Çərşənbə günü, 9 iyul 2025
     

Gürcüstanda “Ukrayna ssenarisi” - Qərb sanksiya tətbiqinə hazırlaşır...

Image

"Gürcü Arzusu" partiyasının çoxluq təşkil etdiyi Gürcüstan parlamenti ölkə prezidenti Salome Zurabişvilinin xarici agentlərlə bağlı qanun layihəsinə qoyduğu vetonu dəf edə bilər. Bu barədə Gürcüstanın "Civil Georgia" nəşri məlumat yayıb.

Məqalədə qeyd edilib ki, vetonun götürülməsi üçün "Gürcü arzusu"nun malik olduğu sadə səs çoxluğu tələb olunur. Eyni zamanda, parlament üzvləri iyunun 28-də tətilə gedəcək: "İndi əsas sual ondan ibarətdir ki, "Gürcü arzusu" vetonu ləğv etmək qərarına gələcək, yoxsa qanunun qəbulunu sentyabr ayına qədər təxirə salacaq", - nəşr yazıb. Qeyd edək ki, Gürcüstan prezidenti Salome Zurabişvili ölkə parlamentinin qəbul etdiyi mübahisəli "Xarici təsirin şəffaflığı haqqında" qanuna veto qoyub. Qanun gəlirlərinin 20 faizindən çoxu xaricdən əldə olunan qeyri-kommersiya hüquqi şəxslərin və medianın xüsusi reyestrdə qeydiyyata alınmasını nəzərdə tutur. Baş verənlər fonunda Gürcüstanda etirazlar səngimir. Elə bu fonda "Vesti Kavkaza" nəşri maraqlı bir məqama diqqət çəkərək yazır: "Gürcüstanda etiraz aksiyaları xaricilərin respublikanın daxili işlərinə müdaxiləsi mərhələsinə qədəm qoyub. Analitiklər vəziyyətin 2014-cü ildə Ukraynada baş vermiş çevrilişi xatırlatması ilə razılaşırlar. Məsələ artıq Gürcüstanda Ukrayna Maydanının mümkün olub-olmaması deyil, ölkədə üçüncü inqilabın nə qədər tez başlayacağıdır. Qərb siyasətçiləri əvvəlcə "Gürcü Arzusu"nun üzvlərinə qarşı sanksiyalar tətbiq etmək və Gürcüstanın Aİ-yə inteqrasiya prosesini dayandırmaq təhdidlərinə, daha sonra Gürcüstanın işlərinə birbaşa müdaxiləyə keçiblər. Gürcüstan rəhbərliyi - baş nazir İrakli Kobaxidze, parlamentin spikeri Şalva Papuaşvili və prezident Salome Zurabivşili ilə danışıqlardan sonra Tiflisdə keçirilən növbəti etiraz aksiyasına qoşulan Baltikyanı ölkələrin və İslandiyanın xarici işlər nazirləri ölkəyə gəlib. Hər bir insanın mitinqdə, etirazda iştirakı ölkənin siyasi həyatında iştirakdır. Eyni zamanda, müstəqil dövlətin siyasi həyatında yalnız onun vətəndaşları iştirak edə bilər və əcnəbilərin istənilən fəaliyyəti dövlət suverenliyinin pozulmasıdır: ölkənin taleyini yalnız onun əhalisi müəyyən edir, yad adamlar yalnız onun ərazisində qonaq statusunda olmalı və ona uyğun davranmalıdır. Əgər xarici dövlət öz rəsmi nümayəndələrini indiki hakimiyyətin əleyhinə, ölkədəki iğtişaşları dəstəkləyən şüarlar səsləndirmək üçün göndərirsə, böyük siyasət aləmində bu, daxili işlərə qarışmaqdan başqa bir şey deyil. Hələ hərbi işğal deyil, artıq təcavüzdür.

