Avroittifaq İranın tələbi ilə peyk görüntü xidmətini işə saldı
İran, prezident İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir Abdullahianı daşıyan helikopterin axtarışına dəstək vermək üçün Avropa İttifaqından kömək istəyib.
Bu barədə Aİ-nin Böhranların İdarə Edilməsi və Humanitar Yardım üzrə komissarı Janez Lenarcic sosial mediada verdiyi açıqlama yayıb
“İrandan kömək tələbi ilə İran prezidenti və xarici işlər nazirini daşıyan helikopterin qəzaya uğraması səbəbindən Avropanın Kopernik Fövqəladə İdarəetmə Xidmətinin peyd görüntü xidmətini işə saldıq” - deyə Aİ rəsmisi bildirib.
Bu arada, ABŞ Dövlət Departamenti də ABŞ-ın qəza ilə bağlı xəbərləri yaxından izlədiyini açıqlayıb. Ağ Evdən verilən açıqlamada məsələ ilə bağlı prezident Baydenə brifinq verildiyi bildirilib.
TAHİR