ABŞ İsrailə bir milyard dollarlıq yeni silah yardımına hazırlaşır...
ABŞ Prezidenti Cozef Baydenin administrasiyası İsrailə dəyəri 1 milyard dollardan çox olan yeni silahların verilməsi təklifi üzərində işləyir.
“The Wall Street Journal” yazır ki, administrasiya bununla bağlı Konqresi də məlumatlandırıb.
Məlumata görə, buna 700 milyon dollarlıq tank sursatları, 500 milyon dollarlıq taktiki maşınlar və 60 milyon dollarlıq minaatan mərmiləri daxildir.
Nəşrin qeyd etdiyi kimi, silah tədarükünü davam etdirmək qərarı Baydenin İsrail hakimiyyəti ilə fikir ayrılıqlarını dərinləşdirmək istəmədiyini vurğulayır.
ZÜMRÜD