Xırdalanda 39 yaşlı kişini avtomobil vurub
Abşeron rayonunda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Belə ki, Xırdalan şəhərində yolu keçən 1985-ci il təvəllüdlü İsmayıllı Vüsal Feyzulla oğlunu avtomobil vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona boyun fəqərəsinin sınığı diaqnozu qoyulub. Yaralının vəziyyəti ağır qiymətləndirilir. Fakt araşdırılır.
Mətləb Salahov