Tramp Rusiyanın Ukraynaya hücumuna görə yenə Baydeni günahlandırdı – o bəyanatı verməsəydi...
ABŞ-da Respublikaçılar Partiyasının prezidentliyə namizədi Donald Tramp iş adamı İlon Maska müsahibəsində yenidən Ukraynada baş verənlərə görə, Co Baydeni günahlandırıb.
Trampın sözlərinə görə, münaqişənin başlanmasına Ukraynanın NATO-ya daxil olma ehtimalı ilə bağlı verilən bəyanatlar səbəb olub. Kiyevdə hazırda “kifayət qədər insan” olmadığını deyən Tramp Rusiyanın Napoleonu məğlub etdiyini və ABŞ-ın köməyi ilə Hitleri də məğlub etdiyini xatırladıb.
Tramp Rusiya-Ukrayna münaqişəsinin başlamasının səbəblərindən birinin ABŞ prezidenti Baydenin Ukraynanın NATO-ya üzv ola biləcəyi ilə bağlı açıqlamaları olduğunu bildirib. Trampın sözlərinə görə, o, vəzifəsini tərk edəndən sonra Rusiya Ukrayna sərhədinə qoşun yığmağa başladı, çünki Putin “yaxşı bir danışıq aparan adam” kimi güclü mövqedən danışıqlar aparmaq istəyirdi.
"Sonra Bayden cəfəngiyyat danışmağa başladı. Məsələn, o, Ukraynanın NATO üzvü ola biləcəyini söylədi. Rusiya heç vaxt buna razı olmayacaqdı" – deyə keçmiş prezident bildirib.
TAHİR