"Uzun illər ərzində ATƏT-dəki dövlətlərin ədalətli mövqeyini görmədik" - Ceyhun Bayramov
Biz uzun illər ərzində ATƏT-dəki dövlətlərin ədalətli mövqeyini görmədik. Bundan əlavə, BMT Təhlükəsizlik Şurası və digər təsisatlar da eyni mövqedən çıxış etdilər. Lakin əsas məsələ odur ki, beynəlxalq prinsiplərin bərqərar olması əsasən böyük dövlətlərin fəaliyyəti ilə əlaqədardır.
Bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov mayın 14-də ATƏT-in fəaliyyətdə olan sədri, Malta Respublikasının xarici, Avropa işləri və ticarət naziri İan Borq ilə keçirdiyi birgə mətbuat konfransı zamanı səsləndirib.
O bildirib ki, dünya düzənində hazırda qeyri-müəyyənlik tendensiyası var. İstənilən halda, fundamental prinsiplərə hörmət edilməlidir. Dünya ictimaiyyəti hansısa dövlətlərin maraqlarından ibarət deyil.
Ceyhun Bayramov deyib ki, uzun illər ərzində ATƏT daxilində keçmiş münaqişənin həllinə yönəlik yaradılan təsisatlar 30 illik fəaliyyətləri dövründə əməli addımlar atılmadı. Nazir bildirib ki, funksional qabiliyyətini itirən bu təsisatların saxlanılmasına heç bir ehtiyac yoxdur.
TAHİR