Azərbaycanın beynəlxalq axtarışa verdiyi şəxs Türkiyədə saxlanılıb - türkiyəli nazir AÇIQLADI
Türkiyənin daxili işlər naziri Əli Yerlikaya İnterpol xətti ilə beynəlxalq axtarışa verilmiş 25 nəfərin, o cümlədən Azərbaycanın beynəlxalq axtarışa verdiyi şəxsin saxlanıldığını açıqlayıb. Bu barədə o, “X” sosial şəbəkəsindəki səhifəsində məlumat verib.
“8 vilayətdə həyata keçirilən əməliyyat tədbirləri nəticəsində İnterpol xətti ilə 18 ölkə tərəfindən dərhal həbs tələbi ilə axtarışa verilən 25 şübhəli saxlanılıb”, - məlumatda deyilir.
Mətləb