Lavrov Ukrayna ilə danışıqların şərtini açıqlayıb
Rusiyanın xarici işlər naziri Sergey Lavrov RİA Novosti agentliyinə müsahibəsində Ukrayna böhranı barədə danışıb. Qocaman diplomat qeyd edib ki, Rusiya hakimiyyəti Ukraynadakı münaqişənin həlli üçün danışıqlara hazırdır, lakin onlar yerlərdə real vəziyyəti nəzərə almalıdırlar. SİTAT: “Biz danışıqlara hazırıq, lakin onlar Ukrayna böhranının əsas səbəblərini aradan qaldırmağa və yerlərdə real vəziyyəti nəzərə almağa yönəldilməlidir”, - deyə nazir bildirib.
Mətləb