KÖHNƏ VERSİYA            

Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib - FOTO/YENİLƏNDİ

Image

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 29-da Çin Xalq Respublikasının Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədri Yan Vanmini qəbul edib.

Dövlətimizin başçısı Azərbaycan-Çin siyasi əlaqələrinin yüksək səviyyədə olduğunu vurğulayaraq ikitərəfli münasibətlərdə son vaxtlar böyük canlanmanın baş verdiyini qeyd etdi. Nəqliyyat sahəsində çox fəal birgə işlərin aparıldığını deyən Prezident İlham Əliyev bu baxımdan Transxəzər nəqliyyat dəhlizinin Orta Dəhlizin bir hissəsi olduğunu vurğuladı. Dövlətimizin başçısı sərmayə qoyuluşu nöqteyi-nəzərindən yaxşı irəliləyişin olduğunu dedi. Belə ki, Çin şirkətləri Azərbaycana daha böyük həcmdə sərmayə qoyur. Dövlətimizin başçısı, eyni zamanda, COP29-un ölkəmizdə keçirilməsi ilə əlaqədar Azərbaycan-Çin məsləhətləşmələrinin aparıldığını vurğuladı. Prezident İlham Əliyev humanitar sahədə də gündəliyin kifayət qədər geniş olduğunu bildirdi, Yan Vanminin ölkəmizə səfərinin əməkdaşlığımızın genişlənməsinə töhfə verəcəyinə əminliyini ifadə etdi.

Qəbula görə minnətdarlığını bildirən qonaq, ilk növbədə, Çin Xalq Respublikasının Sədri Si Cinpinin salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Si Cinpinə çatdırmağı xahiş etdi.

Yan Vanmin Ulu Öndər Heydər Əliyevin və bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın böyük inkişaf yolu keçdiyini, ölkədə siyasi sabitliyin bərqərar olunduğunu, iqtisadi yüksəlişin əldə edildiyini, əhalinin rifah halının yüksəldiyini və respublikamızın beynəlxalq aləmdə layiqli yerini tutduğunu vurğuladı. O qeyd etdi ki, bütün bunlar Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində mümkün olub.

Prezident seçkilərində qalib gəlməsi münasibətilə bundan əvvəl təbrik məktubu göndərdiyini məmnunluqla xatırlayan qonaq İlham Əliyevin yenidən prezident seçilməsini Azərbaycan xalqının ona olan etimadının nəticəsi və gələcəyə inamının təzahürü kimi dəyərləndirdi.

Diplomatik münasibətlərimizin qurulmasından ötən dövr ərzində əlaqələrimizin sabit şəkildə inkişaf etdiyini deyən Yan Vanmin ikitərəfli münasibətlərimizin möhkəmlənməsində dövlətimizin başçısının Çinə səfərlərinin, Si Cinpinlə görüşlərinin və iki ölkə rəhbəri arasında çox gözəl şəxsi münasibətlərin rolunu xüsusi qeyd etdi.

Azərbaycanın Çin üçün çox vacib tərəfdaş olduğunu vurğulayan qonaq ölkəmizlə əməkdaşlığa böyük önəm verdiklərini bildirdi. Qeyd etdi ki, Azərbaycan “Bir kəmər, bir yol” təşəbbüsünü ilk dəstəkləyən ölkələrdən biri olub və bu baxımdan o, Transxəzər dəhlizinin bu təşəbbüsün reallaşmasına, ümumilikdə Azərbaycanın bütün nəqliyyat qovşağının inkişafına töhfə verəcəyinə əminliyini bildirdi.

Yan Vanmin ölkəsinin Azərbaycanın suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə göstərilən hörməti hər zaman dəstəkləyəcəyini vurğuladı, ölkələrimiz arasında qarşılıqlı etimadın daimi olacağına əminliyini bildirdi.

COP29-un təşkilində də Çinin Azərbaycana dəstəyini qeyd edən qonaq Prezident İlham Əliyevin rəhbərliyi ilə bu tədbirin uğur qazanacağına inamını ifadə etdi.

