Slovakiyalı basketbolçunun evi qarət olundu - 30 min dollarını apardılar...
Milli Basketbol Assosiasiyası (NBA) təmsilçisi "Dallas"ın sloveniyalı oyunçusu Luka Donçiçin evi oğrular tərəfindən qarət edilib. ESPN bu barədə məlumat yayıb. Xəbərdə deyilir ki, cinayət baş verən zaman evdə heç kim olmayıb. Basketbolçu artıq polisə müraciət edib. 25 yaşlı idmançıya dəyən ziyan 30 min dollar həcmində qiymətləndirilir.
Mətləb