KÖHNƏ VERSİYA            

Bir çox kolleclərin "başı ağrıyacaq"...

Image

Kamran Əsədov: “Bəzi ixtisaslı kolleclər bağlanmalıdır”

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən orta ixtisas təhsili müəssisələrində mütəmadi olaraq monitorinqlər aparılır. Bir sıra kolleclərdə nöqsanlar aşkarlanıb, təhsil müəssisələrinin vəzifəli şəxsləri işdən çıxarılıb. 

Agentliyin yaydığı məlumatda qeyd edilir ki, kolleclərin kadr potensialının möhkəmləndirilməsi, tədris prosesinin təşkilinin yaxşılaşdırılması istiqamətində Agentlik tərəfindən görülən tədbirlər davam edəcək.

Kolleclərdə yoxlamaların aparılması fonunda bu təhsil müəssisələrinin ləğv edilməsi ilə bağlı da müzakirələr aparılır.

“Kolleclərin maddi-texniki bazası və kadr potensialı olduqca zəifdir. Onlar əmək bazarının tələblərinə və müasir standartlara cavab vermir” 

Təhsil eksperti Kamran Əsədov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, orta ixtisas təhsil müəssisələri və kolleclərdə kadr hazırlığı yüksək səviyyədə həyata keçirilmir: “Konkret göstəricilərə baxanda kollec məzunlarının keyfiyyət göstəricilərinin aşağı səviyyədə olduğu görünür. Kolleclərin məzunları əmək bazarının tələblərinə cavab vermir. Ona görə də onların işlə təminatı aşağı səviyyədədir. “Təhsil haqqında” Qanuna edilən dəyişikliklərdən sonra insanlar kollec təhsilinə meyl edəcək. Ölkəmizdə təhsilin əlçatanlığı və əhatə dairəsinin genişləndirilməsi üçün islahatlar aparılmalıdır. Bir çox texniki ixtisaslar var ki, onlar üçün kadr hazırlığını peşə təhsili müəssisələrində həyata keçirmək daha məqsədəuyğun olardı”.

Ekspert hesab edir ki, əmək bazarında ehtiyac olan ixtisasların kolleclərə gətirilməsindən sonra  bu addım gənclərin orta ixtisas təhsili ilə əhatəolunma səviyyəsini artıra bilər. Bunun üçün orta ixtisas təhsili müəssisələrinin mövcud vəziyyəti araşdırılmalı, onların infrastruktur, maddi-texniki baza, müəllim-pedaqoji heyətinin potensialının qiymətləndirilməsi aparılmalı və müasir standartlar səviyyəsinə gətirilməlidir: “Bildiyimiz kimi, orta ixtisas təhsili müəssisələri xidmət sahələri üçün kadr hazırlığı işini həyata keçirir. Təbii ki, söhbət keyfiyyətli kadrlardan gedir. Amma hazırda fəaliyyət göstərən bəzi kolleclərdə təhsilin keyfiyyəti heç də qənaətbəxş deyil. Məsələnin digəri tərəfi isə məzunların gələcəkdə iş problemidir. Yəni hazırda orta ixtisas təhsili müəssisələrinin bəzilərinin diplomları tanınmır. Bu amil isə sonda tələbənin iş tapa bilməsində əngəllik yaradır. Bir zamanlar orta ixtisas kadrlarına böyük ehtiyac var idi. O vaxtı ali məktəblər kifayət qədər kadr hazırlamırdılar. Sonradan beynəlxalq təhsil sisteminə inteqrasiya etdikdən sonra təhsilin pillərində müəyyən dəyişiklik əmələ gəldi. Ali məktəbləri iki hissəyə - bakalavr və magistratura pillələrinə böldülər. "Təhsil Qanunu"na əsasən bakalavr peşə ixtisası, magistr pilləsi isə elmi ixitsas verir. Amma hazırda əmək bazarında bakalavrdan çox magistrlara üstünlük verilir. Yəni bu gün bəzən bakalavrların işlə təmin olunmasında problemlər yaranır. Bu fonda kollec təhsili üçüncü dərəcəli kimi görünür. Sovet dövründə qiyabi, axşam məktəbləri var idi. Çünki buna tələb, ehtiyac vardı. İndi isə dövr dəyişib. Nəzərə alaq ki, qiyabi, axşam təhsilinin keyfiyyəti formal xarakter daşıyır. Artıq qiyabi təhsil üzrə bəzi fakültələrin bağlanması, eyni zamanda distant təhsilə keçid nəzərdə tutulub. Yəni bu problem elmi-texniki tərəqqinin inkişafı, dünya təhsilinə inteqrasiya ilə bağlı olan məsələdir. Ümumiyyətlə, dövrümüzdə orta ixtisas təhsilinə ehtiyac azalıb. Orta ixtisas təhsilli iş sahələri azdır. Buna görə də həmin şəxslər iş tapmaqda çətinlik çəkirlər. Düzdür, müəyyən orta ixtisas peşə təhsilinə böyük ehtiyac var. Amma optimallaşdırma, rasionallaşdırma baxımından idarəetmədə təkmilləşdirmə işləri aparılmalıdır. Onu da deyim ki, şirkətlər tərəfindən  həmin təhsil müəssisələrinin diplomları qəbul edilmir. Ona görə də orta ixtisas təhsil müəssisələrinin diplomları ilə işə qəbul yox dərəcəsindədir. Yəni orta ixtisas təhsil müəssisələrinin diplomlarına etimad yoxdur. Sözsüz ki, kolleci bitirmiş ilə ali məktəbi bitirmiş şəxs arasına fərq olmalıdır. Amma bu ildən etibarən “Təhsil Haqqında” Qanuna edilmiş dəyişikliyə görə, kollec məzunları imtahansız, müsabiqədən kənar ali məktəblərə qəbul olacaq ki, bu da gənclərin kolleclərə marağını artıracaq”. 

