KÖHNƏ VERSİYA            

Prezident İlham Əliyev Sus kəndinə köçmüş sakinlərlə görüşdü - FOTO/YENİLƏNDİ

Image

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Laçın rayonunun Sus kəndində görülmüş işlərlə tanış olub, kəndə köçmüş sakinlərlə görüşüb.

Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev dövlətimizin başçısına kənddə görülmüş işlər barədə məlumat verdilər.

Bildirildi ki, 1992-ci ilin may ayında Ermənistan silahlı qüvvələri tərəfindən rayon işğal olunan vaxt Sus kəndində 53 ailə - 203 nəfər yaşayırdı. Tamamilə yenidən tikilərək istifadəyə verilən kəndə ümumilikdə 59 ailə - 214 nəfərin köçürülməsi nəzərdə tutulur. Hazırda kəndə 20 ailənin (75 nəfər) köçürülməsi təmin olunub.

Diqqətə çatdırıldı ki, 25 hektar ərazini əhatə edən kənddə 13 ikiotaqlı, 28 üçotaqlı, 14 dördotaqlı və 4 beşotaqlı fərdi ev tikilib. Kənddə 132 yerlik orta məktəb, 50 yerlik uşaq bağçası da inşa olunub. Sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün istirahət parkı və müxtəlif uşaq meydançaları yaradılıb.

Sonra Prezident İlham Əliyev kəndə köçmüş sakinlərlə görüşdü.

Prezident İlham Əliyev: Salam-əleyküm.

Sakinlər: Salam cənab Prezident, xoş gəlmisiniz.

Prezident İlham Əliyev: Siz də xoş gəlmisiniz. Necəsiniz, nə var, nə yox? Qayıtmısınız doğma vətənə. Təbrik edirəm sizi.

Sakinlər: Sayənizdə. Çox sağ olun, təşəkkür edirik, Allah Sizi var eləsin.

Prezident İlham Əliyev: Şərait necədir? Xoşunuza gəlir?

Sakinlər: Möhtəşəmdir, çox yüksək səviyyədə. Allah Sizdən razı olsun. Allah Sizi qorusun. Həm kəndimizdə, həm də Laçında görülən işlərin miqyası o qədər böyükdür, hamısını sadalamaq olmur.

Prezident İlham Əliyev: Gördünüz Laçın şəhəri necə də gözəldir.

Sakinlər: Bəli, görürük, izləyirik, baxırıq.

Prezident İlham Əliyev: Təbrik edirəm, sağ olun.

Sakinlər: Çox sağ olun. Təşəkkür edirik.

Prezident İlham Əliyev: Siz də xoş gəlmisiniz.

Sakin: Gələn ayaqlarınız var olsun. Sənə qurban olum. Allah atana rəhmət eləsin. Bəli, 30 il ayrılıqdan sonra bizi vətənimizə qovuşdurdun.

Prezident İlham Əliyev: Sağ olun, çox sağ olun.

Sakin: Sağ ol, dünya durduqca durasan. Allah Sizi, xalqımızı qorusun. Qara buludu üstümüzdən götürdün. Bu xalq rahat yaşasın. Qurban olum sənə, əziyyət çəkmisən, bu xalqın, bu millətin əziyyətini çəkmisən.

Prezident İlham Əliyev: Sağ olun.

Sakin: Allah şəhidlərimizə rəhmət eləsin.

Prezident İlham Əliyev: Allah şəhidlərə rəhmət eləsin.

Sakin: Allah qazilərimizə şəfa versin. Allah Səni Azərbaycan xalqının üstündən əskik eləməsin. Sən, bizi 32 illik həsrətdən qurtardın.

Sakin: Cənab Prezident, Siz 24 saatın heç 4 saatını yatmırsınız. Bura mənim öz torpağımdır. Cənab Prezident, Siz hər dəfə çıxış edəndə kövrəlirəm. Siz dünyada yeganə dövlət başçısısınız ki, müşavirələrdə, iclaslarda üzündən oxumadan çıxış edirsiniz, dünyanı heyran qoyursunuz. Hər prezident bunu bacarmır.

Prezident İlham Əliyev: Mən demişdim ki, sizi qaytaracağam, qaytardım.

