TOKSİK POZİTİVLİK (SAXTA XOŞBƏXTLİK)
Həyata pozitif prizmadan baxmaq psixi sağlamlığımız üçün yaxşı olsa da, həyat bizim üçün həmişə pozitif olmaya bilər. Hamımız zaman zaman çətin emosiyalarla qarşılaşırıq . Bu çətin duyğuların qəbul edilməsi və insanın psixoloji cəhətdən daha sağlam olması üçün çox vaxt çətin emosiyalar insan tərəfindən basdırılmalı və idarə olunmalıdır. Bu duyğuların idarə olunmaması icmizdə basdırılması his etdiyimizdən daha fərqlı davranmağımız “toksik pozitivlik” adlanır
Toksik pozitivliklə fərqli şəkillərdə qarsılaşa bilərik məsəl üçün hər hansı bir itki yaşayanda ətrafımızdakı insanlar “ pozitiv düşünməlisən “,”hər şeyin bir səbəbi var”,”bu nədir ki, mən bundan betər dərdlər çəkmişəm”. Başqa bir məsəl işdən çıxanda “ hər şeyə müsbət tərəfindən bax”,” belə olmalıydı”,” betərin betəri var” kimi ifadələri tez tez eşidirik . Bu insanların niyətləri bizə dəstək olmaq,həyata döndürmək olsada əslində bizə masqalanmağı öyrədirlər
Son zamanlarda televizyalarda, sosial şəbəkələrdə, dırnaqnarası şəxsi inkişaf kitablarıda da elə şeylərə daha şox rast gəlirik. Blogerlər ,infuluserlər, dırnaq arası psixoloqlar motivasya videoları çəkirlər bunları bunları etsən belə olacaq, yeni sən ortaya cıxacaq, dərdlərindən xilas olacaqsan, daha enerjik və pozitiv olacaqsan . Eyni zanamda insanlar paylaşımlarında özlərini mükəmməl şəkildə göstərməyə çalışır, sanki həyatlarında heç bir zaman problemlə qarşılaşmırlar. Əlavə olaraq daim xoşbəxt olmaq adı altında paylaşılan bir çox video roliklər insanların yalnız özünü düşünməyə, daim xoşbəxt olmağa səsləyir. Bu hal isə şəxslərin özünü davamlı pozitiv hiss etməli olduğu inancının formalaşmasına təşviq edir. beləcə biz də onların sözlərinə etibar edib masqalanırıq dərdimizi yox saymağa çalışırıq
Toksik pozitivliyin başqa əlamətləri
Hiss etdiyi kədər, qorxu və s. kimi emosiyalarla bağlı özünü günahlandırmaq
- Hisslərini bölüşən insanları “daha pisi də ola bilərdi”, “daha müsbət tərəfdən bax”, “pozitiv olmağa çalış” və s. kimi ifadələrlə təsəlli etmək
- Həyatda həmişə hər şey yaxşı imiş kimi davranmaq
- Fiziki və ya psixoloji narahatlıqlar yaşamaq
- Kədərli görünməkdən qorxmaq
- Pozitiv olmayan insanlara daim irad tutmaq
Bəs biz bu toksik pozitivlikdən necə xilas ola bilərik
Psixoloq Dəniz Umarovanın sözlərinə görə bu halın qarşısını almaq üçün hislərlə üzləşmək lazımdır
. Hisslərlə üzləşmək və onların yaşanmasına icazə vermək. Yas dönəmindən sonra emosiyaları basdırmaq əvəzinə ağlayaraq üzə çıxarmaq
. Hər vəziyyətdə “yaxşı hiss etməli olmadığını “ özünə xatırlatmaq və özünü müsbət davranmağa məcbur etməmək
Bəs biz dərdli kədərli insanlara necə dəstək ola bilərik?
Hər kəs sizin kimi pozitiv olmaya bilər. Bu zaman onları pozitivliyə təşviq etmək əvəzinə həqiqətən yayında olduğunuzu hiss etdirə, dinləyə və onların halını başa düşməyə çalışa bilərsiniz
Son olaraq Dəniz Umarova bildirdi ki,toksik pozitivlik insanlar tərəfindən şüurlu şəkildə edilmir. Bəzən bir sıra təcrübələrin, müxtəlif travmaların nəticəsi olaraq da özünü biruzə verir. Bu halda həmin şəxslərdə zərərli pozitivlik halının yaranma səbəbələri araşdırılır və ona əsasən yardım istiqaməti müəyyən olunur.
SÜNBÜL HÜSEYNOVA
Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin 4-cü kurs tələbəsi
(ingilis bölümü)