Gürcüstan parlamentinin sədri Avropanı ikiüzlülükdə ittiham etdi...
Avropa ölkələrinin bəzi siyasətçiləri “Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsini öz ölkələrinə rəva gördükləri halda, Gürcüstanda qəbul edilməsinə qarşı çıxırlar. Onların bu mövqeyi düzgün deyil və ikiüzlülükdür.
Bu sözləri mətbuata açıqlamasında Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili söyləyib.
O bildirib ki, Avropa İttifaqının özü də xarici təsirin şəffaflığı ilə bağlı vahid direktiv hazırlayıb.
Ş.Papuaşvili deyib: “Ursula Fon der Lyayen Avropa Komissiyasının Prezidentidir və Avropa İttifaqında xarici təsirin şəffaflığı məsələləri ilə bağlı vahid direktiv Avropa Komissiyasının təşəbbüsüdür. Gürcüstana qarşı bir qədər ikiüzlü olan bu mövqe Avropa İttifaqında direktivin hazırlanması ilə özünü büruzə verir”.
Gürcüstan parlamenti sədrinin sözlərinə görə, Fransa, İngiltərə və Amerika bu məsələ ilə məşğul olurlar və bir çox ölkələr oxşar tədbirləri görürlər.
“Siz bizim ətrafımızdakı prosesləri görürsünüz. Zərərli təsirlərdən qorunmaq və Gürcüstanda təhlükəsiz mühitin saxlanılması üçün istənilən xarici təsir gürcü xalqına aydın olmalıdır”, - deyə Papuaşvili vurğulayıb.
ZÜMRÜD