Sakin: Qaytardın, sənə qurban olum. Sağ ol, xalqımın adından, buraya təzə gələn 20 ailənin adından Sizə təşəkkür edirəm. Çox sağ olun.

Prezident İlham Əliyev: Sağ olun.

Sakin: Şəhidlərimizə Allah rəhmət eləsin.

Prezident İlham Əliyev: Allah rəhmət eləsin.

Sakin: Şəhid analarının qarşısında baş əyirəm. Qazilərimiz buradadır, biz onların hesabına Qələbə çalmışıq.

Sakin: Biz Prezidentimizin, Ali Baş Komandanımızın hesabına qələbə çalmışıq. Ulu Öndərimizə Allah rəhmət eləsin.

Sakin: Bizim arxamızda cənab Prezident var idi.

Prezident İlham Əliyev: Allah ölənlərinizə rəhmət eləsin.

Sakin: Çıxışlarınızda deyirsiniz, ata vəsiyyətini yerinə yetirdim. Sənə qurban olum, gözəl sözdür.

Sakin: Cənab Prezident olmasaydı, biz o Qələbəni qazana bilməzdik.

Prezident İlham Əliyev: Salam, qızım, salam.

Sakin: Mən Sizə uzun ömür, cansağlığı arzulayıram. Mən birincisi şəhidlərə Allahdan rəhmət diləyirəm, şəhid analarının əllərindən öpürəm. Qazilərimizə Allah cansağlığı versin. Bu çöllərdə istidə, yağışda, qarda xidmət edən əsgər balalarımıza Allah ömür versin, qəfil dərddən, bəladan qorusun. Bu günümüzə şükür. Şükür ki, bu sevinci, bu gözəl günü Siz bizə yaşatdınız, mümkün olmayanı mümkün etdiniz. Şükür bu günümüzə.

Prezident İlham Əliyev: Bundan sonra burada, öz doğma dədə-baba torpağınızda rahat yaşamalısınız, xoşbəxt yaşamalısınız.

Sakin: Allah ölənlərimizə də rəhmət eləsin, atalarımıza, analarımıza, cavanlarımıza. Ruhları şad olsun. Bu günə şükür.

Prezident İlham Əliyev: Xalqımızın tarixi həm şərəflidir, həm kədərlidir. Ancaq bizim tariximizdə keçmiş köçkünlər qədər əziyyət çəkən insanlar olmayıb. Həm mənəvi əzab, həm fiziki əziyyət, həm torpaqların itirilməsi, öz yaxınlarının məzarlarını ziyarət edə bilməməyiniz - bu dərdin misli-bərabəri yoxdur. Otuz il ərzində bizə deyirdilər ki, gözləyin, tələsməyin, müharibə aparmayın, bu münaqişənin hərbi həlli yoxdur. Ona görə belə deyirdilər ki, ermənilər burada əbədi yaşasın və biz bu torpaqları görməyək. Bizi razı salmaq istəyirdilər, inandırmağa çalışırdılar ki, məsələ müharibə yolu ilə həll olunmaz. Əsas məqsəd o idi ki, heç vaxt Azərbaycana imkan verməsinlər öz ərazi bütövlüyünü bərpa etsin. Ancaq biz nə etdik? Bax, bunun kimi minlərlə aslanın hesabına gəldik buraya və bu gün burada durmuşuq.

Hərbçi sakin: Bizim cənab polkovnikimiz bu müharibədə çox əziyyət çəkdi.

Sakinlər: Allah dəyməsin, Allah qorusun.

Prezident İlham Əliyev: Bundan sonra da müharibə olmamalıdır. Biz öz müharibəmizi bitirmişik. O, ədalətli müharibə idi, azadlıq müharibəsi idi. Həm 44 gün, həm 1 gün. Onunla da məsələ bitdi. Əgər Ermənistanda kimsə yenidən baş qaldırsa, dəmir yumruğu görəcək.

Sakin: Sağ ol, qadan alaram, sağ ol. Sənə qurban olaram. Cənab Prezident, Allah Sizi qorusun. Çox sağ olun, təşəkkür edirəm.

Prezident İlham Əliyev: Özü də bilirsiniz ki, bu işğal dövründə bəzi torpaqları guya bizə qaytaracaqdılar. Amma Laçından, ümumiyyətlə, söhbət aparmırdılar.

