Cümə günü, 18 iyul 2025
     

Ermənistan sərhədlərlə bağlı Azərbaycanın daha bir mühüm tələbini yerinə yetirir...

Image

Rusiya hərbçilərinin Ermənistanın Azərbaycanla sərhəd bölgələrindən çıxarılması prosesi davam edir. Məlumata görə, Rusiya sərhədçiləri Ermənistanın Azərbaycanla sərhədində yerləşən Sünik, Vayots Dzor, Geqarqunik, Ararat və Tavuş vilayətlərindəki dayaq məntəqələrini tərk etməyə başlayıblar.

Xatırladaq ki, mayın 8-də Moskvada Rusiya prezidenti Vladimir Putin və Ermənistan baş naziri Nikol Paşinyan arasında keçirilən görüşdə bununla bağlı razılıq əldə edilib. Razılaşmaya əsasən, Rusiya hərbçiləri 44 günlük müharibədən sonra şifahi razılaşma əsasında yerləşdikləri məntəqələri tərk etməlidirlər. Ermənistanın "Qraparak" nəşri bu fonda olduqca maraqlı bir iddia ilə çıxış edib: "Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan prezidenti İlham Əliyevin daha bir tələbini yerinə yetirib. Paşinyan mayın 8-də Moskvada Putinlə görüşdükdən sonra Rusiya sərhədçilərinin sərhəd boyu ərazilərdən çıxarılması prosesinə start verib. Rusiya sərhədçiləri əsasən Azərbaycanla sərhəddən geri çəkilirlər. İran və Türkiyə ilə sərhəddə isə qalırlar. Bu, İlham Əliyevin tələblərindən biridir. Sülh müqaviləsinin ilkin variantında rəsmi Bakı tələb irəli sürmüşdü ki, Ermənistan-Azərbaycan sərhədində üçüncü ölkənin nümayəndələri dayanmamalıdır. Bizə həmin sənədin cızma-qarasını verdilər. Orada yazılır ki, "tərəflər öz sərhədlərində üçüncü tərəf qüvvələrinin olmasını istisna etməlidir". Yəni Paşinyan rus sərhədçilərini çıxarmaqla suverenlik və müstəqillik nümayiş etdirməyib, Əliyevin daha bir tələbini yerinə yetirib". Ermənistan parlamentinin keçmiş deputatı, xüsusi təyinatlı sabiq səfir Edmon Manukyan da məsələ ilə bağlı olduqca maraqlı açıqlma verib: "Çox maraqlıdır, Kremldə nə baş verib ki, Nikol Paşinyan Vladimir Putindən Rusiya sərhədçilərinin Ermənistan-İran sərhədində qalmasını xahiş edib? Rusiya və Ermənistan liderlərinin əldə etdiyi son razılaşmaya əsasən, rus hərbçilərinin Azərbaycanla sərhəddə yerləşən mövqelərdən geri çəkildikləri bildirilir. Onların, həmçinin, Zvartnots hava limanından da çıxacağı açıqlanıb. 44 günlük müharibədən sonra rusların sərhəddə yerləşməsi Ermənistanın uğuru kimi təqdim edilirdi. Maraqlıdır ki, İrəvanın xahişi ilə rus sərhədçilərinin Türkiyə və İranla sərhəddə xidmətə davam edəcəyi qeyd olunur. Görəsən, Kremldə nə baş verib ki, Paşinyan belə bir şey istəyib?". Keçmiş deputat İrəvan hökumətinin bir-birinə zidd siyasi addımlar atdığını deyib: "Belə vəziyyətdə Avropa ittifaqı rəsmiləri, Ceyk Sallivan, Ursula fon-der Leyen, Emmanuel Makron bizim haqqımızda nə düşünəcək? Bir tərəfdən Aİ-nin müşahidə missiyasının Azərbaycanla sərhəddə xidmət etməsini, digər tərəfdən isə rusların Türkiyə və İranla sərhədimizdə qalmasını istəyirik. Hələ parlamentin sədri Alen Simonyan da Ukraynada davam edən müharibədə tərəf tutaraq Rusiyanı işğalçı adlandırır. Lakin mənə maraqlı qalan hələ də İranla sərhədimizdə rusların qalmasının vurğulanması oldu. Ölkədə hərə bir şey deyir. Xalqa açıqlayırlar ki, biz Avropaya üz tuturuq, sonra deyirlər, Rusiya ərazimizdən çıxmayacaq".

