Cümə günü, 6 iyun 2025
     

Təyyarə qəzasının səbəbləri məlum, ancaq ortada hələ də suallar var...

Image

"Vladimir Putinin Prezident İlham Əliyevə  zəngi  və üzr istəməsi həqiqətən hava məkanımızdakı vəziyyətə görə məsuliyyətin tanınması deməkdir". Axı üzr istənilib, lakin Rusiya hava hücumundan müdafiə sisteminin günahının tanınması demək deyil — günahkarlıq məsələsini sonradan konkret ad və soyadlarla istintaq müəyyən edəcək". 

Bu fikirlər rusiyalı politoloq Aleksey Naumov tərəfindən səslənib: "Hesab edirəm ki, bu, faciənin nəticələrinin siyasi həllinin yalnız başlanğıcıdır. Həm də təzminat ödəmək üçün təqsiri etiraf etmək lazım deyil - məsuliyyəti etiraf etmək kifayətdir, buna bənzər hallar dəfələrlə özünü göstərib ("bu, bizim səmamızdır və biz burada təyyarələrin hərəkətinin təhlükəsizliyini təmin edirik"). Biz də bu hadisəni izləyirik və necə deyərlər, müttəfiqlik çərçivəsində nizamlanmaya ümid edirik".

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin dekabrın 28-də Azərbaycan prezidenti İlham Əliyevə zəng edib. Telefon danışığı əsnasında Putin dekabrın 25-də Bakı-Qroznı marşrutu üzrə uçuş yerinə yetirən Azərbaycan Hava Yollarına məxsus sərnişin təyyarəsinin Rusiyanın hava məkanında fiziki-texniki xarakterli kənar müdaxiləyə məruz qalması və nəticədə baş vermiş faciəvi hadisə ilə bağlı üzr istəyib. Azərbaycan belə hesab edir ki, təyyarə qəzasının səbəbləri ciddi və hərtərəfli şəkildə müəyyənləşdirilərək elan olunmalıdır. Bu arada xatırladaq ki, Azərbaycan və Rusiya prezidentlərinin telefon danışığının davamı olaraq, xarici işlər naziri Ceyhun Bayramov ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı aparılıb. Elə burada bir daha ölkəmzi tərəfindən diqqətə çatdılıb ki, təyyarə qəzasının səbəbləri ciddi və hərtərəfli şəkildə müəyyənləşdirilərək elan olunmalıdır. Ceyhun Bayramov təyyarəyə ilkin baxışın, təyyarə gövdəsində çoxsaylı dəliklərin olmasının, bələdçilərin və sərnişinlərin ifadələrinin təyyarənin fiziki-texniki xarakterli müdaxilə nəticəsində qəzaya uğradığı faktını təsbit etdiyini vurğulayıb. Nazir, ən qısa müddət ərzində, beynəlxalq ekspertlərdən ibarət heyətin də iştirakı ilə qəzanın səbəblərinin araşdırılması istiqamətində aparılan işin yekunlaşdırılması, qəzanın səbəblərinin ciddi və hərtərəfli şəkildə müəyyənləşdirilərək elan olunması istiqamətində Azərbaycan tərəfinin gözləntilərini qarşı tərəfin diqqətinə çatdırıb. Bununla yanaşı, başlanılmış istintaq prosesinin tam şəffaf şəkildə aparılmasının və mütəmadi qaydada ictimaiyyətə məlumat verilməsinin əhəmiyyəti qeyd olunub.