Sakin: Mümkün deyildi. Bir dənə güllə atılmadan Laçını aldın. Sənə qurban olum, Sənin başına dönüm.

Sakin: Laçın, Kəlbəcər, Ağdam bir güllə atılmadan alındı.

Prezident İlham Əliyev: Çünki biz haqq yolundayıq, ona görə Allah da həmişə bizə yardımçı olur.

Sakin: Bəli, haqq yolundayıq. Allah Sizin kölgənizi bu xalqın üzərindən əskik etməsin. Allah Sizi var eləsin.

Prezident İlham Əliyev: Sağ olun, təbrik edirəm sizi. Siz də xoş gəlmisiniz.

Sakin: Çox sağ olun, cənab Prezident, bu günü bizə yaşatdınız. 31 ildən sonra mən yaşda insanı vətəninə qaytardığınıza görə, Sizə çox təşəkkür edirəm.

Prezident İlham Əliyev: Sağ olun, çox sağ olun.

Sakin: Allah qazilərimizə cansağlığı versin, Allah şəhidlərimizə qəni-qəni rəhmət eləsin. Onların analarının qarşısında baş əyirəm, var olun, sağ olun.

Prezident İlham Əliyev: Sağ olun. Amin.

Sakin: Siz yeganə prezidentsiniz ki, torpaqlarımızı bizə qaytarmısınız, təkcə Laçını yox. Çox sağ olun. Allah Sizi var eləsin.

Prezident İlham Əliyev: Sağ olun.

Sakin: Çox sağ olun, Allah Sizdən çox-çox razı olsun. Dövlətimizin üstündən əskik olmayın. Allah o dəmir yumruğu var eləsin.

Prezident İlham Əliyev: Sağ olun, 13 il əvvəl Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində laçınlılarla öz doğum günümdə görüşmüşəm. Onlara söz vermişdim ki, biz hamımız qayıdacağıq və o gün də gəldi.

Sakin: Bəli, Siz Allahın, ordumuzun köməyi ilə bunu etdiniz.

Prezident İlham Əliyev: İndi Laçın şəhəri dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcək. İndi Zabuxda, Susda, Güləbirddə iş gedir. O biri kəndlərdə də iş gedir. Hava limanı inşa edilir, gələn il hazır olacaq.

Sakin: İnşallah.

Prezident İlham Əliyev: Şuşa-Laçın yolu da qısalacaq.

Sakin: İnşallah, gör hara ilə Siz yol çəkirsiniz, dağları yarırsınız, aeroporta yol çəkirsiniz.

Sakin: Mən neçə illərdi arzulamışam ki, bu yaşımda gedim ad günümü Laçında, Sus kəndimdə keçirim. İyulun 1-i mənim ad günümdü.

Prezident İlham Əliyev: Təbrik edirəm.

Sakin: Çox sağ olun, Allah Sizdən razı olsun.

Sakin: Cənab Prezident, bu görüşümüz həqiqətən də çox gözəl günə təsadüf edir. Bu gün bizim möhtərəm Ulu Öndərimizin 101 illiyidir. Mən özüm 271 saylı məktəbdə işləyirəm. Ulu Öndərimiz bizim məktəbimizə gəlmişdi. Mən o məktəbdən gəlmişəm buraya. Arzu edirəm ki, Sus sakini olaraq sentyabrın 15-dən mən də bu məktəbdə işləyim.

Prezident İlham Əliyev: Bəli, əlbəttə.

Sakin: Gənclərimiz də burada qalsınlar. Öz yurdumuzda qurub-yaradaq. Sus sakinləri adından Sizə çox təşəkkür edirik.

Prezident İlham Əliyev: Sus kəndində, Zabuxda məktəblər var. Laçın şəhərində 2 nömrəli məktəb tikilib, 1 nömrəli məktəb də inşa ediləcək.

Sakin: Çox sağ olun, Allah Sizdən razı olsun. Sizi verən Allaha şükür. Allah Sizi əskik eləməsin.

Prezident İlham Əliyev: Sağ olun. Sizə cansağlığı arzu edirəm, burada xoşbəxt yaşayın.

Sakin: Eşq olsun Ali Baş Komandanımıza!