Qeyd edək ki, əslində, prosesin bu səpkidə inkişaf etməsində Ermənistanın Qərbə yaxınlaşmasının da rolu var. Hələ bu ilin yanvarında məlumat yayılmışdı ki, Almaniya Rusiya sərhədçilərinin Ermənistandan tezliklə çıxarılmasında maraqlıdır, bu və digər addımların müqabilində Berlin İrəvana maliyyə yardımı təklif edir. Həmin vaxt TASS-a məlumatlı Rusiya mənbəsi bildirmişdi: "Almaniya Ermənistanı Qərbin anti-Rusiya siyasətinə sürükləməyə çalışır. Berlinin vəzifəsi mümkün qədər İrəvanla Moskva arasında çəkişmə yaratmaqdır. Almanlar rus sərhədçilərinin Ermənistan ərazisindən tezliklə çıxarılmasında, həmçinin, hakimiyyəti öz dövlət aparatında Rusiyaya dost olan şəxslərdən təmizləməsində, o cümlədən silahlı qüvvələrin, kəşfiyyat xidmətlərinin və hüquq-mühafizə orqanlarının lüstrasiya edilməsində maraqlıdır. Bunun müqabilində Berlin İrəvana maliyyə və texniki yardım göstərməyi, o cümlədən Qarabağ ermənilərinin Avropa İttifaqı ölkələrinə kütləvi mühacirətinin qarşısını almaq üçün Nikol Paşinyan hökumətinin səylərinə dəstək verməyi təklif edir". Hələlik isə görünən odur ki, Azərbaycan-Ermənistan sərhədində iki ölkənin sərhədçiləri dayanacaq. Bu, ölkəmizin maraqlarına və istəklərinə tamamilə uyğundur. Baş verənləri şərh edən ekspert Natiq Cəfərli qeyd edir ki, 2020-ci ildən üzü bəri Azərbaycanın atdığı addımlar, ərazi bütövlüyü və suverenliyimizin bərpası Rusiyanın bölgədə rolunun dəyişməsinə səbəb olub: "Sualın əsas cavabı, təbii ki, Rusiyanın Ukraynaya təcavüzü, bu müharibənin 2 il 3 aydır davam etməsidir. Kremlin özü, hətta istənilən beynəlxalq beyin mərkəzi, istənilən ölkə Ukraynanın bu qədər davam gətirəcəyinə inanmırdı, bütün hesablar daha qısa müddət üçün hazırlanmışdı – amma hesablar tutmadı. Kəskin şəkildə artan beynəlxalq qarşıdurma Rusiyanı "yaxın, dost ölkə" axtarışından "heç olmasa, düşmən olmayan ölkə" modelinə keçməyə məcbur etdi. Bu gün Qazaxıstan, Qırğızıstan belə Rusiyanın MİR bank kartlarını bloklayır, Qərb ölkələri ilə açıq dialoq qurub stateji sənədlər imzalayırlar. Bütün bunlar 5 il əvvəl mümkünsüz idi – bu gün Rusiyanın durumu artıq başqa reallıqlar diktə edir. Kreml yeni stateji yola baş vurub, Ukrayna məsələsini "nömrə 1" elan edib, bütün güc və enerjisini bu müharibədə məğlub olmamağa, əldə etdiyini isə stateji qalibiyyət kimi təqdim etməyə köklənib. Kreml düşünür ki, Ukraynada uğur qazansa, nə Ermənistan, nə Orta Asiya heç yerə gedən deyil, özləri daha yaxın olmaq üçün növbəyə düzüləcəklər. Bu mənada Azərbaycanın durumu, şükür ki, daha yaxşı və fərqlidir. Qardaş Türkiyə ilə bağlanmız stateji ittifaq, Şuşa Bəyannaməsi, həmin sənədin qarşılıqlı müdafiə öhdəliyi bizim üçün çox yaxşı bir qalxan rolunu oynaya bilər. Bu gün Gürcüstanın, Ermənistanın, Orta Asiya respublikalarının yeni təhlükəsizlik "çətiri" axtarışları həm də indiki qeyri-müəyyənliklə bağlıdır".