Qeyd edilənlər fonunda rusiyalı politoloq Yevgeni Mixaylov bildirir ki, Azərbaycan, Rusiya, Qazaxıstan və Braziliyadan olan ekspertlərin rəhbərlik etdiyi təhqiqat Aktau yaxınlığında təyyarə qəzasının səbəbləri ilə bağlı tam hesabat yaymazdan əvvəl Rusiya prezidenti təhqiqatın mümkün nəticəsini artıq müəyyən edərək, Əliyevə zəng etdi və üzr istədi: "O, demək olar ki, son günlər Azərbaycan cəmiyyətində cərəyan edən çətin vəziyyəti idarə etdi. Bir-birinin ardınca ziddiyyətli məlumatlar gəldi, versiyalar deyildi, guya təyyarədə oksigen balonu partladı və ya quş dəstəsi müdaxilə etdi. Təbii ki, bütün bunlar bədbəxtlik üz verənlərin şüuraltına təsir edirdi. Bu vəziyyət Rusiya-Azərbaycan münasibətlərinə xələl gətirmək üçün istifadə edənlərin müxtəlif spekulyasiyalarına əsas oldu. Bu zənglə Putin aydınlaşdırdı ki, günahkarların heç biri - istər general olsun, istərsə də yüksək vəzifəli şəxs - cəzadan qaça bilməyəcək!". Onu da qeyd edək ki, bu, Rusiyanın etdiyi səhvə görə üzr istədiyi nadir hadisələrdəndir. Dövlət və xalq olaraq, vahid mövqedən çıxış etməyimiz, eləcə də Əliyevin prinsipialığı buna nail olmağa imkan verdi. Təyyarənin vurulmasına görə Putinin üzrxahlıq etməsi məsələnin birinci mərhələsidir. İkinci mərhələ günahkarların cəzalandırılması və kompensasiyanın ödənilməsi olmalıdır. Hər halda Rusiay bunu etməlidir. Qazaxıstan Baş nazirinin müavini Kanat Bozumbayev bildirir ki,  Aktau yaxınlığında baş verən təyyarə qəzasının araşdırılmasına 17 beynəlxalq ekspert cəlb edib. Onun sözlərinə görə, Azərbaycandan 6, "Embraer" şirkətindən 2, Braziliyanın Aviasiya Hadisələrinin Araşdırılması və Qarşısının Alınması Mərkəzindən (CENIPA) 3, Dövlətlərarası Aviasiya Komitəsindən 3, Rusiya Federasiyasından isə 2 ekspert cəlb olunub. Bütün bunlar o deməkdir ki, həqiqətlər mütləq əkildə üzə çıxacaq. Böyük Britaniyanın "The Times" nəşri yazır ki, Qazaxıstandakı qəzadan əvvəlki və sonrakı videolar göstərir ki, qəlpələr təyyarənin arxa hissəsini deşərək onun qanadlarında və quyruq hissəsindəki üç paralel hidravlik sistemi sıradan çıxarıb. "The Times"ın toxunduğu digər maraqlı məqam pilotların ən yaxın hava limanına – Mineralnıye Vodıda, sonra Mahaçqalada enişə icazə istəməsi, amma onlara hava şəraitinin buna imkan vermədiyinin bildirilməsidir: "Faciənin baş vermə səbəbi, demək olar ki, şübhələrə yer qoymasa da, ortaya cavab tələb edən ciddi suallar çıxır: 1. Qroznıya yaxınlaşarkən təyyarənin pilotlarına niyə PUA-ların hücumu barədə xəbərdarlıq edilməyib? 2. Ekipajı alternativ aerodroma yönəltməyi "unudan" Qroznı Hava Limanının dispetçerlərinin diqqətsizliyinin səbəbi nədir? 3. Vurulan təyyarəyə hansı səbəbdən ehtiyat uçuş-enmə zolağından istifadəyə icazə verilməyib? 4. Pilotları "yaralanmış" təyyarəni Xəzərin üzərində uçuraraq Qazaxıstana üz tutmağa məcbur edən daha hansı səbəblər olub?".

Nahid SALAYEV



VİDEO

SON XƏBƏRLƏR

06.06.2025 / 00:29
Merz Trampı Ukraynadakı müharibəni birlikdə bitirməyə çağırdı

06.06.2025 / 00:27
Tramp Elon Maska görə, “çox məyus olduğunu” bildirdi

06.06.2025 / 00:26
Tramp Rusiyaya tətbiq ediləcək sanksiyalarla bağlı sualı cavablandırıb: “Biz çox, çox sərt olacağıq”

06.06.2025 / 00:06
Prezident İlham Əliyev Qurban Bayramı münasibətilə paylaşım edib - FOTO

05.06.2025 / 21:50
Azərbaycanın vaxtilə işğal altında olan ərazilərində “parad” üçün silahlar Ermənistandan gətirilirdi - Məhkəmədə etiraf - FOTO

05.06.2025 / 21:37
İcra hakimiyyətlərində tenderlər MMC-lərin arasında "ötür-ötür" vasitəsinə çevrilib...

05.06.2025 / 21:20
Britaniya Azərbaycanın bu sahəsinə yatırım etsə, böyük tarixi hadisə olacaq…

05.06.2025 / 21:07
Qərbi Azərbaycan İcmasına üzvlük məsələsində nə “problem” yaranıb...

05.06.2025 / 21:00
Tramp Si Cinpinlə telefon danışığının təfərrüatlarını açıqladı

05.06.2025 / 20:58
“Türk” etnonimi və törələri - YUNUS OĞUZ yazır

05.06.2025 / 20:52
Paşinyan “vətənimizin bir hissəsini itirdik” deyir, həm də sülh imzalamaq istəyir - revanş hara, sülh hara?..

05.06.2025 / 20:38
Avropa Azərbaycandan çox qaz istəyir, amma əlini hələ "daşın altına" qoymaq istəmir...

05.06.2025 / 20:24
Ermənistanda dövlət adından ittiham - "kilsə ruslara işləyir"...

