KÖHNƏ VERSİYA            

Paşinyan kilsənin "nəfəsini” kəsmək üzrədir…

Image

Ermənistanda kilsə ilə hakimiyyətin qarşıduması getdikcə özünün pik həddinə yaxınlaşır. Kilsə bilir ki, hakimiyyətə qarşı hansısa addım ata bilməsə, özü fəaliyyətini dəyişməli, siyasətə müdaxiləsindən vaz keçməli olacaq. Elə bu fonda Tavuşdan başlayan, İrəvanda davam edən etirazlara hər cür dəstək verir. 

Hazırda irəvanda etirazlara qatılanlara, radikal müxalifətlə yanaşı, kilsə də maliyyə və digər formada dəstək verir. Erməni ekspert  Yuri Manvelyan də bunu təsdiqləyir. O qeyd edir ki, meydanlara çıxanları müxtəlif vasitələrlə ələ alıblar: “Amma bütün hallarda indi Ermənistanda nə keşiş Baqrat Qalstanyan populyardır, nə kilsə, nə də ki, onlarla eyni cəbhədə olan müxalifət. Onlar Paşinyanı devirəcək gücdə deyillər. Kilsənin heç vaxt humanist bir qurum imici olmayıb. Onların adı müxtəlif vaxtlarda müxtəlif qalmaqallarda, korrupsiyada hallanıb. Onlar demokratiya və sair də tələb etməyiblər. Məsələn, vaxtilə Robert Köçəryanı etirazçıların ölümünə görə, digər qanunsuz əməllərə görə tənqid etməyiblər. Onların cinayətkar oliqarx imici var. Bəzi din xadimləri lap varlıdır. Bir sözlə, hamı bilir onlar necə dolanır, necə yaşayır”. Manvelyan deyir ki, İrəvanda aksiyalar Paşinyanın əleyhinə olan qüvvələrin mitinqlərinin davamıdır: “Nə vaxt ki böyük hadisə baş verir, mitinqə çıxırlar. İndi də sadəcə olaraq öz aralarından başqa bir qüvvəni - kilsəni seçib qabağa veriblər”. Manvelyan etirazçıların sərhəd kəndlərinin və ya erməni xalqının mövqeyini əks etdirməsinə inanmadığını deyir: “Çünki çoxluq sülh istəyir, nəinki münasibətlərin pisləşməsini”. O inanır ki, keşiş Qalstanyan keçmiş prezidentlərə - Robert Köçəryana, Serj Sarkisyana bağlıdır. Onlar da öz növbəsində, Paşinyandan fərqli olaraq, Kremlə yaxın qüvvələrdir. Azərbaycanda orta yaşlı nəsil Erməni Kilsəsinin siyasətdə rolunu 1980-ci illərin sonunda kilsənin Qarabağakı erməni separatçılara dəstəyi ilə xatırlayır.  O vaxt Erməni Kilsəsi həm də erməni diasporunun separatçılara yardım etməsinə lobbiçik edirdi. Bəs indi necə? Kilsə Ermənistanın dövlət siyasətinə təsir edəcək qədər nüfuzlu ola bilərmi? İrəvandakı Regional Araşdırmalar İnstitunun direktoru Riçard Giraqosyan deyir ki, indi durum fərqlidir: “Erməni kilsəsinin bir beynəlxalq şəbəkəsi var. Onlar dünyada erməni diasporu ilə işləyir. Qarabağ hərəkatı və müharibəsi vaxtı kilsə fəal idi. Amma indi baş verən başqadır. Bu, Ermənistanın daxili məsələsidir. İlk dəfədir ki, kilsə demokratik yolla seçilmiş hökumətə qarşı çıxır, müxalifəti dəstəkləyir. İlk dəfədir ki, belə şey baş verir”. O deyir ki, bir neçə səbəbdən bu aksiyaların davamlı olacağını düşünmür. “Çünki nə müxalifət, nə kilsə populyardır, onlar ermənilər üçün keçmişdir. Üstəlik, iştirakçılar Paşinayana alternativ namizəd və siyasət irəli sürə bilməyiblər”.

