18 yaşadək analar tərəfindən doğulan uşaqların sayı açıqlanıb
Hər il erkən evliliklərin sayı 18 yaşadək analar tərəfindən doğulan uşaqların sayı ilə müəyyən edilir. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü il üzrə Məlumatında qeyd edilib.
Bildirilib ki, 2022 ci illə müqayisədə 2023 cü ildə 18 yaşınadək analar tərə findən doğulan uşaqların sayı 269 nəfər azalaraq 1742 nəfər olub.
Azərbaycan Respublikası Nazirlər Kabi‐ netinin 2020‐ci il 23 iyun tarixli 213 nömrəli Qərarı ilə “Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası“na əsasən 2020‐ci idən etibarən Dövlət Komitəsi tərəfindən hər il aidiyyəti qurumlardan il ərzində görülmüş işlər üzrə daxil olan məlumatlar ümumiləşdirilir, Dövlət Komitəsinin rəsmi internet saytında dərc edilir və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verilir.