Ulu Öndərin ölkələrimiz arasında münasibətlərin inkişafında roluna bir daha toxunan qonaq dedi: “Biz Çin-Azərbaycan münasibətləri haqqında danışarkən Sizin atanız Heydər Əliyevin töhfələrini unuda bilmərik. Çin xalqı çox yaxşı xatırlayır: Heydər Əliyev Prezident seçildikdən çox qısa müddət sonra - 1994-cü ildə Çinə səfər etdi və Çinin ovaxtkı rəhbərliyi ilə birlikdə xalqlarımız arasında əlaqələrin möhkəm təməlini qoydu. Heydər Əliyev o zaman xüsusilə Çin kəndinə gedərək sadə insanlarla görüşdü. Bu, Çin xalqının yaddaşında əbədi qalacaq. Siz bu gün atanızın siyasətini davam etdirərək Çinə altı dəfə səfər etmisiniz. Çin xalqı Sizə böyük hörmətlə yanaşır”.

Qonaq Heydər Əliyev Fondu ilə uğurlu əməkdaşlıq həyata keçirdiklərini vurğulayaraq 2023-cü ildə Pekin şəhərində Ulu Öndərin 100 illik yubileyinin böyük təntənə ilə qeyd edildiyini xatırladı. Azərbaycana Heydər Əliyev Fondunun dəvəti ilə səfər etdiyini deyən Yan Vanmin Fondun Çinin olduqca inandığı və sıx əməkdaşlıq etdiyi bir qurum olduğunu vurğuladı. O, ötən illər ərzində Heydər Əliyev Fondu ilə bir çox birgə layihələr, xüsusilə gənclər arasında əlaqələrin genişləndirilməsi sahəsində layihələr həyata keçirdiklərini bildirdi. Yan Vanmin Fondla əməkdaşlığın daha da möhkəmlənəcəyinə və əlaqə dairəsinin genişlənəcəyinə əminliyini ifadə etdi. O, eyni zamanda, humanitar, turizm, gənclər sahələrinin, həmçinin regionlararası əməkdaşlığın inkişafı işinə də töhfə verməyə hazır olduqlarını bildirdi.

Qonaq Şanxay Əməkdaşlıq Təşkilatında əlaqələrə toxunaraq Azərbaycanın bu təşkilatda dialoq tərəfdaşı olmasının önəmini qeyd etdi.

Xoş sözlərə görə minnətdarlığını bildirən dövlətimizin başçısı Çin Xalq Respublikasının Sədri ilə dəfələrlə keçirdikləri görüşlərin ikitərəfli münasibətlərin inkişafına güclü təkan verdiyini vurğuladı. Si Cinpinlə son dəfə keçirdiyi görüşü də məmnunluqla xatırlayan Prezident İlham Əliyev bu görüş zamanı bir çox önəmli məsələlərin müzakirə edildiyini və əməkdaşlığın perspektivlərinin təsdiq olunduğunu bildirdi.

Dövlətimizin başçısı vurğuladı ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan-Çin münasibətlərinin inkişafına, parlaq gələcəyinə çox inanırdı və buna nail olmaq üçün böyük səylər göstərirdi. Azərbaycan Prezidenti qeyd etdi ki, 1994-cü ildə Ümummilli Liderin Çinə ilk rəsmi səfəri əlaqələrimizin təməlini qoyub. Öz növbəsində Ulu Öndərin siyasətini bütün sahələrdə davam etdirən bir şəxs kimi Azərbaycan-Çin əlaqələrinin inkişafına xüsusi diqqət yetirdiyini deyən dövlətimizin başçısı vurğuladı ki, birgə səylər nəticəsində müəyyən olunmuş möhkəm əməkdaşlıq çərçivəsində siyasi, iqtisadi və digər sahələrdə əlaqələrimiz bundan sonra da uğurla inkişaf edəcək.

Prezident İlham Əliyev Yan Vanminin rəhbərlik etdiyi assosiasiya ilə Heydər Əliyev Fondu arasında həyata keçirilən sıx əməkdaşlığın əlaqələrimizin inkişafına böyük töhfə verdiyini bildirdi.

