərlə bağlı qanunu təsdiqlədi

29.12.2024 | 17:53
Naxçıvanın Qaz İstismar Xidmətinin funksiyaları SOCAR-a ötürülür

29.12.2024 | 17:48
Azərbaycanda hərbi xidmətkeçmədə son yaş həddi 30-a endirildi

29.12.2024 | 17:46
Rusiyanın baş yepiskopu Prezident İlham Əliyevə başsağlığı verib

XƏBƏR ARXİVİ

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031