Sakin: Allah razı olsun, ailəmin adından və öz adımdan Sizə təşəkkür edirəm.

Prezident İlham Əliyev: Sağ olun.

Sakin: Allah kölgənizi əskik etməsin bu xalqın üstündən, cənab Prezident.

Prezident İlham Əliyev: Sağ olun.

Sakin: Cənab Ali Baş Komandan, Allah Sizi qorusun.

Prezident İlham Əliyev: Çox sağ olun, salamat qalın. Xoşbəxt yaşayın burada.

x x x

Sonra Prezident İlham Əliyev və sakinlər Həkəri çayının sahilinə gəldilər.

x x x

Sakin: Bizdən ötrü gecə-gündüz yatmırsınız. 24 saatın 4 saatını yatırsınız demişəm.

Prezident İlham Əliyev: Sağ olun. Bundan sonra doğma Laçın torpağında xoşbəxt yaşayın.

Sakinlər: Təşəkkür edirik, bu şəraiti yaratdığınız üçün. Allah Sizi qorusun.

Prezident İlham Əliyev: Təbrik edirəm. Xoşbəxt yaşayın. Siz buna layiqsiniz.

Sakin: Çox sağ olun. Həm də Sizi öz kəndimizdə görmək böyük bir xoşbəxtlikdir.

Prezident İlham Əliyev: Çox sağ olun.

Sakin: Sənin qadan alım, dünya durduqca dur. Allah atana rəhmət eləsin, torpağı sanı Allah sənə ömür versin.

Prezident İlham Əliyev: Sağ olun.

x x x

Sonda xatirə şəkli çəkdirildi.


 







VİDEO

Türkiyədə çevriliş məsələsində Moskvanın "xüsusi kanalları" yenə işləyir... - VİDEO

Paşinyan Azərbaycanla dinc yanaşı yaşamağı "yad fenomen" adlandırdı... - VİDEO

Ermənistanın Avropa Sülh Fonduna qəbul olunması Cənubi Qafqaza düşmənçilikdir... - VİDEO

Ermənistandan etiraf - kəndləri işğal etmişdik, qaytardıq...

Naxçıvana yol beynəlxalq dəhlizin mühüm hissəsinə çevrildi...

Azərbaycanla İranın birgə siyasi iradə nümayişi - sürətli dəyişmə nə ilə bağlıdır...

SON XƏBƏRLƏR

20.05.2024 | 22:12
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə zəng edib

20.05.2024 | 21:10
Gürcüstanda “Ukrayna ssenarisi” - Qərb sanksiya tətbiqinə hazırlaşır...

20.05.2024 | 20:53
Ermənistandan etiraf - kəndləri işğal etmişdik, qaytardıq...

20.05.2024 | 20:38
Azərbaycanla Belarus MDB-də "2-tərəfli münasibətlər modeli" axtaranlara nümunə ola bilər...

20.05.2024 | 20:24
Rəisinin helikopter qəzasının şübhəli məqamları - digər helikopterlər salamat qalıb...

20.05.2024 | 20:20
QHT rəhbərləri İranın Azərbaycandakı səfirliyinin binası önünə gül dəstələri düzüb

20.05.2024 | 20:06
Naxçıvana yol beynəlxalq dəhlizin mühüm hissəsinə çevrildi...

20.05.2024 | 19:52
Azərbaycan-İran normallaşmasından çox narahat olanlar var...

20.05.2024 | 19:38
“Qara xəbərə” İlham Əliyevin reaksiyası unikal və nadir fakt oldu…

20.05.2024 | 19:25
Paşinyan kilsənin "nəfəsini” kəsmək üzrədir…

20.05.2024 | 19:11
Azərbaycan İran üzərindən Fars körfəzinə əlverişli çıxış əldə edəcək...

20.05.2024 | 18:57
İran prezidenti mayın 19-da Ermənistana getməli idi? - Erməni mediası sensasiyalı xəbər yayıb...

20.05.2024 | 18:46
“Qarabağın Rəngləri” layihəsinin möhtəşəm qala gecəsi keçirildi

20.05.2024 | 18:39
Bakı və Minsk “ölü Minsk qrupunun” axırına birlikdə çıxacaq...