Nahid SALAYEV



VİDEO

SON XƏBƏRLƏR

18.07.2025 / 21:35
Ermənistanı elə Avropanın özü vurmağa hazırlaşır - Makron nə ilə fərqlənir?..

18.07.2025 / 21:23
65 İLLİK ÖMÜR YOLUNA DƏYƏR VERƏN İNSANA! - Milli İstiqlalçıların Aydın Quliyevə yubiley təbriki...

18.07.2025 / 21:20
31 tona yaxın qızıl almışıq - yığım, ya emal üçün?

18.07.2025 / 21:06
İmamoğlunun həbsindən sonra Türkiyənin iç siyasətində mümkün təmayüllər - sabitlik qalacaqmı?..

18.07.2025 / 20:53
Bakıdan Parisə sərt sillə - dünya mediası Azərbaycanın möhtəşəm uğuruna heyrandır...

18.07.2025 / 20:39
Avropa İttifaqı yeni SSRİ olmaq istəyir - Cənubi Qafqazda ilk olaraq Gürcüstanı əzəcək...

18.07.2025 / 20:26
Qonşularla müqayisədə iki rəqəm bizi geridə qoyur...

18.07.2025 / 20:14
Çin-Hindistan-Rusiya ittifaqı? - XİN-in yeni strategiyasında ən ağır maneə...

18.07.2025 / 20:00
Azərbaycanın çay ixracı azalır... Niyə?

18.07.2025 / 19:47
Azərbaycanın zəngin elmi və mədəni irsinin özünəxas ikili mahiyyəti...

18.07.2025 / 19:35
"Erməni kilsəsi İŞİD-dir, molla rejimi ilə bir addımlayır" - təhqirin biri "1 qəpik"…

18.07.2025 / 19:26
DAMM və İNK kollektivi Aydın Quliyevi təbrik etdi

18.07.2025 / 19:22
Suriyada Türkiyə-İsrail müharibəsi hər an başlaya bilər...

18.07.2025 / 19:09
Akademik Əhliman Əmiraslanov Aydın Quliyevi yubileyi münasibətilə təbrik etdi

18.07.2025 / 19:04
Müəllimlər müəllimi Sabir Qurbanov - FOTO

18.07.2025 / 19:04
BMT-nin İqtisadi və Sosial şurasına üzvlüklə bağlı təlimlər keçirilir

18.07.2025 / 18:50
İsrailin Suriyanı vurması Azərbaycanın siyasətinə bəzi çətinliklər yaradır...

18.07.2025 / 18:46
Bakıda Türkiyə-Azərbaycan Qardaşlıq Forumu keçirildi

18.07.2025 / 18:31
Azərbaycan Türkmənistanın Transxəzər problemini həll edəcək...

18.07.2025 / 18:17
Dünyanın yaradıcı insanlarının bir qrupu “Azərbaycan” Nəşriyyatına toplaşdı - 150 illik işığın əhatəsi... - FOTO

18.07.2025 / 18:03
Ay Paşinyan, Şanxay təşkilatı hara, Avropa Birliyi hara?..

18.07.2025 / 17:49
İrəvanda “Arsax deyən son dilləri də kəsirlər”...

18.07.2025 / 17:36
İrəvan Moskvanı konyakla məst edə bilmədi, ancaq Kreml İrəvanı konyakla vurdu...

