Şahdağa və Gədəbəyə qar yağıb – Faktiki hava
Bu gün saat 9:00-a olan məlumata əsasən, ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Qeyd edilib ki, bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb, ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensiv olub, Şahdağa və Gədəbəyin yüksək dağlıq ərazilərinə qar yağıb. Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraitinin mayın 18-dək davam edəcəyi gözlənilir.
Mətləb