Çərşənbə axşamı günü, 8 iyul 2025
     

Özgə vaxtın adamı...

Image

Əslində sakit təbiətli adamdı, səsində mülayimlik, davranışında ağayanalıq var, ağır oturar, batman gələr. Heç bu vaxtın adamına bənzəməz. Elə bilirsən ki, ya keçmişin, ya da gələcəyi sirr olan bir vaxtın adamıdır.

O özü burada olsa da, bütün ruhu, keçmişi və xatirələri ilə Şuşada, Laçında, qanlı köynək Meşəlidə qalmışdı. Elə hey fikrindən o yerlər keçərdi, hey oralarda idi, buralarla bir işi yox idi. Çünki heç zaman o bu şəhərin və bu mühitin adamı olmadı, oraların adamı oldu. Şuşada qoyub gəldiyi mamırlı daşların, qaynar bulaqların, Cıdır düzünün, Qalanın həsrətini çəkdi, izləri qalan yolların, cığırların səsini yaddaşında yaşatdı. Bir vaxtlar ürəyində ağlaya-ağlaya yazırdı:

Şuşada nəyim qaldı

Qəbrimə nişanə seçdiyim

Mamırlı bir daş.

Gözümə tökmək üçün qoruduğum

Bir ovuc torpaq.

Ürəyimdə bişib,

Dodaqlarımı göynədən

Bircə damla yaş.

Qaçqınçılıq, köçkünçülük əzabı yaşadı, əzablı yollar keçdi, yoluna daş qoyan, tikanlar əkən çox oldu. Heç birinə baxmadı, heç birindən incimədi, yolunu getdi. Ümidi var idi ki, günlərin birində Şuşaya, Meşəliyə, Laçına gedəcək. Ümidi göyərdi günlərin birində, içində öləziyən işıqlar gurlaşdı, ürəyi açıldı...Torpaqlarımız işğaldan azad edildi, Ali Baş Komandan "Şuşa, sən azadsan" muştuluğu ilə onun dünyasını işıqlandırdı, onun da üzünü güldürdü, ürəyini açdı.  

Yaxından tanıdığın adam haqda yazmağın məsuliyyəti daha böyükdür. Çünki sən onun haqqında hamıdan yaxşı yazmalısan. Gərək yaxşı yazmağı da bacarasan. Hər əlinə qələm alandan da yaxşı yazı gözləmək olmaz. "Qarabağa aparan yol" qəzetini də, qəzetin əməkdaşları - Fariz Çobanoğlu və Təranə Əlizadəni də ondan əvvəl tanımışam, onun imzasını isə çoxdan tanıyıram.

Əli Mahmud imzası ədəbiyyatımızda, mətbuatımızda, ictimai fikrimizdə çox böyük yeri olan bir imzadır ki, onu bütün istedadlı qələm adamları qəbul edir. 

Eşidəndə ki, Əli Mahmudun yubileyidir, mən də beş-on kəlmə yazmaq istədim. Əli müəllim təmənnasız, cəsarətli bir qələm adamıdır, yaxşı vətəndaşdır, xas adamdır. Xas adam sözünü hər adam barədə demək olmaz, gərək o adam bütün keyfiyyətləri ilə o ada uyğun gələ. 

Əli Mahmud Qarabağın ağır günlərində, müsibətlərimizin üst-üstə gəldiyi illərdə həm cəsarətli jurnalist, həm publisist, həm də şair kimi öz sözünü dedi. Eyni zamanda da ictimai xadim kimi siyasi mübarizə apardı, erməni daşnaklarına havadarlıq edənlərə kəskin şəkildə öz sözünü dedi, başı çox bəlalar çəkdi, amma sözündən və əməlindən dönmədi. Vətəndaş mövqeyindən çəkilmədi, ləyaqətli bir vətən oğlu kimi mübarizə meydanında mərd dayandı. Mən o barədə geniş danışmaq istəmirəm, çünki onun mübarizə yolu barədə mətbuatda çox yazılıb, çox deyilib, özü də yazıb. 

Bütün əzabların sonda Tanrı tərəfindən bir mükafatı da olur. Əli Mahmud da bu mükafatı aldı və bu misilsiz mükafat Şuşaya qovuşmaq, Meşəlininin, Laçının işğaldan azad edilməsi oldu. Bu mükafatı ona Tanrının qüdrəti ilə müzəffər ordumuz bəxş etdi. Zaman bizim xeyrimizə işlədi, vaxt bizə çalışdı, tarixi ədalət bərqərar oldu. Bax, onda bütün daşlar yerinə oturdu, bütün yollar Şuşaya doğru uzandı, "Zəfər yolu" salındı. O yol da Əli Mahmudun ürəyindən başladı.

