KÖHNƏ VERSİYA            

Azərbaycan İran üzərindən Fars körfəzinə əlverişli çıxış əldə edəcək...

Image

Azərbaycanın yürütdüyü rasional siyasət ölkəmizin qonşu dövlətlərlə də münasibətlərinin ən yüksək səviyyədə bərqərar olmasına gətirib çıxarıb. Təbii ki, hələlik Ermənistan burada istisnadır. Zaman-zaman qonşu ölkələrlə hansısa anlaşılmazın aradan qaldırlması məqsədilə də rəsmi Bakı tərəfindən müvafiq addımlar atılıb və bunun da müsbət nəticələrini tərəflər hamısı hiss edib.

Deyilənlərə konkret nümunə qismində İranı göstərmək olar. İranla nalaşılmazlıqların dialoq yolu ilə aradan qaldırlması üçün ölkəmiz daim müvafiq fəaliyyət həyata keçirib. Elə bunun nəticəsidir ki, ikitərəfli münasibətlərdə böhranlə məqamlar aradan qalxıb. “Qız Qalası” hidroqovşağının açılışı və “Xudafərin” hidroqovşağının istismara verilməsi mərasimində çıxışı zamanı bu xüsusda prezident İlham Əliyev qeyd edib: “Bu gün İran-Azərbaycan dostluğunun nə qədər möhkəm olmasını bütün dünya görür. Bu dostluğun dərin kökləri, dərin tarixi var. Əsrlər boyu İran və Azərbaycan xalqları bir yerdə yaşayıb-yaratmışlar və bu gün bu möhkəm zəmin üzərində qurulan dövlətlərarası münasibətlər, hesab edirəm ki, ən yüksək səviyyəyə qalxıb”. Dövlət başçısının mərasimdə toxunduğu mühüm məqamlardan biri də nəqliyyat layihələri ilə bağlı olub: “Bizi birləşdirən layihələrin arasında təbii ki, nəqliyyat layihələri xüsusi rol oynayır. Bu gün nəinki ölkələrimiz üçün, daha geniş coğrafiya üçün böyük əhəmiyyət daşıyan Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması ilə əlaqədar birgə səylər göstərilib. Bu günə qədər göstərilən səylər artıq real layihələrə çevrilib. Bundan sonra həm İran ərazisində, həm Azərbaycan ərazisində müasir dəmir yolu infrastrukturunun yaradılması və modernləşdirilməsi Şimal-Cənub nəqliyyat dəhlizini dünyanın ən önəmli nəqliyyat damarına çevirəcəkdir... Eyni zamanda, Ağbənd istiqamətində yeni avtomobil körpüsü tikilir. Bu körpü tikiləndən sonra o da Şimal-Cənub nəqliyyat dəhlizinin bir hissəsi olacaq. Bu körpü təkcə Azərbaycanın əsas hissəsini onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə birləşdirən körpü deyil, bu, beynəlxalq nəqliyyat dəhlizinin bir parçasıdır. Qeyd etdiyim kimi, həm Şimal-Cənub, eyni zamanda, Şərq-Qərb nəqliyyat dəhlizlərinin bir hissəsi olacaq”. Bütün bunlar bir daha təsdiq edir ki, ikitərəfli münasibətlərdə narahatlıq doğuran məqamlar aradan qalxıb və daha çox əməkdaşlıq prioritetdir. Aparılan hesablamalar göstərir ki, Şimal-Cənub nəqliyyat dəhlizinin yükdaşıma imkanı 100 milyon tona qədər arta bilər. Yaxın perspektivdə dəhlizlə yükdaşıma 7 milyon tondan 15 milyon tona çatacaq. Gələcəkdə isə bu, mərhələli şəklidə tədricən artacaq. Şimal-Cənub dəhlizinin 162 kilometrlik Rəşt-Astara hissəsinin İranla birlikdə inşası davam edir. Bu layihəni 2027-2028-ci ildə yekunlaşdırmaq planlaşdırılır. Azərbaycan marşrutun öz ərazisindən keçən hissəsini yaxşılaşdırır ki, bu da ildə ilk mərhələdə 7 milyon ton yük daşınmasına imkan verir. 