18.07.2025 / 17:23
Prezident İlham Əliyev Təzəbinə və Xanyurdu sakinlərinə - Biz burada əbədi yaşayacağıq, daha heç kim bizi bu yerlərdən çıxara bilməz

18.07.2025 / 17:05
"Suriyada sülhün, təhlükəsizliyin və sabitliyin bərqərar olunması mütləq dərəcədə vacibdir" - Azərbaycan XİN

18.07.2025 / 16:51
Xadimələrə maşınını yudurdan məktəb direktoru işdən çıxarıldı

18.07.2025 / 16:36
Polis Maştağada əməliyyat keçirdi - 881 kq çətənə kolu yetişdirilən istixana aşkarlandı...

18.07.2025 / 15:55
Bakıda 12 min manatlıq oğurluq edən və avtomobil qaçıran şəxslər saxlandı

18.07.2025 / 15:43
Valideyn himayəsindən məhrum uşaqlar üçün yaradıcı və psixoloji inkişaf layihəsi

18.07.2025 / 15:40
Prezident Xocalının Xanyurdu kəndində olub, kəndə köçən bir qrup sakinlə görüşüb - FOTO/YENİLƏNDİ

18.07.2025 / 15:36
Azərbaycanlı olduğuna görə Ermənistanda girov saxlanılmış və işgəncələrə məruz qalmış şəxs məhkəmədə ifadə verdi

18.07.2025 / 15:17
Latviya Rusiya ilə sərhəddə bomba sığınacaqları tikir...

18.07.2025 / 15:02
" Yeni Azərbaycan" TV-nin icraçı direktoru Murad Paşayevlə müsahibə - VİDEO

18.07.2025 / 14:33
Dövlət İnvestisiyalarının İdarəedilməsi İnformasiya Sistemi yaradılacaq

18.07.2025 / 14:23
Xocalı kərpic zavodunun açılışı oldu - FOTO

18.07.2025 / 14:20
Azərbaycan MDB İqtisadi Şurasının Moskvada keçiriləcək iclasında iştirakdan imtina etdi

18.07.2025 / 14:06
Bakıdan Naxçıvana avtobus reysləri bərpa olunur...

18.07.2025 / 14:03
Prezident İlham Əliyev Xocalının Təzəbinə kəndində görülən işlərlə tanış olub - FOTO

18.07.2025 / 13:50
Masallıda 12 minlik qızıl oğurlayan şəxs yaxalandı

18.07.2025 / 13:38
"Türkiyə-Azərbaycan münasibətləri özünün ən yaxşı dövrünü yaşayır" - Səfir Birol Akgün

18.07.2025 / 13:25
“Formula-1” tribunalarında tamaşaçı sayı 2 min nəfər artırılıb

18.07.2025 / 13:14
Ağdamın Qiyaslı kəndindəki tarixi məscidin binasının bərpadan sonra açılışı oldu - FOTO

18.07.2025 / 12:47
Ağdam şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçası istifadəyə verildi - FOTO

18.07.2025 / 12:38
Ağdam şəhər 1 nömrəli tam orta məktəbin binasının açılışı oldu - FOTO

18.07.2025 / 12:30
Rusiyanın 20-dən çox bankı SWIFT sistemindən atılır...

18.07.2025 / 12:26
Prezident Ağdam Sənaye Parkında tütün məmulatlarının istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

18.07.2025 / 12:22
"Süni intellektin dövlət auditində tətbiqi auditin müstəqil nəzarət institutu kimi daha da inkişaf etməsinə öz töhfəsini verəcək" - Prezident

18.07.2025 / 12:19
Prezident İlham Əliyev ASOSAI və ARABOSAI təşkilatlarının Birgə Toplantısının iştirakçılarına müraciət ünvanlayıb

18.07.2025 / 12:00
Qubada "Kamaz" və "Jiquli" toqquşub

18.07.2025 / 11:35
Polis təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülərə xəbərdarlıq etdi!

18.07.2025 / 11:25
Zelenski Rüstəm Umerovu Təhlükəsizlik Şurasının katibi təyin etdi

18.07.2025 / 11:22
Bu gündən məktəbəqədər təhsil müəssisələrinə qəbul başlayıb

18.07.2025 / 11:17
Ədliyyə Nazirliyinin nəşriyyat evi ləğv olunur

18.07.2025 / 11:12
Banklar, 105 gəmi, "Şimal Axını" - Avropa İttifaqından Rusiyaya qarşı ən sərt sanksiya!