Dövlətimizin başçısı qeyd etdi ki, Si Cinpinin təşəbbüsü olan “Bir kəmər, bir yol” layihəsi ölkəmiz tərəfindən tam dəstəklənir və biz Azərbaycan ərazisində bütün nəqliyyat infrastrukturunu yaradaraq qonşu ölkələrlə də təmaslar əsnasında bu layihənin həyata keçirilməsi istiqamətində səylərimizi əsirgəmirik.


 







VİDEO

57 dövlət Qərbi Azərbaycan məsələsinə imzasını atdı - böyük tarixi hadisə… - VİDEO

İrəvanda “keşiş aksiyası” sülh danışıqlarına necə təsir edəcək... - VİDEO

Alman deputat Şvabe istədiyi qərarı verdirə bilirsə, onda bu qurumun bir adı var - oyuncaq AŞPA... - VİDEO

İlham Əliyev dünyanın ada dövlətləri ilə bağlı unikal təşəbbüs etdi...

ABŞ da nəhayət Almatı sülh prosesini dəstəklədi...

“Google Maps” Azərbaycanla Ermənistanın arasında ikiüzlülük edir...

SON XƏBƏRLƏR

15.05.2024 | 14:18
Milli Məclisin deputatı: "Azərbaycan Kiprin türk xalqını gələcəkdə də dəstəkləyəcək"

15.05.2024 | 14:15
"Sülhməramlıların Azərbaycanı tərk etməsi prosesi yaxın vaxtlarda yekunlaşacaq" - Anar Eyvazov

15.05.2024 | 14:11
Makronun konstitusiya islahatı Yeni Kaledoniyada iğtişaşlara səbəb oldu...

15.05.2024 | 13:50
Daha 8 azərbaycanlı Suriyadan ölkəyə gətirildi...

15.05.2024 | 13:31
Uşaq İncəsənət məktəbində 188 min manatlıq yeyinti - cinayət işi başlandı...

15.05.2024 | 13:17
Mühafizəçini öldürən direktor müavini ilə bağlı RƏSMİ AÇIQLAMA...

15.05.2024 | 13:03
Наконец-то российские учёные рассказали об Армении истину - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

15.05.2024 | 12:48
ABŞ İsrailə bir milyard dollarlıq yeni silah yardımına hazırlaşır...

15.05.2024 | 12:05
Ölkəmizdə internet bankçılıq üzrə əməliyyatların həcmi açıqlandı

15.05.2024 | 12:00
Bakıda avtoxuliqanlıq edən sürücülər cərimələndi

15.05.2024 | 11:30
Suraxanıda yolu keçən qadını avtomobil vurub

15.05.2024 | 11:20
"Mənim Azərbaycanda gedəcək qapım çoxdur" - Mahsun Qırmızıgül

15.05.2024 | 11:10
Zelenski bu iki ölkəyə səfərini ləğv etdi - cəbhədəki vəziyyətə görə...

15.05.2024 | 11:04
Beyləqanda heyvan oğrusu yaxalanıb

15.05.2024 | 11:03
Paşinyan Əliyevin mövqeyi ilə razılaşdığını bəyan etdi - CANLI

15.05.2024 | 11:00
Neftimiz yenə ucuzlaşdı...

15.05.2024 | 10:30
Ucarda narkokuryerlik edən Bakı sakini saxlanılıb

15.05.2024 | 10:20
Ronaldo Səudiyyə Ərəbistanından ayrılacaq?

15.05.2024 | 10:10
Zelenski istəmişdi, ABŞ Ukraynaya yeni "Patriot" göndərir

15.05.2024 | 10:04
Şahdağa və Gədəbəyə qar yağıb – Faktiki hava

15.05.2024 | 10:00
Bu gündən müəllimlərin işə qəbulu müsabiqəsi üzrə sənəd qəbuluna başlanılır

15.05.2024 | 09:25
Bir çox kolleclərin "başı ağrıyacaq"...

