"Rəisinin helikopterindəki 2 nəfərlə bir neçə dəfə əlaqə saxladıq" - İranın vitse-prezidenti
İranın vitse-prezidenti Muhsin Mansuri prezident İbrahim Rəisinin helikopteri ilə əlaqə saxladıqlarını deyib
“Helikopterdəki 2 nəfərlə bir neçə dəfə əlaqə saxladıq və danışdıq. İki kilometrlik ərazidə axtarış aparırıq. Ümid edirəm ki, yaxşı xəbərlər gələcək" -deyə Mansuri bildirib.
İran Qızıl Aypara Cəmiyyətinin prezidenti Pir Hüseyn Kulivend isə hazırda Qızıl Ayparanın 40-dan çox xüsusi axtarış-xilasetmə qrupunun axtarış-xilasetmə işlərini davam etdirdiyini deyib. Onun sözlərinə görə, qruplar qəzanın baş verdiyi nöqtəyə yaxınlaşıblar.
TAHİR