20.05.2024 | 18:25
"Xarıbülbül" növbəti dəfə dünya mədəniyyətlərinin görüş yerinə çevrildi...

20.05.2024 | 18:18
Tavuşun Kirants kəndində sonuncu sərhəd dirəkləri quraşdırılıb...

20.05.2024 | 18:12
Özgə vaxtın adamı...

20.05.2024 | 18:11
Ayvalıkdan Datçaya qədər Türkiyənin gözəl Ege sahillərini kəşf edin

20.05.2024 | 18:07
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib

20.05.2024 | 18:04
NAXÇIVANIM-ƏDƏDİ QÜRUR MƏNBƏYİM

20.05.2024 | 17:58
Açıq satılan zəhərli həşəratlar "qətl aləti" kimi istifadə edilə bilər...

20.05.2024 | 17:50
Qarabağ Regional Enerji Təchizatı və Satışı İdarəsi yaradıldı

20.05.2024 | 17:45
Lukaşenko Qarabağda 420 ailəlik qəsəbə saldıracaq - böyük jest...

20.05.2024 | 17:32
Ermənilər yeni baş nazir yox, “müvəqqəti hökumət” axtarırlar...

20.05.2024 | 17:18
Azərbaycanla İranın birgə siyasi iradə nümayişi - sürətli dəyişmə nə ilə bağlıdır...

20.05.2024 | 17:05
Ermənilər indi də 500 illik "Baqrat dövlətini" uydurdular...

20.05.2024 | 16:56
Prezident hərbi xidmətə çağırılma və ehtiyata buraxılma ilə bağlı Sərəncam imzaladı

20.05.2024 | 16:53
Qarabağ Universitetinə rektor təyin edildi

20.05.2024 | 16:53
"Kədər tablosunda sevinc işığı"- Hüseyn İsaoğlu (Məmmədov)

20.05.2024 | 16:46
Dövlət orqanlarında normayaratma fəaliyyətinin təkmilləşdirilməsi və bir sıra məsələlərin tənzimlənməsində dəyişiklik edildi

20.05.2024 | 16:43
TÜRKSOY-un, ADA və ADMİU-nun rəhbərliyi “Əsrə bərabər gün” tamaşasına baxıblar

20.05.2024 | 16:31
Xankəndiyə prokuror təyin edildi - FOTO

20.05.2024 | 16:15
Qərbin “demokratiya cəngavərləri” və onların yerli “marionet kuklaları”nın nəzərinə

20.05.2024 | 16:13
Kəngərli kənd məktəbində 2 şəhid əmioğlanların xatirələri əbədiləşdirildi....

20.05.2024 | 15:51
Qadınlar tərəfindən zorakılığa məruz qalan kişilərin sayı artıb...

20.05.2024 | 15:46
Azərbaycan Tayvanın müstəqilliyini tanımır - XİN

20.05.2024 | 15:34
18 yaşadək analar tərəfindən doğulan uşaqların sayı açıqlanıb

20.05.2024 | 15:17
Gürcüstan parlamentinin sədri Avropanı ikiüzlülükdə ittiham etdi...

20.05.2024 | 15:00
Son iki gündə kartlardan nə qədər pul oğurlanıb? - DİN açıqladı...

20.05.2024 | 14:28
Oğurladığı kartla alış-veriş edən şəxs saxlandı

20.05.2024 | 14:10
İranın sabiq XİN başçısı ABŞ-ı günahlandırdı...

20.05.2024 | 13:48
Əli Əsədov İranın birinci vitse-prezidentinə başsağlığı verib

20.05.2024 | 13:31
Sumqayıtda 51 yaşlı qadını döyüb telefonunu əlindən aldılar...

20.05.2024 | 13:17
İlk mərhələdə Cəbrayıla köçürüləcək sakinlərin sayı açıqlandı...

20.05.2024 | 13:03
Аббас Джума оскорбляет и обвиняет Азербайджан - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

20.05.2024 | 12:51
İbrahim Rəisinin dəfn mərasimi mayın 21-də Təbrizdə keçiriləcək...