15.05.2024 | 09:20
Xırdalanda 39 yaşlı kişini avtomobil vurub

15.05.2024 | 09:17
Baydendən İsrailə ŞOK - Bu qanun layihəsinə veto qoyacaq

15.05.2024 | 09:11
Arda Güler "Real"da 4-cü qolunu vurdu

15.05.2024 | 09:08
Türk Dövlətləri Təşkilatı ilə Macarıstan arasında “Birgə fəaliyyət planı” imzalanıb

15.05.2024 | 09:04
Avropada terror həyəcanı artır - "Bild" nəşri

15.05.2024 | 08:37
Noyabrın 1-dək minimum əmək haqlarının artırılmasına rəsmi göstəriş verildi…

14.05.2024 | 23:37
5 Avropa rəsmisindən Gürcüstandakı etirazçılara açıq dəstək - baş nazir od püskürdü...

14.05.2024 | 21:09
Kilsə etirazları Ermənistanı terror bataqlığına sürükləyir...

14.05.2024 | 20:55
Ermənilərin böyük himayəçisi sayılan senator rüsvay oldu...

14.05.2024 | 20:40
Rusiyanın yeni mülki-hərbi naziri - müharibə kursunda yumşaq xətt, ya...

14.05.2024 | 20:27
İlham Əliyev dünyanın ada dövlətləri ilə bağlı unikal təşəbbüs etdi...

14.05.2024 | 20:14
Hindistan da Ermənistanı tək qoydu - ümid yenə Azərbaycanın məşhur layihəsinə qaldı...

14.05.2024 | 19:59
Zəngəzur dəhlizində Kalininqrad modeli yenidən gündəmə gəldi...

14.05.2024 | 19:40
Ərazilərimizin işğalında Yeltsinin məsuliyyəti ilk dəfə rəsmi deyildi...

14.05.2024 | 19:26
Ermənistan sərhədlərlə bağlı Azərbaycanın daha bir mühüm tələbini yerinə yetirir...

14.05.2024 | 19:18
“Bakcell”in yeni məhsulu – “F1 Star” artıq satışda

14.05.2024 | 19:05
Ermənilər İsanın 12 apostolundan biri Varfolomeyi də saxtalaşdırdı - Qız qalasında böyük fakt...

14.05.2024 | 18:50
"Fransa təhlükəsizlik qüvvələrinin kanak xalqına qarşı törətdiyi zorakılıqlar..." - Bakı Təşəbbüs Qrupundan BƏYANAT

14.05.2024 | 18:39
Çin-Avropa dəmiryolu yükdaşımalarına maraq artır - Azərbaycan mərkəzi rolda...

14.05.2024 | 18:33
Şuşa yeni köçən 38 ailəyə mənzillərin açarları təqdim edildi - FOTO

14.05.2024 | 18:26
ABŞ da nəhayət Almatı sülh prosesini dəstəklədi...

14.05.2024 | 18:12
COP29 azad regionlarımızın inkişafında yeni mərhələ açacaq...

14.05.2024 | 17:58
Ermənistanda delimitasiya əleyhinə prosesi hansı dövlət idarə edir - rəsmi eyham...

14.05.2024 | 17:44
İdxal edilən qarğıdalıya görə ildə 2 milyon dollardan çox pul itiririk...

14.05.2024 | 17:30
Bank sektorumuzda dəhşətli rəqəm - 3,2 dəfə çoxdur...

14.05.2024 | 17:17
Tavuşun 3 nöqtəsində delimitasiya niyə dayandırılıb - erməni deputat izah etdi...

14.05.2024 | 17:04
Qalmaqallı qanun Gürcüstan parlamentini qarışdırdı - əlbəyaxa dava, söz atışmaları işə yaramadı, qanun parlamentdən keçdi

14.05.2024 | 16:50
“Google Maps” Azərbaycanla Ermənistanın arasında ikiüzlülük edir...

14.05.2024 | 16:37
ABŞ-dan şok iddia - Ruslar Xarkova girsə, Qərb Ukraynanı atəşkəsə məcbur edəcək...