05.06.2025 / 20:10
Şəhid baş leytenantı 31 ildir gözləyirik - Ağdərədə 12 əsgərlə itkin düşmüşdü...

05.06.2025 / 20:03
Levon Mnatsakanyan Aprel döyüşləri zamanı Ermənistan silahlı qüvvələrindən aldığı tapşırıqları məhkəmədə açıqladı

05.06.2025 / 19:51
Azərbaycansız İran və Rusiya bunu heç vaxt bacarmazlar...

05.06.2025 / 19:44
Azərbaycan növbəti dəfə BMT-Turizmin İcraiyyə Şurasına üzv seçildi

05.06.2025 / 19:37
Mirzəyev Azərbaycanın çox sayda QHT-sini BMT miqyasında tanıdacaq - iş başladı...

05.06.2025 / 19:23
Paşinyanın sözlərinin üstündə erməni gəncləri təlatümə gəldi…

05.06.2025 / 19:10
Bir ailədən eyni adlı və eyni soyadlı iki şəhid

05.06.2025 / 19:00
Paşinyan Ərdoğana zəng etdi - nələr müzakirə edildi...

05.06.2025 / 18:57
Rusiya aerodromlarının məhv edilməsində yerli vətəndaşlar da Zelenskiyə kömək ediblər...

05.06.2025 / 18:43
Ermənistan itkinlərlə bağlı Azərbaycanla hələ indi razılığa gəlir - səmimi olacaqmı?

05.06.2025 / 18:39
Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Biriyində görüş keçirilib

05.06.2025 / 18:29
ABŞ-ın Ukrayna siyasəti görünməmiş qeyri-müəyyənlik dövrünə girib - 500 faiz sanksiya?

05.06.2025 / 18:15
Türkiyə televiziyaları hələ də hind seriallarını təbliğ edir - ortada bu boyda düşmənçilik...

05.06.2025 / 18:01
Kiber məkanda uşaqları təhlükəli kontentlərdən qorumaq yolları var... və istifadə olunur...

05.06.2025 / 17:56
Paşinyan özündən çıxdı: “Köçəryan və Oskanyan əclaf və quldurdur”

05.06.2025 / 17:47
İlham Əliyev bəzi neft-qaz ölkələrinin böyük səhvini açıqladı - “biz qazı artırırıq, lakin...”

05.06.2025 / 17:34
Tək nəqliyyatda maaşın bir ildə bu qədər artması normal sayıla bilər?..

05.06.2025 / 17:20
Orta məktəb müəllimlərini bu qədər kağız-kuğuzla yükləmək kimin planıdır...

05.06.2025 / 17:08
Səlcuq Bayraktardan Azərbaycanda qurduğu şirkətlə bağlı paylaşım VİDEO

05.06.2025 / 16:53
Çörək avtomobilində narkotik daşıyan şəxs saxlandı - 14 kiloqram...

05.06.2025 / 16:33
Bu il BMU-nun qəbul planı artırılıb

05.06.2025 / 16:27
ABŞ kəşfiyyatından xəbərdarlıq – Rusiya Ukraynaya genişmiqyaslı qisas hücumuna hazırlaşır...

05.06.2025 / 16:19
Hökumət binası qarşısında etiraz aksiyası: “Nikolu cəhənnəmdə gözləyirlər”

05.06.2025 / 16:10
Lerikdə 35 yaşlı kişini güllələyib dağın ətəyinə yuvarladılar

05.06.2025 / 16:02
DİN Qurban bayramı ilə əlaqədar sürücülərə müraciət etdi

05.06.2025 / 15:56
“Şərur” MTK zərərçəkənlərə 30 minlik ziyana görə 50 minlik çeklərə imza çəkdirib" - MƏHKƏMƏ

05.06.2025 / 15:40
Zaqatalada narkotiklərin dövriyyəsini təşkil edən şəxs tutuldu

05.06.2025 / 15:35
"Azərbaycan Ordusu azad olunmuş ərazilərdə öz mövqelərini daha da möhkəmləndirir" - Zakir Həsənov

05.06.2025 / 15:28
Prezident mədəni sərvətlərə vahid qaydada pasport verilməsi ilə bağlı dəyişikliyi təsdiqlədi

05.06.2025 / 15:11
BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsi yaradıldı

05.06.2025 / 15:02
Süni İntellektin Gündəlik Həyatımıza Təsiri

05.06.2025 / 15:01
Qurban bayramı: ibadət, paylaşma və mənəviyyatın bayramı

05.06.2025 / 14:58
FTB tərəfindən Vaşinqton ştatında həyata keçirilmiş reyd zamanı silah-sursat və nasist simvolları aşkarlanıb

05.06.2025 / 14:57
Bakı şəhərində tıxac yaranmasının səbəbi və bunun həlli yolları

05.06.2025 / 14:31
Məhkəmədə Ermənistan tərəfindən Azərbaycanın ekologiyasına və iqtisadiyyatına qəsdən ziyan vurulması faktları üzrə sənədlərin tədqiqinə başlanılıb

05.06.2025 / 14:16
“Azərbaycanın daxili işlərinə yersiz müdaxiləyə son qoyulmalıdır" - İsveçrə səfirinə açıq məktub...