Postsovet məkanında hadisələri müşahidə edən hər kəs üçün Baltikyanı və İslandiya xarici işlər nazirlərinin Tiflisdəki etiraz aksiyalarında iştirakı, təbii ki, dərhal ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Viktoriya Nulandın 2013-2014-cü illərdə iğtişaşların yaşandığı Ukraynaya bir sıra səfərləri ilə əlaqələndirildi. Bunlardan ən yadda qalanı 2013-cü il dekabrın 11-də Kiyevdəki Azadlıq Meydanına səfər idi. O vaxt bildirlidi ki, ABŞ çevriliş olarsa, Ukraynanı öz himayəsinə alacaq. Ukrayna məsələsində olduğu kimi, indiki Gürcüstan hakimiyyəti diplomatik toxunulmazlıq pərdəsi altında avropalı elçilərin paytaxta gəlməsinə və Gürcüstanın daxili işlərinə qarışmasına icazə verir.Əslində, 2013-2014-cü illərdə Ukraynada və 2024-cü ildə Gürcüstanda münaqişə vəziyyətləri arasındakı oxşarlıq bu kiçik detalla - Qərb diplomatlarının etiraz aksiyasında qeyri-qanuni iştirakı ilə yekunlaşır. Ukrayna şəraiti hamıya məlumdur: çevrilişin təməli zəif dövlət idi. Qanuni hakimiyyət ölkəyə tam nəzarət etmədi, istər paytaxtda, istərsə də regionlarda təhlükəsizliyi təmin edə bilmədi, qeyri-sabitlik nümayiş etdirdi, kənar qüvvələrin hadisələrə sərhədsiz müdaxiləsinə imkan verdi, müxalifətlə müxalifətin sayğısı olmayan sövdələşmələr etdi. Viktor Yanukoviç rejimi qaydasız zorakı siyasi mübarizəyə hazır deyildi və təbii olaraq hakimiyyəti ələ keçirmək üçün hər şeyə hazır olan insanlarla qarşıdurmaya düşdü. Suveren dövlətdə prezidentin xaricə qaçması ağlasığmazdır. Gürcüstanda da hakimiyyəti ələ keçirmək üçün hər şeyə hazır olan müxalifət var. Üstəlik, Mixail Saakaşvilinin rəhbərlik etdiyi bu müxalifət artıq 2003-cü ildə ölkədə hakimiyyəti ələ keçirib və 9 il respublikanı idarə edib. Bu müddət ərzində Saakaşvili və komandası vətəndaşları o qədər darıxdıra bilib ki, 2012-ci ildə onların Vahid Milli Hərəkat partiyası Gürcüstanın qeyri-rəsmi himayədarı, milyarder Bidzina İvanişvilinin seçki mövsümü üçün xüsusi olaraq yaratdığı "Gürcü Arzusu" partiyasına parlament seçkilərində məğlub olub. O vaxtdan bəri, artıq 12 ildir ki, heç bir uğur əldə olunmadan Saakaşvili tərəfdarları respublika rəhbərliyini İvanişvilidən və "Gürcü arzusu"ndan qoparmağa çalışırlar. Saakaşvilinin "Qızılgül inqilabı" Qərbin "rəngli inqilablar" layihələrindən biri idi, Mixail Saakaşvili Vaşinqton və Brüsseldən birbaşa – siyasi və maliyyə dəstəyini aldı. Ona görə də "Gürcü Arzusu" Vahid Milli Hərəkatı dövlət idarəçiliyindən qanuni olaraq kənarlaşdırıldı. Eyni zamanda, Bidzina İvanişvili bütün cəbhələrdə Gürcüstanın işlərində nizam-intizam yaratmaq vəzifəsini öz üzərinə götürdü. O, Gürcüstan iqtisadiyyatını xilas etmək üçün Rusiya ilə ticarət əlaqələrini bərpa etməyə razılaşıb. Məhz burada "Gürcü arzusu" ilə Qərbin münasibətlərində əvvəldən parçalanma faktoru qoyuldu – Rusiya faktoru. Abxaziya və Cənubi Osetiyada siyasi məsələlərin həll olunmamasına baxmayaraq, Rusiya-Gürcüstan işgüzar əlaqələri bərpa olundu. Bu addım Qərb elitalarının narazılığına səbəb olmaya bilməzdi. "Qızılgül inqilabı"ndan sonra Gürcüstana postsovet məkanında faktiki olaraq kollektiv Qərbin müstəmləkəsi rolu verildi, tam nəzarətdə olan və hər cəhətdən Vaşinqton və Brüsseldən asılı idi. Gürcüstanla Rusiya arasında qeyri-siyasi münasibətlərin bərpası Qərbin Moskvanı təcrid etmək siyasətinin iflasa uğraması demək idi.  Gürcüstanın yeni hakimiyyət orqanlarının Qərb kuratorlarının iradəsinə qarşı çıxmaq qərarı xoş qarşılanmadı. Bu illər ərzində Gürcüstanın Qərblə siyasi təmaslarında qeyri-müəyyənlik daha da artıb. Dövlətçiliyin qorunmasına diqqət gürcü hökumətinə imkan verir ki, Avropa və Amerika ilə münasibətlərdə soyuqluq yaransın. Əbəs yerə dövlət rəsmiləri şəxsi sanksiyalara hazır olduqlarını söyləmirlər - onlar doğrudan da hazırdırlar, çünki onların məqsədi Qərb ölkələrinə səfər yox, müstəqil Gürcüstanda yaşamaqdır. Həmçinin Gürcüstan rəhbərliyi açıq şəkildə Qərb demokratik fondlarını müxalifəti maliyyələşdirməkdə ittiham edir, Vaşinqton və Brüsseldən "xalçaya çağırışlar"dan imtina edir, xarici diplomatları etiraz aksiyalarında iştiraka görə qınayır və ən əsası sakit şəkildə xarici səfərlərə gedir. Gürcüstanda "Ukrayna ssenarisi"nin təkrarı olmayacaq, çünki ölkədə inqilabi vəziyyət yoxdur. Əhalinin əksəriyyəti, yəni həqiqi demokratik ölkələrdə dövlətin rəhbərliyini müəyyən edən siyasi qüvvə Saakaşvilinin hakimiyyətə qayıdışının tərəfdarı deyil. Radikal müxalifətin respublikada hakimiyyəti zorla çevriliş yolu ilə ələ keçirmək üçün kifayət qədər resursları yoxdur… Eyni zamanda vurğulamaq lazımdır ki, Gürcüstanda "Rusiya ssenarisi" kifayət qədər realdır: bütün Gürcüstan rəhbərliyinə qarşı şəxsi sanksiyalar tətbiq oluna bilər, Qərb "Gürcü arzusu"nu cinayətkar tiran rejim kimi qələmə verməyə başlayacaq. Bu təzyiqin nə dərəcədə təsirli olacağını payızdakı parlament seçkiləri göstərəcək. Hələlik "Gürcü Arzusu"nun məğlubiyyətini proqnozlaşdırmaq üçün heç bir əsas yoxdur – onun sadəcə alternativi yoxdur".