14.05.2024 | 16:24
Paşinyan: "Azərbaycanla sülh müqaviləsi imzalamağın vaxtı çatıb"

14.05.2024 | 16:19
Prezident “Dəmir Yumruğun” anonsunu 24 il əvvəl veribmiş

14.05.2024 | 16:17
Ceyhun Bayramov ATƏT sədri ilə görüşdü - YENİLƏNDİ

14.05.2024 | 16:16
Nəqliyyat, rabitə və yüksək texnologiyalar üzrə İşçi qrupunun növbəti iclası Xankəndidə keçirilib

14.05.2024 | 16:14
Aİ-dən Putinə şərtli çağırış - ertəsi gün sülh danışıqları başlayacaq...

14.05.2024 | 16:01
Vüqar Rəhimzadə: “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı birlik, həmrəylik bayramına çevrildi

14.05.2024 | 15:56
Sahibə Qafarova və Simonyan Cenevrədə görüşəcəklər...

14.05.2024 | 15:34
Yunus Oğuz ilə BƏYAZ MMC arasında müqavilə imzalanıb

14.05.2024 | 15:33
Azərbaycanın Milli Məclisinin deputatları Şimali Kipr Türk Cümhuriyyətinin parlamentində olublar

14.05.2024 | 15:31
Ersin Tatar: "Şimali Kipr xalqının apardığı mübarizə bütün Türk dünyasının haqlı mübarizəsidir"

14.05.2024 | 15:29
Ermənistan hakimiyyəti "Qarabağ erməniləri" mövzusundan imtina etdi...

14.05.2024 | 15:22
DİN kibertalama ilə bağlı çağırış etdi - risklər artır, hər kəs diqqətli olmalıdır...

14.05.2024 | 14:58
Qukasyanın həbs müddəti uzadıldı

14.05.2024 | 14:46
İcma ATƏT-i Ermənistandan qovulmuş azərbaycanlıların qayıdışına dəstək verməyə çağırdı

14.05.2024 | 14:44
Avroparlamentin üzvü məcburi köçkünlər üçün yaradılan şəraitlə tanış olub

14.05.2024 | 14:30
Rusiya Müdafiə Nazirliyində səs-küylü əməliyyat - məşhur general həbs edildi...

14.05.2024 | 14:11
BANM tələbəsi ABŞ Universitetindən 100 min dollarlıq təqaüd qazanıb

14.05.2024 | 14:10
"Azərbaycan-Ermənistan normallaşma prosesində birbaşa danışıqlar ən müsbət nəticə verən formatdır" - Ceyhun Bayramov

14.05.2024 | 14:08
"Azərbaycan Çinin ərazi bütövlüyünü və “Vahid Çin” siyasətini daim dəstəkləyib" - Prezident İlham Əliyev

14.05.2024 | 13:56
ATƏT sədrinə Qərbi Azərbaycan İcmasının məktubu təqdim olundu

14.05.2024 | 13:35
"Uzun illər ərzində ATƏT-dəki dövlətlərin ədalətli mövqeyini görmədik" - Ceyhun Bayramov

14.05.2024 | 13:27
"ATƏT sədrliyindən sonra başa düşdük ki, təşkilata təsir edən çağırışlar var" - İan Borq

14.05.2024 | 13:03
Пашинян может получить церковный инсульт, если... - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

14.05.2024 | 12:00
Yardımlıda 2 şəxsdən 14 kiloqram marixuana götürülüb

14.05.2024 | 11:15
Bu şəxslər də təhsil krediti ala biləcəklər - Baş nazir bu barədə Qərar imzalayıb

14.05.2024 | 11:15
"Sülh gündəliyinin irəliyə aparılması üçün Azərbaycan ilə Ermənistan arasında danışıqlar prosesi davam etdirilir" - Prezident

14.05.2024 | 11:10
Bu ölkədə dəvələr üçün işıqforlar quraşdırılıb

14.05.2024 | 11:07
Prezident İlham Əliyev Çin Xalq Siyasi Məşvərət Şurasının Ümumçin Komitəsinin sədr müavinini qəbul edib - FOTO/YENİLƏNDİ

14.05.2024 | 11:04
10 boksçumuz 1/4 finala yüksəlib

XƏBƏR ARXİVİ

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031