Şuşanı xatırlayaraq yazırdı:

 Şuşa şəhərlərin baş şəhəriydi,

Yaddaş şəhəriydi, daş şəhəriydi.

Günəş güllərini öpə bilirdi,

Ulduzlar göz yaşı səpə bilirdi.

O Qızıl qayası səs qülləsiydi,

Allahın sonuncu möcüzəsiydi.

Əli Mahmud, Şuşa yenə də elədir. Şuşa indi həm mədəniyyət paytaxtımızdır, həm qəhrəmanlıq, həm zəfər, həm də sülh rəmzidir. Cənab Prezident Şuşaya yeni status verib.

Şuşa həm də "İslam dünyasının mədəniyyət paytaxtı"dır. Artıq Şuşaya qayıdış da başlayıb, evlərin işıqları yanır, ocaqlar şenlənir, üzlər gülür.

Şuşa indi başqa Şuşadır, dünyanın göz bəbəyi, dünyanın incisidir, tarixin yoldaşı, zamanın qardaşıdır.

Bu sevinci yaşayır indi, Şuşaya köçüb orada binələyəcəyi, yurdunu, yuvasını quracağı, cırağını yandıracağı günü gözləyir. Bir vaxtlar övladları ilə çıxdığı yerlərə nəvələri ilə qayıdacaq, baş tacı Tamara xanım da yanında.

Əli müəllim haqda o qədər yaxşı sözlər yazmaq olar ki. Yaxşı nə yazsan ona yaraşar, ona uyar. Mən də içimdən keçənləri yazdım. Sonda onu deyə bilərəm ki, heç bir mühit, heç bir qüvvə Əli Mahmudu dəyişdirə bilmədi, o bu vaxtın adamı olmadı heç olmaq istəmədi. İçindəki saflıq, xasiyyətindəki ağayanalıq, abır-həya, salğar, sanbal onu dəyişməyə qoymadı. Ona görə də deyirəm ki, bu dəyişməyən adam bizim vaxtın yox, özgə vaxtın adamıdır. Çünki belə adamlar tarixdə az-az yetişir...Nə yaxşı ki, siz varsınız və mən də sizi tanımışam...

Yubileyiniz mübarək!

İradə SARIYEVA
"Bakı-Xəbər" qəzetinin əməkdaşı
Jurnalist



VİDEO

SON XƏBƏRLƏR

07.07.2025 / 23:45
Qazaxıstan öz neftini Azərbaycan üzərindən ixrac edə bilər - Bakı-Supsa kəməri...

07.07.2025 / 23:29
Ermənistan parlamenti Ohanyanın deputat toxunulmazlığını ləğv etdi

07.07.2025 / 22:31
"Nəticə budur - faktlar bir-bir artır..." - Aydın Quliyev yazır

07.07.2025 / 21:29
Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərini işğal etməsi nəticəsində zərər çəkmiş şəxslər məhkəmədə ifadə verdi - FOTO

07.07.2025 / 21:18
Rusiyada Azərbaycan diaspor rəhbərlərinin “ovuna çıxıblar”... Faktlar çoxalır...

07.07.2025 / 21:03
Quba-Xaçmaz bölgə sakinləri "fındıq elanlarından" qəzəbləniblər...

07.07.2025 / 20:48
Zəngəzur dəhlizi ABŞ və Rusiyanı üz-üzə qoyub...

07.07.2025 / 20:34
Ermənistan konstitusiyanı dəyişməkdən birdəfəlik imtina etdi, lakin Bakının tələbini icra edəcək...

07.07.2025 / 20:19
Neft bazarında vəziyyət qarışır, Azərbaycan preventiv tədbirlər görməyə məcburdur

07.07.2025 / 20:05
Xəzərdə Özbəkistanın öz “paromları” işləyəcək - Azərbaycanın “70 faiz güzəşt”i böyük iş görür...

07.07.2025 / 19:50
ECO-nun Qarabağ sammiti Əfqanıstandan Rusiyaya “yol açdı”...

07.07.2025 / 19:36
Rusiya Ukraynada kimyəvi silah tətbiq etdi - ağır ittiham, dünya şokda...

07.07.2025 / 19:22
Qlobal demoqrafiya problemləri Azərbaycanda da özünü göstərməyə başlayır...

