Makronçular Assambleyada koalisiya axtarışına çıxıblar
Fransanın istefa vermiş baş naziri, “İntibah” (“Renaissance”) partiyası deputatlarının rəhbəri Qabriel Attal Milli Birlik (RN) və “Əyilməz Fransa (LF) partiyaları istisna olmaqla, Milli Assambleyada təmsil olunan siyasi partiya liderlərinə ünvanladığı məktubda “fəaliyyət planı” təklif edib. “İntibah” partiyasının baş katibi Stefan Sejurne tərəfindən də göndərilmiş məktubda Q. Attal bildirir ki, məqsədi adi fikir ayrılığını aradan qaldırmaqla dialoq vasitəsi ilə Milli Assambleyada yeni bir yol tapmaqdır.
Q. Attal məktubda dövlət hesablarının bərpası, iqtisadi suverenliyin gücləndirilməsi, dəyərlərin müdafiəsi, dünyəvilik və dövlət təssisatlarının yenilənməsi, eləcə də alıcılıq qabiliyyəti, mənzil, ətraf mühit, təhlükəsizlik və iş yerləri vasitəsilə fransızların həyat şəraitinin yaxşılaşdırılması kimi üzərində işlədiyi əsas layihlərdən söz açır.
Mətləb Salahov