05.06.2025 / 14:03
Gədəbəydə başına kisə keçirilən qadınla bağlı cinayətin üstü açıldı

05.06.2025 / 13:47
Bank kartlarından 10 minə yaxın pul oğurlandı...

05.06.2025 / 13:26
Kurort və sanatoriya xidmətlərindən ailələrlə birgə istifadə şərtləri açıqlandı

05.06.2025 / 13:12
Давайте, сравним, Азербайджан с Арменией - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

05.06.2025 / 13:06
Paşinyan onu “Qarabağı satmaqda”,” türk çəkmələri” yalamaqda ittiham edənləri görüşə çağırdı

05.06.2025 / 13:05
Paşinyan:-“Rusiya Erməni Apostol Kilsəsinə hakimiyyətlə döyüşmək əmrini verib

05.06.2025 / 13:04
Almaniya kansleri Fridrix Merz Vaşinqtona səfər etdi

05.06.2025 / 13:03
Imamoğludan sonra Özgür Özəlin də həbsinə hazırlıq başladı

05.06.2025 / 12:34
MDB-yə üzv dövlətlərin hökumət başçıları bir sıra sənədlər imzalayıblar

05.06.2025 / 12:24
Prezident İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi

05.06.2025 / 12:15
Əli Əsədov Düşənbədə MDB Hökumət Başçıları Şurasının iclasında iştirak edib - FOTO

05.06.2025 / 12:07
“Neftçi” 29 yaşlı futbolçu transfer etdi

05.06.2025 / 12:00
MDB Baş nazirləri sentyabrda Minskdə toplaşacaq

05.06.2025 / 11:41
Yenə İran, yenə narkotika qaçaqmalçılığı...

05.06.2025 / 11:33
Əli Əsədov MDB Hökumət Başçıları Şurasının üzvlərinin Tacikistan Prezidenti ilə görüşündə iştirak edib

05.06.2025 / 11:28
Ukrayna Rusiyanın strateji aviasiyasının 30%-ni məhv etdi - təsdiqləndi

05.06.2025 / 11:19
"Artıq vətəndaşlar ədalətə inanmırlar”

05.06.2025 / 11:16
Putin İran yolçusudur - səfirdən açıqlama

05.06.2025 / 11:15
BDU-nun rektoru Elçin Babayev “EduData Summit - 2025” tədbiri çərçivəsində keçirilən sessiyada çıxış edib

05.06.2025 / 11:06
Babək Rayon Mərkəzi Xəstəxanasına yeni baş həkim təyin olunub

05.06.2025 / 11:03
İran - Azərbaycan danışıqları. Düşmənə daha bir zərbə! - CANLI

05.06.2025 / 11:01
"Azərbaycan yalnız mənim buna olan inamımı gücləndirir" - Nataliya Bayona

05.06.2025 / 10:34
Zelenski: “Rusiya bütün dünyaya orta barmağını göstərir”

05.06.2025 / 10:30
Qazaxda BMW dirvara çırpılıb, 4 nəfər ölüb

05.06.2025 / 10:20
Trampın Harvard düşmənçiliyi - tələbələrə viza verilməsi dayandırıldı!

05.06.2025 / 10:14
Türkiyəli aktrisa bu serialda baş rola çəkiləcək

05.06.2025 / 10:06
Naxçıvanda anasını öldürməkdə şübhəli bilinən şəxs yaxalanıb

05.06.2025 / 10:00
Daha 62 nəqliyyat vasitəsi hərraca çıxarılacaq - dövlət qurumu açıqlama yaydı

05.06.2025 / 09:44
Türkiyə yenə silkələndi

05.06.2025 / 09:28
Qaraçuxurda işıq olmayacaq - sakinlərə XƏBƏRDARLIQ

05.06.2025 / 09:25
Ronaldo qocalmaq bilmir - almanlara qol vurdu, Portuqaliya finala çıxdı!

05.06.2025 / 09:23
QR kodlar da təhlükəlidir - iaşə-xidmət obyektlərində pul ödəyərkən ehtiyatlı olun…

Kiber məkanda uşaqları təhlükəli kontentlərdən qorumaq yolları var... və istifadə olunur...

XƏBƏR ARXİVİ

İyun
B.eÇ.aÇC.aCŞB
262728293031123456789101112131415161718192021222324252627282930123456