Ekspertlər qeyd edir ki, bu gün mövcud ənənəvi nəqliyyat marşurutlarında Rusiya-Ukrayna müharibəsi, tətbiq olunmuş sanksiyalar üzündən məhdudiyyətlər yaranıb. Məhz buna görə də Asiyada və Avropada yerləşən dövlətlər iqtisadi əməkdaşlığın səmərəli davam etdirilməsi üçün yeni ixrac-idxal marşrutlarını araşdırır və istifadə etməyə çalışırlar. Bu baxımdan Hindistan da İranla Çabahar dəniz limanının idaərəçiliyini öz üzərinə götürməklə Rusiyaya, o cümlədən Qərbi və Şimali  Avropa ölkələrinə yüklərin daşınmasını həyata keçirmək istəyir. Azərbaycan, Rusiya və İranın birgə reallaşdırdığı Cənub-Şimal nəqliyyat dəhlizi Fars körfəzinə qədər dəmir yolunun uzanmasına gətirib çıxardır. Məhz Hindistandan gələn yüklərin Cənub-Şimal nəqliyyat dəhlizi vasitəsilə Azərbaycan üzərindən Rusiyaya və Avropa ölkələrinə qədər daşınması imkanı yaranır. Bu kontekstdə Şimal-Cənub dəhlizi boyu son illər yüklərin artım dinamikasının və marağın artması  müşahidə olunur. Bunu nəzərə alaraq, dövlət tərəfindən silsilə layihələr həyata keçirilir. Bunlardan biri də Astara terminalının yenidən qurulmasıdır. Yüklərin artması bu işləri labüd edib. Bu terminalda görülən yenidənqurma işləri cənub istiqamətindən gələn yük axınının tələbə uyğun təşkili yönündə verilmiş qərar idi. 2017-ci ilə qədər Azərbaycan tərəfi İran Astarasında 35 hektar ərazini 25 illik icarəyə götürüb terminal tikmişdi. Azərbaycan Astarasında olan terminalda yenidənqurma işləri də əlavə yük qəbulu imkanı yaradacaq. Astara terminalı illik 1 milyon ton yük əməliyyatının aparılmasını mümkün edir, layihənin sonunda isə bu rəqəm növbəli iş rejimi ilə 4 milyon tona qədər olması gözlənilir. Terminalın əsas üstünlüklərindən biri də qəbul edilmiş yüklərin daşınması və yenidən yüklənməsi üçün yük sahibləri üçün güzəştli tariflərdən istifadə edilməsidir. İlkin hesablamalara görə, Astara terminalının istifadəyə verilməsi bu ilin sonunadək Şimal-Cənub marşrutu üzrə tranzit yükdaşımalarını 10-15% artırmağa imkan verəcək. İran ərazisindəki Astara-Rəşt dəmir yolu xəttinin istifadəyə verilməsindən sonra hər iki Astara Terminalı vasitəsilə qəbul edilən tranzit yüklərin əhəmiyyətli dərəcədə artacağı gözlənilir. Dövlət başçısının bəhs etdiyi Ağbənd yolu regionları birləşdirən əsas nəqliyyat-tranzit yollardan biri olacaq. Bu, İran vasitəsilə Fars körfəzinə yüklərin çıxarılmasına imkan yaradacaq. Xatırladaq ki, işğaldan azad edilən ərazilərdə dəmir yolu infrastrukturunun yenidən qurulmasına və təzə xətlərin çəkilməsinə start verilib. Bərdə-Ağdam, Horadiz-Ağbənd dəmir yolu xətlərinin yenidən qurulması və Füzuli-Şuşa təzə dəmir yolu xəttinin inşası istiqamətində işlər bunun təsdiqidir. Horadiz-Ağbənd dəmir yolu xəttinin uzunluğu 110,4 kilometrdir. Qeyd edək ki, bu xətlərin çəkilməsi Zəngəzur dəhlizinin fəaliyyətə başlaması üçün ilkin şərtdir. Bununla yanaşı. İranın yol və şəhərsalma nazirinin müavini Xeyrulla Xademi isə qeyd edir ki, İran ilə Azərbaycan arasındakı Astaraçay üzərində salınan yeni körpü MDB və Şərqi Avropa ölkələrinin Fars körfəzi və Oman dənizinə çıxışını təmin edəcək. O bildirib ki, 138 kilometrlik Qəzvin-Rəşt avtomobil yolunda işlərin 95 faizi yerinə yetirilib: “Yolun tamamlanması üçün qalan 8,2 kilometrlik məsafədə isə tikinti işləri davam edir. Bu yol İranın mərkəzi və cənub regionları ilə Azərbaycan və Rusiyanın regionları arasındakı ticarət əlaqələrini genişləndirəcək”. Qəzvin-Rəşt avtomobil yolunu Şimal-Cənub dəhlizinin mühüm hissəsi kimi dəyərləndirən X.Xademi bildirib ki, yeni yol və həyata keçirilən tranzit yükdaşımalar İran ilə qonşuları arasında ticarət dövriyyəsinin artmasına səbəb olacaq. 