Nahid SALAYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

SON XƏBƏRLƏR

08.07.2025 / 23:15
Fransada Azərbaycan səfirliyinə hücum etmiş radikal ermənilərin cəzası daha da ağırlaşdırıldı

08.07.2025 / 22:34
"ABŞ Azərbaycan və Ermənistan arasında sülh sazişinin tezliklə əldə olunacağına ümid edir" – Rubio

08.07.2025 / 21:15
Fransızlar Makronu vaxtından qabaq yola salmağa hazırlaşır...

08.07.2025 / 20:59
Ermənistan öz ərazisini hansı dövlətlərin sui-istifadəsinə verə bilər?..

08.07.2025 / 20:44
Ukrayna kəşfiyyatı Ermənistanı çətinə saldı - ölkə özünü Azərbaycanın qarşısında təmizə çıxarmağa çalışır...

08.07.2025 / 20:30
ABŞ Zəngəzur dəhlizini nəzarətə götürür - Rusiya ilə geosiyasi mübarizənin nəticəsi...

08.07.2025 / 20:15
Trampın cavab məktubu Gürcüstanla gərginliyi artırdı - Azərbaycana ehtiyac daha da artdı...

08.07.2025 / 20:01
Paşinyan kilsəyə özü rəhbərlik edəcək, iddia açıq deyildi - katolikos əks blok yaradır...

08.07.2025 / 19:46
Rusiya Azərbaycana sanksiyalar hazırlayır? - Aranı gərginləşdirmək istəyənlərin yeni cəhdləri...

08.07.2025 / 19:32
“İsrailin növbəti hədəfi Türkiyə” - ABŞ-dan mesajın ünvanı...

08.07.2025 / 19:17
Xankəndinin tarixində ilk hadisə - heç sovet dövründə də bu yox idi...

08.07.2025 / 19:10
Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslər və hüquqi varislər ifadə verdi - FOTO

08.07.2025 / 19:03
BRICS Rusiyanın tərəfində Ukrayna müharibəsinə rəsmən qoşuldu...

08.07.2025 / 18:48
Belə müsabiqələr uşaq və gənclərə təsir edir...

08.07.2025 / 18:44
Əli Əsədov Pakistan Milli Assambleyasının sədri ilə görüşdü

08.07.2025 / 18:35
Şəmkir, Göygöl və Gəncədə abadlıq nümunəsi: Regionların siması yenilənir

08.07.2025 / 18:23
3 bank Maliyyə Nazirliyinin 500 milyon manatını 7,5 faiz əlavəsilə necə qaytaracaq?..

