KÖHNƏ VERSİYA            

"Kədər tablosunda sevinc işığı"- Hüseyn İsaoğlu (Məmmədov)

Image

Bir insan və şəxsiyyət, AYB-nin və AJB-nin üzvü, özü kimi əməli də bütöv olan, təvazökar və aristokrat xasiyyəti ilə seçilən Hüseyn İsaoğlu (Məmmədov) ilə tanışlığımızdan çox vaxt ötməyib. Çörək kəsmişik, ədəbi mülahizələr söyləmişik, bizi bürüyən çətinliklərdən söz açmışıq. Qısası, fikirlərimizin üst-üstə düşməsi bizi dostluqda daha da möhkəmləndirib.

Aprel ayı idi. “Azərbaycan” Nəşriyyatının 2-ci mərtəbəsinə qalxan kimi ilk növbədə “Bütöv Azərbaycan” qəzetinin redaksiyasının qapısını döyüb içəri keçdim. Təzə dəmlənmiş kəkotu çayının ətri məni bihuş etdi. Hüseyn müəllim təcrübəli jurnalist, yazıçı-publisist Sabir Hüseynovla yanaşı əyləşmişdi. Onlarla görüşüb hal-əhval tutdum. Söhbətimiz müxtəlif sahələrə yönəlsə də daha çox kitab və yazıçı məsələsinin üzərində gəzişirdi. Mən bir qədər kitaba və yazılara fərqli yanaşaraq dedim:

- Düşünürəm ki, kitabın kəşfi bəşəriyyətin, insanın ən kamil kəşfidir. Necə ki, riyaziyyatda, kimyada, fizikada, mikrobiologiyada, təbabətdə zaman ötdükcə belə əvəzolunmaz kəşflər edilir. Məncə, bu kəşflər içərisində kitabın özünəməxsus yeri var. Kitab bütöv halda müəllifin əsrlərə, nəsillərə vəsiyyətidir. Ümumən isə, əgər bir xalqı tanımaq istəyirsənsə onun ədəbiyyatını, tarixini, etnoqrafiyyasını, adət-ənənələrini bilməlisən...

Bayaqdan məni sakitcə dinləyən yazıçı-jurnalist dostum Sabir Hüseynov sanki kitab barədə fikirlərimin davamı olaraq dedi:

- Kitaba, yeniliklərdən xəbər tutmağa gəncliyimizdə necə həvəs göstərirdik. Ürəyimdən keçirdi ki, görəsən, mən də kitab yaza bilərəm? Yazıçılara möcüzəli sənət adamları kimi baxırdıq. On illər ötdü, yeni texnologiyalar, ritual aləm kitabı əvəz edə bilmədi. Necə ki, yüz illərdir xarici ölkələrdə qəzet, kitab və s. dərgilər nəşr olunur, kitab yenə də qiymətini, məna yükünü itirmir, indi də elədir...

Hüseyn İsaoğlu da söhbətə qoşularaq dedi:

- Dediklərinizlə həmfikirəm. Həyatda nəyə nail olmuşuqsa kitaba borcluyuq. Kitab rəfləri bəzəmək üçün deyil, onun tozunu silib oxumaq lazımdır. Gərək hamı vəzifəsindən, tutduğu mövqeyindən, kimliyindən, varlı-kasıb olmasından asılı olmayaraq kitab oxusun. Gündəlik həyat tərzimizə çevrilmiş kitab sabaha, gələcəyə, tərəqqiyyə açardır...

- Hə, dostum, - dedim. Peşəkarların kitabları əsrlərlə yaşamalıdır. Kitab yaddaşdır, elm və tarixdir, mədəniyyətdir, etika və estetikadır, bəşəri sevgidir, məntiqdir, fəlsəfədir, ədəbi dünyadır, dilimizin inkişafı, cəmiyyətdə baş verən qanunauyğunluqları öyrədən elmdir, siyasi baxışdır. Kitab əvəzi olmayan vasitədir, o, puldan da qiymətlidir. Satış qiyməti ucuz olsa da, ariflər üçün çox bahadır... Mən çap etdirdiyim “Hər yazılan kitabdırmı?” adlı məqaləmdə kitabın mahiyyətinə, onun indiki durumuna toxunmuşam. Bəli, bu qeydlərim dünyanın dərki mövzusunda bizə bilgi verən kitab və onun sahibləri barədə idi.

