Zelenski bu iki ölkəyə səfərini ləğv etdi - cəbhədəki vəziyyətə görə...
Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsində ciddi daxili vəziyyətə görə İspaniya və Portuqaliyaya səfərini ləğv edib. Bu barədə “CNN Portugal” telekanalı məlumat yayıb.
Bildirilib ki, Kiyev cəbhə xəttinin bir neçə hissəsində, xüsusən Xarkov vilayətində çətin vəziyyətlə üzləşib. Buna görədə Ukrayna nümayəndə heyətinin xaricə səfəri məqsədəuyğun hesab edilməyib.
Mətləb Salahov