18.07.2025 / 11:06
Naxçıvanın Baş naziri müşavirə keçirib

18.07.2025 / 11:02
ABŞ Senatından USAID-ə 9 milyard dollarlıq zərbə!

18.07.2025 / 10:30
“Hulusi Akar Azərbaycan Silahlı Qüvvələri ilə fəxr etdiyini bildirdi” – EMİN HƏSƏNLİ

18.07.2025 / 10:18
"Şelburn" - "Qarabağ" matçını bu hakimlər idarə edəcək

18.07.2025 / 10:11
"Tehran erməni dostlarına güvənir" - Mehdi Sobhani

18.07.2025 / 10:06
"Qərb Gürcüstanı qarışdırmağa hazırlaşır" - spikerdən AÇIQLAMA

18.07.2025 / 10:00
Türkiyədə antiterror əməliyyatı - 153 İŞİD-çi saxlanılıb

18.07.2025 / 09:30
Trampdan ŞOK ADDIM - Bu məşhur nəşri məhkəməyə verir!

18.07.2025 / 09:22
Daha bir reper saxlanıldı - bu dəfə söyüşə görə...

18.07.2025 / 09:20
Tələbə təqaüdlərindən adambaşına 3 manat tutqu narazılıq yaradıb...

18.07.2025 / 09:17
11 ölkədən Suriyaya dəstək BƏYANATI

18.07.2025 / 09:09
"Sabah" Avropa Liqası ilə vidalaşdı - hədəf Konfrans Liqasıdır

18.07.2025 / 09:05
Bakının bu əraziləri qazsız qalacaq - XƏBƏRDARLIQ

18.07.2025 / 09:00
Fransada sosial gərginlik - Həmkarlar İttifaqları tətil elan etdi!

18.07.2025 / 08:33
Azərbaycanlıların Rusiyadan vətənə pul göndərişinə məhdudiyyət qoyulacaq...

18.07.2025 / 01:26
Azərbaycanlı döyüşçü Cavid Rzayev Rusiya vətəndaşlığından çıxarıldı...

18.07.2025 / 01:08
Avtomobilinə su qatılmış benzin tökülən İran prezidenti yolda qaldı - Pezeşkian Təbrizə taksi ilə getdi...

18.07.2025 / 00:34
Azərbaycanlı diaspor rəhbəri Rusiyada axtarışa verildi

17.07.2025 / 22:53
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Qurbanqulu Berdiməhəmmədovla görüşündən görüntülər paylaşılıb - VİDEO

17.07.2025 / 22:15
“...65 ilə 650 ilin mirasını sığdırdı...” - Yunus Oğuzdan Aydın Quliyevə yubiley təbriki...

17.07.2025 / 22:06
Prezident İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov Şuşada birgə nahar ediblər - FOTO

17.07.2025 / 21:50
Ermənilər tərəfindən əsir və girov götürülmüş, xəsarətlər almış zərərçəkmişlər məhkəmədə ifadə verdi - FOTO

17.07.2025 / 21:39
Zəngəzur dəhlizi ABŞ-a, Ermənistan dəmiryolu Rusiyaya - Paşinyanın niyyəti...

17.07.2025 / 21:25
20 dövlət “anti-İsrail” sammitinə yığışır - Çin, Qətər, İspaniya...

17.07.2025 / 21:12
Azərbaycan-Türkmənistan əlaqələrində yeni mühüm enerji səhifəsi açılır

17.07.2025 / 20:58
Zəngəzur dəhlizi nəzərdə tutulduğundan da böyük olacaq - inanılmaz...

17.07.2025 / 20:46
Paşinyan Rusiyanın əsas fiquru ilə bağlı bütün planları açdı...

Azərbaycanın zəngin elmi və mədəni irsinin özünəxas ikili mahiyyəti...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910