Məlumat üçün deyim ki, yeni doğulan kitabların zəhmətkeş müəlliflərindən biri də Hüseyn İsaoğludur. Hüseyn müəllim Gədəbəyin Hacılar kəndində dünyanı tanıyıb. Təhsil aldıqdan sonra orada müəllimlik edib. 2012-ci ildən isə “Bütöv Azərbaycan” qəzetində şöbə müdiri işləyir. İstedadlı qələm ustası, peşəkar jurnalist Tamxıl Ziyəddinoğlu redaktoru olduğu qəzetdə Hüseyn İsaoğlu ilə çiyin-çiyinə işləməkdən, qəzetin yükünü birgə daşımaqdan məmnunluq duyur.

Söz vaxtı yüyrək olar, deyiblər. Söhbətimizin sonunda Hüseyn müəllim təbəssümlə mənə qara cildli bir kitab uzatdı:

- Bu da sənə kiçik hədiyyəm, - dedi. - Vaxtın olanda oxuyarsan. İrad və təkliflərini, tənqidi qeydlərini bildirərsən.

Kitabı ondan aldım, məmnunluq ifadə etdim. Axı, bizim dəyərli sözə, sözün gücünü, qiymətini bilənlərə həmişə ehtiyacımız var... Həmin an Hüseyn müəllim yəqin ki, hansı hisslər keçirdiyimin fərqinə vardı...

“Anam yuxuma gəlmişdi”. Hüseyn müəllim yeni kitabına belə ad qoymuşdu. “İmza” Nəşrlər Evi həmin kitabı yüksək səviyyədə nəşr edib oxucuların ixtiyarına vermişdi. Qeyd üçün deyim ki, müasir dövrdə kitabın məzmunu ilə yanaşı tərtibatı, xüsusən, üz qabığı da oxucuya estetik zövq verməlidir. Həmin kitab “Kədər tablosunda sevinc işığı” adlı povestlə açılır. Bu əsər barədə 2023-cü ilin martında “Kredo” qəzetində “Söz taxtında mülk sahibi” adlı məqalə çap etdirmişdim. O məqaləm də adıçəkilən kitabda yer alıb. Nəşrdə həmçinin, Hüseyn İsaoğlunun müxtəlif janrlı məqalələri, hakayələri oxucuya təqdim edilib.

“Kədər tablosunda sevinc işığı” adı çox uğurlu seçimdir. Hüseyn müəllim əsərin qəhrəmanı Vəfanın səsini eşitmiş, duyğularını hiss etmişdir. Vəfanın ətrafında baş vermiş hadisələrin kədəri, dramatikliyi, həssas insan qəlbinin çəkdiyi iztirablar və bir insan taleyinin kədərdən sonrakı aqibəti povestin əsas leytmotivini təşkil edir. Deməli, Vəfa kiçik yaşlarında ikən bir qəza baş verir. O, hər iki ayağını itirir. Sonra yaxşı insanlar onu ümidsizliyin əlindən alır, tale Vəfanın üzünə gülür, böyüyüb, ayaqda qalır, ali təhsil alır, ailə həyatı qurur. Hər bir çətinlikdən, ağrı-acıdan mətanətlə çıxır, Tanrı onu səadətə qovuşdurur. Türkiyədə yaşayır, özünü tənhalıqdan qurtarır, adamların sevgisini qazanır.

Fəlsəfə doktoru, alim-tədqiqatçı Şakir Əlifoğlu adını çəkdiyimiz kitabda “Mərdliyə və mübarizəyə səsləyən əsər” adlı məqaləsində yazır: “Hüseyn İsaoğlu əsərin adındakı məntiqi əsərin məzmununda da açıb göstərə bilib: “Kədər tablosu”ndakı “Sevinc işığının” nədən ibarət olduğunu Vəfa xanımın şəxsi həyatı fonunda təqdim edib. Tibb bacısı Mariya xanımın, ağır xəstə olanda Vəfaya verdiyi tövsiyə ona əslində “Sevinc işığı”nın yolunu göstərib... Bu tövsiyə sonrakı illərdə Vəfa xanıma həyatda sevinc işığı göstərən bir mayak olur...