Hazırda Nikol Paşinyan iqtidarı kilsədə kadr dəyişikliyi, yaxud II Qareginin istefasına nail olmaq niyyətindədir. Paşinyan hökumətinin kilsə başçısına qarşı mübarizəsi Qareginin mühafizəçilərinin dövlətdən maliyyələşdirilməsini dayandırmaqla başlayıb. Bundan sonra proses kilsənin fırıldaqla məşğul olması, dələduzluğu, 12 milyon dollar məbləğində ianənin mənimsənilməsi, Qareginin hökumətə qarşı çıxışları ilə davam edib. Indi kilsə siyasətə müdaxilə edir və bu da hakimiyyətə bu quruma qarşı daha sərt gedişlər etmək imkanı yaradır. Burada xatırladaq ki, Paşinyanın opponenti olaraq hələ də Köçəryan və Sarkisyanı görən Ermənistan ictimaiyyəti 44 günlük müharibədən sonra bütün etirazlara laqeyd münasibət sərgiləyib. Hazırda baş verənlər mövcud müxalifətin simasında hakimiyyətə qarşı müqaviməti genişləndirməyin mümkün olmadığını anlayan kilsənin prosesləri ələ almaq gedişidir.  Amma kilsə cəmiyyətdən dəstək ala bilmir. Bunlar fonunda hakimiyyətin kilsəyə qarşı hücumları artır. Hətta bu günlərdə Ermənistan parlamentinin hakim “Vətənaş müqaviləsi” partiyasından olan deputatı Arsen Torosyan ölkədəki xristian kilsəsinin tarixini əfsanə hesab etdiyini bildirib. O, kilsəni erməni dövlətçiliyini məhv etməkdə ittiham edib: “Xalqımız çox ağır talelərlə üzləşib. Bu fırtınalı dənizdə üzmək üçün 100-dən artıq mif və stereotipləri məhv etməli olması ilə yanaşı, əslində o, hələ də 1700 illik mifi tamamilə və tamamilə məhv etməlidir, baxmayaraq ki, dövlətçilik yaratmaqla buna qismən nail oldu”. Paşinyanın tərəfdarı hesab edir ki, kilsə öz daxili və xarici qrup maraqları naminə Ermənistanın dövlətçiliyini qurban vermək istəyir və xalq bu struktura yekun qiymət verməlidir: “1700 illik tarixi ərzində dəfələrlə təkrarlanan erməni dövlətçiliyinin məhvinə kilsənin bilavasitə töhfəsi tükənəcək”.  “Vətəndaş müqaviləsi” partiyasından olan deputat Qaqik Melkonyan qeyd edib ki, Baqrat Qalstanyan Rusiyanın ən yaxşı agentlərindən biridir.  O, müxalifət və kilsəni qeyri-ciddilikdə ittiham edib: “Əgər bir şey ciddi deyilsə, onu necə ciddi qəbul etmək olar? Əgər insanlar ölkəni dağıtmaq istəyirlərsə, hansı ciddilikdən danışmaq olar? Əvvəlcə onlar Tavuşda toplaşıblar və nə ediblər? Bəli, ciddiləşməliyik, ölkəni itirmək təhlükəsi var, bundan qorxmaq lazımdır. Onlardan üçüncü ölkə kimi, Rusiya tərəfindən Ermənistanı müharibəyə sürükləmək üçün “beşinci kolon” kimi istifadə olunur”. Melkonyan əlavə edib ki, Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının təmsilçisi Baqrat Qalstanyan bir çoxları kimi Rusiyanın ən yaxşı agentlərindən biridir: “Rusiyanın Ermənistanda həmişə agentləri olub, onlar hələ də fəaldırlar. Kilsə KQB ilə əlaqəli idi. Xaricdəki keşişlərimizin yarıdan çoxu KQB agentləri idi. Bu barədə özləri danışırlar. Əgər Baqrat Qalstanyan Tavuş yeparxiyasının primatıdırsa, onda niyə İrəvana üz tutur?”.

Samirə SƏFƏROVA







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

23.12.2024 | 16:23
Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi

23.12.2024 | 15:53
Zakir Həsənov Türkiyənin Quru Qoşunları komandanı ilə görüşdü - FOTO/VİDEO

23.12.2024 | 15:30
Aliment borcu hansı hallarda silinə bilər...

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 14:16
Yakup Erikel Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 14:10
Valentina Matviyenko Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 13:45
Prezident İlham Əliyev Naxçıvanda yeni İES-in tikintisi ilə bağlı sərəncam imzaladı

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

23.12.2024 | 10:20
Cem Yılmaz Bakıda konsert verəcək - 450 manatlıq biletlər...

23.12.2024 | 10:20
Bakıda Azərbaycan Din Xadimlərinin Forumu keçirilir

23.12.2024 | 10:10
Prezidentin şəxsi telefonu araşdırılır - Koreya polisindən ŞOK addım

23.12.2024 | 10:05
Üç Afrika ölkəsindən Fransaya XƏBƏRDARLIQ

23.12.2024 | 10:00
“Liverpul”dan “Tottenhem”ə futbol dərsi - 6:3!

23.12.2024 | 09:30
Deputatlar Baş nazirin istefasını tələb edirlər - Trüdo ŞOKDA...

23.12.2024 | 09:20
Sumqayıtda 15 yaşlı yeniyetmə bıçaqlanıb

23.12.2024 | 09:13
Bəzi ərazilərdə duman müşahidə olunur – faktiki hava şəraiti açıqlandı

23.12.2024 | 09:10
"Sərhədi qanunsuz miqrantlar üçün bağlayacam" - Trampdan miqrantlara BƏD XƏBƏR

23.12.2024 | 09:05
"Qalatasaray" darmadağınla qalib gəldi, "Fənərbaxça" ilə xal fərqi 8-ə çıxdı...

23.12.2024 | 09:00
Ceyhun Bayramov Serbiyaya işgüzar səfərə gedib

23.12.2024 | 08:30
Braziliyada təyyarə qəzası 10 nəfərin həyatına son qoydu

23.12.2024 | 08:22
Şuşaya daha 51 ailə köçürüldü

22.12.2024 | 21:35
Əsədin qardaşı Mahir Əsəd və rejimin yüksək rütbəli üzvlərinin Suriyadan necə qaçdıqları ortaya çıxdı...

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031