Həmsöhbətimiz onu da əlavə etdi ki, kollec təhsili Azərbaycanda dəyər və tutum kəsb etmir: “Kolleci bitirən tələbələrin ali məktəblərə daxil olmalarına keçid həyata keçirilsə də, kollec təhsilinin keyfiyyətində ciddi dəyişiklik görmürük. Əsas məsələ kollec məzunlarının işlə təminatı ilə bağlıdır. Kollec məzunlarının işlə təminatı həddindən artıq çətin prosesdir. Əmək bazarında kollec məzunlarına çox az yer verilir. Kolleclərin universitetlərin nəzdinə verilməsi də kollec təhsilinin keyfiyyətini yaxşılaşdırmadı. Əksinə, asılılığı artırdı. Sovet dövrünün texnikum modeli davam edir. Nə müəllim heyətinin keyfiyyətində, nə maddi-texniki bazada, nə də kollec təhsilinin qiymətləndirilməsi istiqamətində hər hansı addım atılıb. Ona görə də oğlanlar bu təhsilə üz tutmurlar. Bakı Neft-Energetika, Maliyyə-İqtisad kollecləri var ki, bu kolleclər oğlanlar üçün maraq kəsb edə bilər. Lakin buranı bitirən məzunların işlə təminatında problem yarandığı üçün onlar bu tipli təhsil müəssisələrinə üz tutmurlar”. 

