Meymunçiçəyi yeni COVID-19-dur? - ÜST açıqlama yaydı
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə regional direktoru Hans Klüge meymunçiçəyi epidemiyasının yeni COVID-19 olmadığını deyib. O, səlahiyyətlilərin virusun yayılmasına necə nəzarət edəcəyini açıq şəkildə bildiyini, virusa nəzarət vasitələri haqqında çox şeyin məlum olduğunu deyib. Ekspert bildirib ki, vaksinlərin ən çox ehtiyac duyulan ərazilərə çatdırılması kimi tədbirlərlə virusun qarşısı alına bilər.
Mətləb Salahov