İsrail Qəzza zolağında hərbi əməliyyatları dayandırdı...
İsrail ordusunun Qəzza zolağında keçirdiyi hərbi əməliyyatlar başa çatıb. Bu barədə cümə günü yerli dövlət telekanalı Kan TV məlumat yayıb.
Təhlükəsizlik orqanlarının yüksək vəzifəli nümayəndələrinin sözlərinə görə, İsrailin Fələstin anklavında ümumi hərbi fəaliyyəti dayandırılıb, lakin “yeni kəşfiyyat məlumatları əldə edildiyi təqdirdə” ordu Qəzzaya yenidən girə bilər.
İsrail ordusu HƏMAS hərəkatının Rəfah briqadasının məğlub olduğu və faktiki olaraq fəaliyyətini dayandırdığı barədə siyasətçiləri məlumatlandırıb. Hərbçilər ölkə rəhbərliyinə bildiriblər ki, hərəkatın döyüş hissələrinin əksəriyyəti buraxılıb və girovların azad edilməsi üçün razılaşmanın vaxtı çatıb.
Xatırladaq ki, avqustun 15-16-da Qətərin paytaxtı Dohada ABŞ, Misir və Qətərin vasitəçiliyi ilə Qəzza zolağında atəşkəslə bağlı danışıqların növbəti raundu baş tutub. Vasitəçilərin cümə günü yaydığı birgə bəyanatda deyilir ki, “hökumətlərimizin yüksək səviyyəli rəsmiləri son 48 saat ərzində atəşkəs, girov və məhbusların azad edilməsi ilə bağlı razılığa gəlmək üçün Dohada vasitəçi qismində intensiv danışıqlar aparıblar”.
ZÜMRÜD