07.07.2025 / 19:10
İrandan Azərbaycana 42 kq narkotik keçirilməsi cəhdinin qarşısı alındı - DTX və DSX-dən birgə əməliyyat...

07.07.2025 / 19:02
Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayıldı

07.07.2025 / 18:51
Rusiya Əfqanıstanı “İslam əmirliyi” kimi tanıyan ilk ölkə oldu...

07.07.2025 / 18:37
İranda türk dili problemi - Xankəndi sammiti tarixi mərhələ açdı...

07.07.2025 / 18:23
Kənd yerlərimizdə nikahsız doğulanların sayı sürətlə artır...

07.07.2025 / 18:09
ECO-nun Xankəndi sammiti - regional əməkdaşlıqda yenilik üçün yeni şərtlər var...

07.07.2025 / 17:56
Trampın Putinə ümidləri Ukraynada tam dağıldı...

07.07.2025 / 17:43
Aşuranı İranla eyni gündə və saatda keçirməyə məcburuq?..

07.07.2025 / 17:31
Pezeşkian ona qarşı sui-qəsd planının olduğunu iddia etdi - arxasında ABŞ deyil, onlar dayanırdı...

07.07.2025 / 17:26
Rusiyada daha bir müəmmalı ölüm - Putinin bu gün səhər işdən çıxardığı nazir Starovoyt evində ölü tapıldı...

07.07.2025 / 17:15
Bakıda oğurluq edən 2 şəxs saxlandı

07.07.2025 / 17:08
Rusiya hava limanlarındakı xaos Putini qəzəbləndirdi - 300-ə yaxın uçuşun dayandırılması nazirin başında çatladı…

07.07.2025 / 16:52
Filmlərin istehsalı üçün çəkilmiş xərclər qismən geri ödəniləcək...

07.07.2025 / 16:48
Ersin Tatar Azərbaycan və Şimali Kiprin biznes icmalarını daha fəal əməkdaşlığa çağırdı

07.07.2025 / 16:33
Azərbaycan Avropa İttifaqına boru kəməri ilə ən çox qaz ixrac edən ölkələrin ilk beşliyində...

07.07.2025 / 16:25
Fransa daha bir zərbəni Belçika və Perudan aldı - “Rafale” qırıcılarından imtina etdilər...

07.07.2025 / 16:10
Arpaçay İdman Birliyinin prezidenti Əli Əsgərov V Dan qara kəmər dərəcəsinin fəxri diplomuna layiq görülüb

07.07.2025 / 16:06
Ərdoğan Özgür Özələ qarşı 500 min TL-lik iddia qaldırdı

07.07.2025 / 15:26
Diplomatik xidmət orqanlarının rəhbərlərinin IX müşavirəsinin açılışı oldu - FOTO

07.07.2025 / 15:19
BMU məzunu tam təqaüdlə Çin universitetinə qəbul olub

07.07.2025 / 15:10
Sabunçuda soyğunçuluq edənlər saxlandı

07.07.2025 / 14:54
Qanı bahasına torpağı Vətən edən daha bir igidimiz – Murad Bədirov...

07.07.2025 / 14:48
Nəsimidə iki nəfəri hədələyərək soyan şəxs yaxalandı...

07.07.2025 / 14:37
Bölgələrimizdə dağılmaqda olan tarixi hamamlar yada düşmür...

07.07.2025 / 14:30
"Moskva ilə Bakı arasında fikir ayrılıqları konstruktiv şəkildə həll edilməlidir" - Peskov

07.07.2025 / 14:25
Vərəsəliklə bağlı qanunvericiliyə yeniliklər edildi

07.07.2025 / 14:17
Çinlə imzalanmış cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında müqavilə təsdiq edildi

07.07.2025 / 14:16
Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin edildi - SƏRƏNCAM

07.07.2025 / 14:08
"İşğaldan əvvəl zəng vurub deyirdilər çıxın gedin, Qarabağ Ermənistana birləşdirilməlidir, burada ancaq ermənilər yaşamalıdır" - Kərkicahan sakini

07.07.2025 / 13:50
Paşinyan Qaregini dövlət çevrilişini dəstəkləməkdə və zina etməkdə günahlandırdı

07.07.2025 / 13:45
Telefon manyaklığı PİK HƏDDƏ - oğul ana qatili oldu...

07.07.2025 / 13:22
DİN süni intellekt və İT sahələri üzrə təqaüd proqramına start verdi

07.07.2025 / 13:05
Армения опустилась ниже плинтуса - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

07.07.2025 / 12:42
Türkiyə ordusunda şəhid sayı 12-yə yüksəldi...