20.05.2024 | 12:41
Prezident İlham Əliyev Latviya Seyminin sədrini qəbul edib - FOTO/YENİLƏNDİ

20.05.2024 | 12:33
Maksimum 50 gün ərzində İranın yeni prezidenti seçilməlidir – İranın Ali Lideri açıqladı

20.05.2024 | 12:00
23 yaşlı futbolçu "Mançester Siti"nin tarixinə düşdü

20.05.2024 | 11:53
Rəisini aparan helikopterin qalıqları 2,5 min metr yüksəklikdə tapılıb

20.05.2024 | 11:30
Yevlaxda dəhşətli qətl: kişi arvadını öldürüb, sonra isə...

20.05.2024 | 11:20
Gürcüstandan Azərbaycana yararsız toyuq əti gətirilib - AQTA

20.05.2024 | 11:16
Prezident İlham Əliyev kamerunlu həmkarına təbrik məktubu göndərib

20.05.2024 | 11:15
Naxçıvanda bu il 68 dövlət əmlakı özəlləşdirilib - Nazirlikdən AÇIQLAMA

20.05.2024 | 11:05
"Hüseyn Əmir Abdullahianın həlak olması xəbəri məni dərindən sarsıtdı" - Ceyhun Bayramovdan paylaşım

20.05.2024 | 11:03
İran prezidenti həlak oldu - gerçəklər, ehtimallar və suallar - CANLI

20.05.2024 | 11:00
Arda Güler “Real”da dubl etdi

20.05.2024 | 10:51
Azərbaycan XİN İrana başsağlığı verdi

20.05.2024 | 10:30
Helikopter qəzasında həlak olanların cəsədləri Təbrizə göndərilib

20.05.2024 | 10:20
Prezident İlham Əliyev İranın Ali Rəhbərinə başsağlığı verib

20.05.2024 | 10:20
İran hökuməti Rəisinin ölümü ilə bağlı fövqəladə iclas keçirəcək

20.05.2024 | 10:10
Gəncədə evdən qızıl oğurlayan şəxslər yaxalanıb

20.05.2024 | 10:04
Parisdə aeroport işçiləri də tətilə başlayır

20.05.2024 | 10:00
Tehran Fond Birjası fəaliyyətini dayandırdı - TƏCİLİ

20.05.2024 | 09:41
Qvardiola Kloppdan danışdı... və ağladı

20.05.2024 | 09:20
Bu gündən lisey və gimnaziyalara ərizə qəbuluna başlanılır

20.05.2024 | 09:16
Qaradağda avtoxuliqanlıq edən sürücü həbs edildi

20.05.2024 | 09:13
"Qalatasaray" "Fənərbaxça"ya uduzdu, çempionluq son tura qaldı

20.05.2024 | 09:00
88 yaşlı Kral pnevmoniyaya yoluxub

20.05.2024 | 08:53
İran prezidenti və heyəti qəzada həlak olub -SİYAHI AÇIQLANDI

20.05.2024 | 01:51
Prezidentin tapşırığı ilə İrana göndərilməsi üçün FHN-nin xilasedicilərindən ibarət qrup yaradıldı

19.05.2024 | 23:51
Avroittifaq İranın tələbi ilə peyk görüntü xidmətini işə saldı

19.05.2024 | 23:42
"Rəisinin helikopterindəki 2 nəfərlə bir neçə dəfə əlaqə saxladıq" - İranın vitse-prezidenti

19.05.2024 | 23:35
Türkiyə Rəisinin helikopterinin axtarışı üçün İrana xilasedicilər göndərdi

19.05.2024 | 22:30
TƏCİLİ: İbrahim Rəisinin olduğu helikopter tapıldı

19.05.2024 | 21:04
Helikopter qəzasına uğrayan İran prezidentinin axtarışları davam edir...

19.05.2024 | 20:47
Rəisinin helikopterini axtaran xilasedicilər də yoxa çıxıb

19.05.2024 | 20:30
"Azərbaycan İrana dost və qardaş xalq kimi bütün lazımi dəstəyi verməyə hazırdır" - XİN

19.05.2024 | 19:55
Prezident İlham Əliyev: "Azərbaycan qəza enişi edən helikopterə görə İrana hər cür dəstək göstərməyə hazırdır"

19.05.2024 | 19:49
İran Prezidentinin helikopteri bu ərazidə qəzaya uğrayıb -YERİ AÇIQLANDI

XƏBƏR ARXİVİ

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031