Ermənistan hakimiyyəti "Qarabağ erməniləri" mövzusundan imtina etdi...
"Ermənistanın dövlət elitası beynəlxalq təmaslarda Qarabağdan köçürdükləri ermənilərlə bağlı daha heç bir fikir, iddia və müraciət səsləndirmirlər." Bu fikirlər “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyevin öz Facebook səhifəsində paylaşdığı statusunda yer alır. A.Quliyev yazır: Əvvəllər qabaqlarına çıxan xarici diplomat və rəsmi şəxslərə yeri oldu, olmadı bu haqda danışmaqdan sanki ləzzət alırdılar. İndi 180 dərəcə dəyişiblər. Bu mövzunu öz diplomatik və siyasi leksikonlarından çıxardıblar. Əslində ən düzgün və perspektivli mövqe elə budur. Mümkün olmayanı boş gündəm mövzusuna çevirməkdənsə, real olmaq daha yaxşıdır. Bu, ermənilərin özləri üçün də çox sərfəlidir .....
Buna Zəfərimizin böyük nəticələrindən biri demək lazımdır....
Mətləb