K.Əsədov qeyd etdi ki, hazırda Azərbaycanda 58 orta ixtisas təhsili müəssisəsi - kollec var. Bunlardan 57-si dövlət, 4-i isə qeyri-dövlət – özəl təhsil müəssisəsidir. Dünyanın bir çox ölkəsində kolleclərin əksəriyyəti ali məktəblərin nəzdində yerləşir, məzunlar ali məktəbin bu və ya digər pilləsində təhsil almaq üçün hazırlanırlar. Bizdə kollec məzunlarının bilik səviyyəsi çox aşağıdır. Hətta monitorinq aparılanda üzə çıxdı ki, pedaqoji kolleclərin məzunları müəllimlərin işə qəbulu imtahanında müsbət nəticə göstərə bilmir: “Hesab edirəm ki, bəzi ixtisaslı kolleclər bağlanmalıdır. Məsələn, maliyyə ixtisası üzrə kolleclərin olmasına ehtiyac yoxdur. İqtisad Universitetinin profili kifayət qədər genişləndirilib. Digər ali məktəblərdə də iqtisadiyyatın müəyyən sahələrində mütəxəssislər hazırlanır. Bundan başqa, pedaqoji ixtisaslar ümumiyyətlə kolleclərdən çıxarılmalıdır. Çünki ali təhsil məssisələrində bu ixtisaslar üzrə yetərincə kadr hazırlığı həyata keçirilir. Kolleclərdə pedaqoji ixtisaslar üzrə həyata keçirilən kadr hazırlığı çox aşağı səviyyədədir. Yerdə qalır digər əmək tələbatına dair ixtisaslar. Orda da mütəxəssis hazırlığı aşağı səviyyədədir. Kolleclərə ayrılan vəsaitləri peşə məktəblərinə yönəltmək lazımdır. Ən dəhşətlisi budur ki, bugünə qədər kolleclərdə təhsilin keyfiyyəti qiymətləndirilməyib. Kolleclərin akkreditasiyası obyektiv şəkildə aparılmayıb. Təhsil Nazirliyinin nümayəndələri iddia edə bilərlər ki, o kolleclər akkreditasiyadan keçib? Xeyr, kolleclərin o şəkildə qeydiyyata alınması saxta hesab olunmalıdır. Obyektiv akkreditasiya olsa bir neçə ixtisasın fəaliyyəti dayandırılmalı idi. Ya bu kolleclər ali məktəblərə inteqrasiya olunmalıdır, ya da kolleclərin əksəriyyəti bir kollec şəklində birləşdirməlidir. O şəkildə inkişaf etməlidir ki, onun məzunları ilə ali məktəb məzunları arasında rəqabət olsun. Digər tərəfdən, kolleclərin maddi-texniki bazası və kadr potensialı olduqca zəifdir. Onlar əmək bazarının tələblərinə və müasir standartlara cavab vermir”.

Günel CƏLİLOVA







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

23.12.2024 | 10:20
Cem Yılmaz Bakıda konsert verəcək - 450 manatlıq biletlər...

23.12.2024 | 10:20
Bakıda Azərbaycan Din Xadimlərinin Forumu keçirilir

23.12.2024 | 10:10
Prezidentin şəxsi telefonu araşdırılır - Koreya polisindən ŞOK addım

23.12.2024 | 10:05
Üç Afrika ölkəsindən Fransaya XƏBƏRDARLIQ

23.12.2024 | 10:00
“Liverpul”dan “Tottenhem”ə futbol dərsi - 6:3!

23.12.2024 | 09:30
Deputatlar Baş nazirin istefasını tələb edirlər - Trüdo ŞOKDA...

23.12.2024 | 09:20
Sumqayıtda 15 yaşlı yeniyetmə bıçaqlanıb

23.12.2024 | 09:13
Bəzi ərazilərdə duman müşahidə olunur – faktiki hava şəraiti açıqlandı

23.12.2024 | 09:10
"Sərhədi qanunsuz miqrantlar üçün bağlayacam" - Trampdan miqrantlara BƏD XƏBƏR

23.12.2024 | 09:05
"Qalatasaray" darmadağınla qalib gəldi, "Fənərbaxça" ilə xal fərqi 8-ə çıxdı...

23.12.2024 | 09:00
Ceyhun Bayramov Serbiyaya işgüzar səfərə gedib

23.12.2024 | 08:30
Braziliyada təyyarə qəzası 10 nəfərin həyatına son qoydu

23.12.2024 | 08:22
Şuşaya daha 51 ailə köçürüldü

22.12.2024 | 21:35
Əsədin qardaşı Mahir Əsəd və rejimin yüksək rütbəli üzvlərinin Suriyadan necə qaçdıqları ortaya çıxdı...

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031