Ramil QULİYEV







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

23.12.2024 | 17:05
Kiyev Rusiya qazının Ukrayna üzərindən Avropaya nəqlini dayandırır - tarix də açıqlandı...

23.12.2024 | 16:52
Prezident minimum aylıq əməkhaqqının artırılması ilə bağlı Sərəncam imzaladı

23.12.2024 | 16:47
Moldova separatçı Dnestryanıda hərbi əməliyyata hazırlaşır - Rusiya kəşfiyyatından iddia...

23.12.2024 | 16:45
Prezident İlham Əliyev Biznesin İnkişafı Fondunun Nizamnaməsini təsdiq edib

23.12.2024 | 16:44
İrakli Kobaxidze Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 16:43
TÜRKSOY-un Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

23.12.2024 | 16:35
Rusiya ordusu Ukraynada daha bir bölgəni ələ keçirdi

23.12.2024 | 16:23
Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi

23.12.2024 | 16:17
Ceyhun Bayramov Serbiya Prezidenti Vuçiçlə görüşdü

23.12.2024 | 15:53
Zakir Həsənov Türkiyənin Quru Qoşunları komandanı ilə görüşdü - FOTO/VİDEO

23.12.2024 | 15:30
Aliment borcu hansı hallarda silinə bilər...

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 14:16
Yakup Erikel Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 14:10
Valentina Matviyenko Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 13:45
Prezident İlham Əliyev Naxçıvanda yeni İES-in tikintisi ilə bağlı sərəncam imzaladı

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

23.12.2024 | 10:20
Cem Yılmaz Bakıda konsert verəcək - 450 manatlıq biletlər...

23.12.2024 | 10:20
Bakıda Azərbaycan Din Xadimlərinin Forumu keçirilir

23.12.2024 | 10:10
Prezidentin şəxsi telefonu araşdırılır - Koreya polisindən ŞOK addım

23.12.2024 | 10:05
Üç Afrika ölkəsindən Fransaya XƏBƏRDARLIQ

23.12.2024 | 10:00
“Liverpul”dan “Tottenhem”ə futbol dərsi - 6:3!

23.12.2024 | 09:30
Deputatlar Baş nazirin istefasını tələb edirlər - Trüdo ŞOKDA...

23.12.2024 | 09:20
Sumqayıtda 15 yaşlı yeniyetmə bıçaqlanıb

23.12.2024 | 09:13
Bəzi ərazilərdə duman müşahidə olunur – faktiki hava şəraiti açıqlandı

23.12.2024 | 09:10
"Sərhədi qanunsuz miqrantlar üçün bağlayacam" - Trampdan miqrantlara BƏD XƏBƏR

23.12.2024 | 09:05
"Qalatasaray" darmadağınla qalib gəldi, "Fənərbaxça" ilə xal fərqi 8-ə çıxdı...

23.12.2024 | 09:00
Ceyhun Bayramov Serbiyaya işgüzar səfərə gedib

23.12.2024 | 08:30
Braziliyada təyyarə qəzası 10 nəfərin həyatına son qoydu

23.12.2024 | 08:22
Şuşaya daha 51 ailə köçürüldü

22.12.2024 | 21:35
Əsədin qardaşı Mahir Əsəd və rejimin yüksək rütbəli üzvlərinin Suriyadan necə qaçdıqları ortaya çıxdı...

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031