Qadınlar tərəfindən zorakılığa məruz qalan kişilərin sayı artıb...
2023-cü il ərzində gender əsaslı zorakılıqla bağlı Dəstək Xəttinə (860) 302 müraciət daxil olub. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü il üzrə Məlumatında qeyd edilib.
Müraciət edənlərin 237 nəfəri qadın, 65 nəfəri kişi olub. Dəstək xəttinə edilən müraciətlərin sayı 2022‐ci illə müqayisədə 12,3% artıb. Müraciətlərin əksəriyyəti psixoloji (288) və fiziki zorakılıqla (146), cinsi zorakılıqla (6) bağlı olub.
Şikayət edənlərin əksəriyyəti zorakılığın bir neçə növünün qurbanı olub və onlardan 175 nəfəri münasibətdə olduğu şəxs tərəfindən zorakılığa məruz qalıb. Zənglər bir neçə meyara əsasən təhlil edilir. Bu meyarlara zəng edənin kimliyi, yaşı, cinsi, ailə vəziyyəti, təhsili, məşğulluğu, zorakılığın növü, yaşadığı bölgə, eləcə də yönləndirildiyi tərəfdaş qurum daxildir. 2023‐ci il ərzində qəbul edilən zənglərin təhlilinə əsasən müəyyən edilmişdir ki, müraciət edənlərin əksəriyyəti evli, orta təhsilli, işsiz şəxslərdir.