07.07.2025 / 12:30
Tramp BRİKS ölkələrini hədələdi- "heç bir istisna olmayacaq".

07.07.2025 / 12:10
İran mətbuatı ECO -nun 17-ci Zirvə görüşünü geniş işıqlandırıb

07.07.2025 / 12:01
Kərim Vəliyev Səudiyyə Ərəbistanına gedib

07.07.2025 / 11:23
Prezident İlham Əliyev Pakistan Milli Assambleyası sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

07.07.2025 / 11:21
Uşaqlar üçün art-terapiya seansları davam edir

07.07.2025 / 11:13
Ərdoğan xərçəngə tutulan müşavirini xəstəxanada ziyarət edib

07.07.2025 / 11:05
Şübhəli bilinən 52 nəfər saxlanılıb - Polis məlumat yaydı

07.07.2025 / 11:03
Baxın Rusiya münasibətlərin pozulmasını kimin üstünə yıxır - CANLI

07.07.2025 / 11:00
Baş prokuror bu tarixdə vətəndaşları qəbul edəcək

07.07.2025 / 10:41
Azərbaycan və Özbəkistan dünya çempionatını birgə keçirmək istəyirlər

07.07.2025 / 10:32
Əməkdar artist Kiprdə dincəlir

07.07.2025 / 10:23
Bakı Limanına yeni baş direktor təyin edildi - DOSYE

07.07.2025 / 10:19
İngiltərədə ailələrə dəstək - yarım milyon uşaq üçün 500 milyon funt-sterlinqlik!

07.07.2025 / 10:12
"İlham Əliyev ən etibarlı tərəfdaşlarımızdan biridir" - Leonid Slutski

07.07.2025 / 10:06
Bu gün Ursula Fon der Leyenə etimadsızlıq müzakirə olunacaq - korrupsiyaya görə...

07.07.2025 / 10:01
"Əlavə rüsumlar tətbiq edəcəm" - Tramp bu dəfə BRICS ölkələrini hədələdi

07.07.2025 / 09:38
Türkiyədən açıqlama - şəhid hərbçilərin sayı 8-ə çatıb

07.07.2025 / 09:32
İdmançılarımızdan 1 gümüş, 2 bürünc medal

07.07.2025 / 09:28
CHP lideri barədə araşdırma başlanıldı - Ərdoğana təhdid və təhqirə görə..

07.07.2025 / 09:27
Yol qəzası “20 Yanvar” metro stansiyası ətrafında güclü tıxac yaradıb - TƏCİLİ

07.07.2025 / 09:20
Türkiyəli jurnalist azadlığa çıxdı - ölkədən çıxışına qadağa qoyuldu

07.07.2025 / 09:12
Sabirabadda 3 otaqlı ev və tövlə yanıb

07.07.2025 / 09:06
Tramp Mask barədə danışdı - "bu gülünc işdir"

07.07.2025 / 09:01
Hakan Fidan və Abbas Arakçı Braziliyada görüşüblər

07.07.2025 / 00:17
İraqda terrorçuların mağarasına girən 19 türk əsgəri qazdan zəhərləndi, 5-i şəhid oldu

06.07.2025 / 23:40
Cüdoçumuz Avropa Kubokunda gümüş medal qazanıb

06.07.2025 / 22:34
Qərbi Azərbaycan İcması Prezident İlham Əliyevə təşəkkür etdi

06.07.2025 / 21:30
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi - qardaş Türkiyənin yanındayıq...

06.07.2025 / 20:53
İƏT-in 17-ci Zirvə görüşü nəticəsində Xankəndi Kommunikesi qəbul edildi

06.07.2025 / 18:25
Rusiyanın kubalıları iş elanları ilə aldadıb Ukraynaya müharibəyə göndərdiyi ortaya çıxdı – “hər gün çoxlu əsgər itirirlər”

06.07.2025 / 17:32
Rusiya Gümrüyə əlavə hərbi qüvvə yığır - Ermənistanda təhlükəli hərəkətlilik… Moskva nəyə hazırlaşır…

06.07.2025 / 17:09
Azərbaycan ABŞ-a başsağlığı verdi...

06.07.2025 / 15:26
Mask Trampa qarşı yeni partiya qurdu - Amerika Partiyası…

06.07.2025 / 13:36
"Sülh prosesi müstəsna olaraq Azərbaycan və Ermənistanın rəhbərliyi altında həyata keçirilməlidir" - Elçin Əmirbəyov

Qlobal demoqrafiya problemləri Azərbaycanda da özünü göstərməyə başlayır...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910