Məşhur şirkətin külli miqdarda vergi borcu yaranıb - məhkəməyə verildi...
"Bazar Office" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə vergi borcu yaranıb.
Qaynarinfo-nun məlumatına görə, şirkət borc öhdəliyini vaxtında yerinə yetirmədiyi üçün Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən məhkəməyə müraciət edilib.
Baş İdarə tərəfindən məhkəmədə şirkət rəhbərliyi barəsində "İnzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr - vergi məsələləri üzrə" iddia qaldırıb.
İş Bakı İnzibati Məhkəməsinin hakimi Fərid İsmayılzadənin icraatındadır.
Qeyd edək ki, qanuni təmsilçisi Yusifov Vahid Ənvər oğlu olan "Bazar Office" şirkətinin Dövlət Vergi Xidmətinə 140.115,62 manat vergi borcu var.