08.07.2025 / 18:10
Azərbaycan kişilərində psixi pozğunluq qadınlardan 3 dəfə çoxdur...

08.07.2025 / 17:57
Erməni iranşünas Pezeşkiana şər atdı - İran susdu...

08.07.2025 / 17:44
Manat kreditləri niyə bu qədər bahalaşır?..

08.07.2025 / 17:34
CHP liderinin toxunulmazlığı ləğv edilə bilər - Türkiyə parlamentinə vəsatət təqdim edildi...

08.07.2025 / 17:15
Qonşu ölkələrdən İrana hücumda istifadə olunmayıb – Pezeşkian İranın Ermənistandakı səfirinin yalanını ifşa etdi

08.07.2025 / 16:56
Azərbaycan və İordaniya arasında fəlakət və böhranların idarə edilməsi sahəsində əməkdaşlıq haqqında Saziş təsdiqləndi

08.07.2025 / 16:56
İldırım Vəliyevə III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verildi

08.07.2025 / 16:54
Diplomatik xidmət orqanlarının bir qrup əməkdaşına diplomatik rütbələr verildi

08.07.2025 / 16:53
Prezident İlham Əliyev Trampa başsağlığı verdi

08.07.2025 / 16:51
Türkiyənin Antalyada tarixi sualtı kəşfi - eramızdan əvvəl Yunan-Helenistik dövrünün sonları və...

08.07.2025 / 16:26
Tramp Ukrayna siyasətini dəyişir - ABŞ Kiyevə daha çox silah verəcək…

08.07.2025 / 16:07
Xəzər polisi əməliyyat keçirdi - qadın narkotacirin evindən 10 kq narkotik çıxdı...

08.07.2025 / 15:43
“Medianın inkişafında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda konfrans keçirilib - FOTO/YENİLƏNDİ

08.07.2025 / 15:31
Yol polisi motosiklet sürücülərinin qayda pozuntularına qarşı nəzarəti gücləndirdi

08.07.2025 / 15:30
Ekranda nə var, cəmiyyətdə də o var

08.07.2025 / 15:16
"İrandan nüvə müzakirələrinə qayıtmağı tələb etməyin heç bir mənası yoxdur" – İranlı parlamentaridən ABŞ-a mesaj...

08.07.2025 / 15:03
Mixail Qusman Prezident İlham Əliyevin medianın inkişafındakı rolu ilə bağlı konfransın keçirilməsini təklif etdi

08.07.2025 / 14:22
Xarici media filiallarının Media Reyestrinə daxil edilməsi prosedurları sadələşdirilir

08.07.2025 / 14:08
"Yolumuz Qarabağa” portalından əldə olunan icazənin müddəti 5 günədək artırıldı

08.07.2025 / 13:55
Xaricdən ofis və mənzillərdə videomüşahidə kameralarına müdaxilənin qarşısı alındı - DTX-dən növbəti əməliyyat...

08.07.2025 / 13:23
"Ümummilli Lider Heydər Əliyevin mediaya münasibəti bir nümunədir" - Natiq Məmmədli

08.07.2025 / 13:12
С. Маркедонов, вместо сказок, научитесь смотреть на Россию со стороны! - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

08.07.2025 / 12:58
Cəbrayılda narkotik əməliyyatı - İki kiloqam marixuana və tiryək aşkarlandı

08.07.2025 / 12:46
Qanuna dəyişiklik edildi - polis əməkdaşlarının sosial müdafiəsi gücləndirilir

08.07.2025 / 12:34
"Azərbaycanda demokratik mətbuatın sürətli inkişafının təmin edilməsi Ümummilli Liderin adı ilə birbaşa bağlıdır" - Əhməd İsmayılov

08.07.2025 / 12:18
"Yaranmış vəziyyətdən siyasi xal qazanmağa çalışanlar var" - rusiyalı deputat

08.07.2025 / 12:11
"Azərbaycanın lider mövqeyinin güclənməsi medianın gündəmini də zənginləşdirir"

08.07.2025 / 12:05
ABŞ-da təyyarə qəzası olub - 4 nəfər həlak olub

08.07.2025 / 12:00
Dağıstanda 100-dən çox şəxs sudan zəhərlənib

08.07.2025 / 11:40
Tanınmış iş adamının oğlu faciəvi şəkildə ölüb

08.07.2025 / 11:21
Türkiyədən Fransaya ETİRAZ - ölkədaxili hüququmuza hörmətlə yanaş"

