Arda Güler “Real”da dubl etdi
Madrid "Real"ında çıxış edən Türkiyə millisinin üzvü Arda Güler növbəti dubl edib. 19 yaşlı yarımmüdafiəçi La Liqanın 37-ci turunda "Vilyarrea"la keçirilən görüşün 14-cü dəqiqəsində hesabı açıb. O, 45+2-ci dəqiqədə 2-ci qolunu vurub.
Beləliklə, gənc futbolçu meydana çıxdığı son 5 oyunda 5-ci qolunu (ümumən isə 6-cı qolu) vurub. Oyun isə 4:4 hesabı ilə başa çatıb. "Vilyarreal"ın heyətində Aleksanr Şarlot poker edib.
Mətləb