“Anam yuxuma gəlmişdi...” kitabının 111-ci səhifəsində dərc olunmuş hekayə duyğularımı tərpətdi. Hekayənin əvvəlində paytaxtdan xeyli aralıda yaşayan ağbirçək ananın son durumu haqqında oğluna telefonla xəbər verilir. Bundan sonra anasını son dəfə görmək ümidi ilə yola çıxan oğulun ürəyi titrəyir, gözlərindən yaş gilələnir. Son anda ana lal baxışları ilə oğlunu süzür, ruhu uzaqlara uçur...

Əzablar içində ürəyi döyünən oğulun gözləri önündən analı günləri kino lenti kimi ötüb keçir, dünyanın etibarsızlığından gileylənir, gücü göz yaşlarına çatır, kədərlənir, anaya möhtac olduğunu hiss edir. Heyhat, alın yazısından qaçmaq olmur...

Hekayə psixoloji sonluqla bitir: oğul anasını yuxuda görür. Yuxuda anasının qeybə çəkilməsi, oğulun nigarançılığı, anaya əlinin çatmaması hekayənin ən kəsərli ədəbi notlarıdır.

Yazının əvvəlində kitabdan, onun insan həyatına təsir gücündən söz açmışdım. Əlbəttə, tanınmış yazıçı Hüseyn İsaoğlunun qələmindən süzülüb çıxan, oxucunun ixtiyarına verilən “Anam yuxuma gəlmişdi” kitabı da maraqlıdır, oxunaqlıdır, oxucuya ibrətamiz duyğular bəxş edir, onu yaşamağa sövq edir. Hüseyn müəllimə uğurlar diləmək arzusu ilə...

İdris Şükürlü,

Əməkdar jurnalist








VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

23.12.2024 | 16:23
Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi

23.12.2024 | 15:53
Zakir Həsənov Türkiyənin Quru Qoşunları komandanı ilə görüşdü - FOTO/VİDEO

23.12.2024 | 15:30
Aliment borcu hansı hallarda silinə bilər...

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 14:16
Yakup Erikel Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 14:10
Valentina Matviyenko Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 13:45
Prezident İlham Əliyev Naxçıvanda yeni İES-in tikintisi ilə bağlı sərəncam imzaladı

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

23.12.2024 | 10:20
Cem Yılmaz Bakıda konsert verəcək - 450 manatlıq biletlər...

23.12.2024 | 10:20
Bakıda Azərbaycan Din Xadimlərinin Forumu keçirilir

23.12.2024 | 10:10
Prezidentin şəxsi telefonu araşdırılır - Koreya polisindən ŞOK addım

23.12.2024 | 10:05
Üç Afrika ölkəsindən Fransaya XƏBƏRDARLIQ

23.12.2024 | 10:00
“Liverpul”dan “Tottenhem”ə futbol dərsi - 6:3!

23.12.2024 | 09:30
Deputatlar Baş nazirin istefasını tələb edirlər - Trüdo ŞOKDA...

23.12.2024 | 09:20
Sumqayıtda 15 yaşlı yeniyetmə bıçaqlanıb

23.12.2024 | 09:13
Bəzi ərazilərdə duman müşahidə olunur – faktiki hava şəraiti açıqlandı

23.12.2024 | 09:10
"Sərhədi qanunsuz miqrantlar üçün bağlayacam" - Trampdan miqrantlara BƏD XƏBƏR

23.12.2024 | 09:05
"Qalatasaray" darmadağınla qalib gəldi, "Fənərbaxça" ilə xal fərqi 8-ə çıxdı...

23.12.2024 | 09:00
Ceyhun Bayramov Serbiyaya işgüzar səfərə gedib

23.12.2024 | 08:30
Braziliyada təyyarə qəzası 10 nəfərin həyatına son qoydu

23.12.2024 | 08:22
Şuşaya daha 51 ailə köçürüldü

22.12.2024 | 21:35
Əsədin qardaşı Mahir Əsəd və rejimin yüksək rütbəli üzvlərinin Suriyadan necə qaçdıqları ortaya çıxdı...

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031