08.07.2025 / 11:15
Milli Məclis iclas keçirir - 15 məsələ müzakirə olunur

08.07.2025 / 11:05
Zəngilanda 1 tona yaxın çətənə bitkisi məhv edilib - polis açıqlama yaydı

08.07.2025 / 11:04
Rusiya Azərbaycandan qisas almağa hazırlaşır. Amma nəyin? - CANLI

08.07.2025 / 11:02
Bu axşam “Çelsi” - “Fluminense” görüşü olacaq

08.07.2025 / 10:30
Dünya bazarında qızıl və gümüş bahalaşıb

08.07.2025 / 10:22
Vaqif Poeziya Günləri yenidən poeziya sevərləri bir araya gətirir!

08.07.2025 / 10:17
Kəlbəcərdə “UAZ” aşıb, iki nəfər xəsarət alıb

08.07.2025 / 10:12
Tramp Nobel Sülh Mükafatına namizəd oldu

08.07.2025 / 10:10
Dəmiryolçular İtaliyada tətilə başlayıb

08.07.2025 / 10:04
Biləsuvar sakininin maşınından 2 kiloqram narkotika tapıldı

08.07.2025 / 10:01
"Kilsəni əxlaqsızlardan şəsxən özüm azad edəcəm" - Paşinyandan səs-küylü açıqlama

08.07.2025 / 09:35
Pentaqon təsdiqlədi - Ukraynaya əlavə müdafiə silahları göndəriləcək

08.07.2025 / 09:25
Lənkəranda sürücü yol qəzasında ölüb

08.07.2025 / 09:20
"Mərkəzi Avropa ölkələri bizim etibarlı tərəfdaşlarımızdır" - Hikmət Hacıyev

08.07.2025 / 09:20
Rusiyada işdən çıxarıldıqdan saatlar sonra meyiti tapılan nazirin ölümü ilə bağlı müəmmalar artır...

08.07.2025 / 09:12
Texasdakı daşqın qurbanlarının sayı 100 nəfəri ötüb

08.07.2025 / 09:06
Məşhur qapıçı daha 2 il "Barselona"da

08.07.2025 / 09:00
Tramp 14 ölkəni hədələdi - avqustun 1-dən ticarət tarifləri artırılır...

08.07.2025 / 08:56
ADY qatarları yay qrafikinə keçir- açıqlandı

08.07.2025 / 08:37
Bəzi məktəblərdə attestat qiymətləri üstündə alver qızışır...

07.07.2025 / 23:45
Qazaxıstan öz neftini Azərbaycan üzərindən ixrac edə bilər - Bakı-Supsa kəməri...

07.07.2025 / 23:29
Ermənistan parlamenti Ohanyanın deputat toxunulmazlığını ləğv etdi

07.07.2025 / 22:31
"Nəticə budur - faktlar bir-bir artır..." - Aydın Quliyev yazır

07.07.2025 / 21:29
Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərini işğal etməsi nəticəsində zərər çəkmiş şəxslər məhkəmədə ifadə verdi - FOTO

07.07.2025 / 21:18
Rusiyada Azərbaycan diaspor rəhbərlərinin “ovuna çıxıblar”... Faktlar çoxalır...

07.07.2025 / 21:03
Quba-Xaçmaz bölgə sakinləri "fındıq elanlarından" qəzəbləniblər...

07.07.2025 / 20:48
Zəngəzur dəhlizi ABŞ və Rusiyanı üz-üzə qoyub...

07.07.2025 / 20:34
Ermənistan konstitusiyanı dəyişməkdən birdəfəlik imtina etdi, lakin Bakının tələbini icra edəcək...

07.07.2025 / 20:19
Neft bazarında vəziyyət qarışır, Azərbaycan preventiv tədbirlər görməyə məcburdur

07.07.2025 / 20:05
Xəzərdə Özbəkistanın öz “paromları” işləyəcək - Azərbaycanın “70 faiz güzəşt”i böyük iş görür...

07.07.2025 / 19:50
ECO-nun Qarabağ sammiti Əfqanıstandan Rusiyaya “yol açdı”...

07.07.2025 / 19:36
Rusiya Ukraynada kimyəvi silah tətbiq etdi - ağır ittiham, dünya şokda...

07.07.2025 / 19:22
Qlobal demoqrafiya problemləri Azərbaycanda da özünü göstərməyə başlayır...

Belə müsabiqələr uşaq və gənclərə təsir edir...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910