24 yaşlı futbolçu İngiltərədə ötən mövsümün ən yaxşısı seçildi
İngiltərə Peşəkar Futbol Assosiasiyasının (PFA) versiyasına görə, İngiltərə Premyer Liqasında 2023/24 mövsümünün ən yaxşı futbolçusu mükafatının qalibi müəyyənləşib. Bu, "Mançester Siti"nin 24 yaşlı vingeri Fil Fodendir.
24 yaşlı futbolçu ötən mövsün İngiltərə çempionatında 35 matçda iştirak edib, 19 qol vurub, 8 qolun ötürməsini verib. Onun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.
Mətləb