Çərşənbə günü, 16 iyul 2025
     

Zəngəzur dəhlizində Kalininqrad modeli yenidən gündəmə gəldi...

Image

Azərbaycan prezidenti İlham Əliyev hələ bu il yanvarın 10-da yerli televiziyalara müsahibəsində belə bir mühüm məqama diqqət çəkmişdi ki, Azərbaycandan Ermənistan ərazisi vasitəsilə Naxçıvan Muxtar Respublikasına insanlar və yüklər heç bir yoxlama aparılmadan keçməlidir: 

"Əks təqdirdə, Ermənistan əbədi dalan kimi qalacaq və dediyim marşrut açılmasa, biz Ermənistanla heç bir başqa yerdə sərhədimizi açmaq fikrində deyilik. Yəni beləliklə, onlar bundan daha çox ziyan görəcəklər, nəinki xeyir".

Bu açıqlamadan sonra Azərbaycandan Ermənistan ərazisi vasitəsilə Naxçıvan Muxtar Respublikasına keçid üçün Kalininqrad variantından istifadə gündəmə gəldi. Elə prezidentin köməkçisi Hikmət Hacıyev Almaniyanın "Berliner Zeitung" qəzetinə müsahibəsində Ermənistandan keçməklə Naxçıvan Muxtar Respublikasını Azərbaycanın əsas ərazisi ilə birləşdirə biləcək yola aid mövqelərini ifadə etdi. O bildirdi ki, ölkəsi malların gömrük və sərhəd nəzarətindən yalnız Naxçıvana daşındığı zaman azad edilməsini gözləyir: "Ancaq mallar Azərbaycandan üçüncü ölkəyə daşındıqda, təbii ki, gömrük və sərhəd nəzarəti Ermənistan tərəfindən təmin olunacaq". Bu fonda prezidentin köməkçisi Kalininqrad modelindən də danışdı: "Azərbaycan asanlaşdırılmış keçidin təmin olunmasını gözləyirdi və biz Kalininqrad kimi modelləri nəzərdən keçirməyə hazırıq". Hazırda Azərbayacnın yanaşması ermənistana yenidən gündəmə gəlib. Qarabağdakı keçmiş separatçıların qondarma "müdafiə naziri" olmuş, hazırda Ermənistanda baş nazir Nikol Paşinyana yaxın mövqe sərgiləyən Samvel Babayan da qeyd edir ki, Azərbaycana Naxçıvana çıxış üçün Kalininqrad variantından istifadə etmək imkanı vermək lazımdır. Babayan bildirib ki, əsas problem demarkasiya yox, yol məsələsidir: "4 kənd verildi, sonra anklavlar, konstitusiyanı dəyişdirmək, gerbin dəyişməsi və s. ilə üzləşəcəyik. Sonda da yol verməli olacağıq. Mən deyirəm ki, Azərbaycanın Ermənistan ərazisi vasitəsilə Naxçıvana çıxışına şərait yaradaq, o halda qalan problemlər həllini tapacaq. Biz bununla sərhədi dəyişmirik, Kalininqrad variantından istifadə edirik. Azərbaycanla bu çərçivədə danışıqlar aparıb, həll yollarını tapmaq lazımdır". Jurnalist "Azərbaycan Zəngəzur dəhlizi istəyir" sözlərinə Babayan "Yalan deyirsiniz" deyə cavab verib: "Azərbaycan prezidentinin noyabr ayında verdiyi bəyanata baxın. Orada deyilir ki, Kalininqrad variantını müzakirə etməyə hazırdırlar və bu, dəhliz demək deyil". Qeyd edək ki, Kalininqrad variantı Azərbaycanın Naxçıvana maneəsiz keçidini təmin etməyə imkan verir. Bu variantda Azərbaycandan Naxçıvana gedən sərnişinlər və daşınan yüklər gömrük yoxlanışına məruz qalmır, lakin bu yoldan istifadə edən üçüncü ölkələrin sərnişin və yüklərinə gömrük və sərhəd yoxlanışı tətbiq edilir.

Azərbaycana Naxçıvana çıxış imkanı verən yol üçün Kalininqrad modelini hələ 2021-ci ildə beynəlxalq siyasət və hüquq üzrə israilli mütəxəssis Mixail Finkel təklif etmişdi. SSRİ dağılandan sonra, digər respublikalar kimi, Litva da müstəqillik qazanıb və Rusiyanın eksklavı olan Kalininqrad ölkənin əsas hissəsi ilə əlaqəni itirmiş olub. Litva ilə Rusiya arasında sərhədlərlə bağlı saziş hələ 1997-ci ildə imzalansa da, Duma bu sazişi ratifikasiya etməmişdi. Rusiya yalnız Kalininqrad vilayətinə tranzit yüklərin keçməsi ilə bağlı razılaşma əldə olunandan sonra həmin sazişi ratifikasiya etdi. Bununla da Litva öz ərazisindən vizasız tranzitə razılaşıb. Amma Avropa İttifaqı ilə Rusiyanın 2002-ci ildəki birgə bəyanatında bildirilir ki, tranzit rejimi Litvanın lazım olan nəzarəti həyata keçirməsinə və öz ərazisinə giriş qadağasını tətbiq etməsinə suveren hüququnu məhdudlaşdırmayacaq. Rus siyasi analitik Andrey Areşev isə qeyd edir ki, Azərbaycan əsas məqsədindən, yəni Ermənistan ərazisindən keçməklə, Naxçıvanla Azərbaycanın qərb rayonları arasında nəzarətsiz kommunikasiya olmasından imtina etmir. Onun sözlərinə görə, ritorikanı nəzərə alsaq, bəzi geosiyasi mövqelər dəyişə bilər, lakin 2020-ci il müharibəsindən sonra Azərbaycan bu ideyadan heç vaxt imtina etməyib: "Sadəcə olaraq, İranın təklifi bir az dəyişdi və bəzi oyun kartlarını, o cümlədən Qərbin oyun kartlarını qarışdırdı, çünki Qərb İran versiyasının əleyhinədir, erməni variantı Qərb üçün daha məqbuldur, müəyyən təmaslardan sonra erməni variantına qayıtmalarının səbəbi də budur. Bu, həm də o deməkdir ki, bunu əldə etmək üçün təzyiq göstərmək lazımdır. Lakin hesab edirəm ki, bu gün bu, böhran mərhələsində olan məsələ deyil, çünki tərəflər ünsiyyət qururlar və delimitasiya ilə bağlı bir-birlərinin qərarlarından razıdırlar, lakin bu, hələ də davam etdirilməlidir və hər hansı düşünülməmiş addım bu prosesə mane ola bilər. Ona görə də hesab edirəm ki, bu marşrut məsələsi bir az sonra aktiv müzakirələrin gündəminə düşəcək".  Fransız politoloq Sebastian Bussua isə qeyd edir ki, Zəngəzur dəhlizi ilə bağlı məsələnin həlli təkcə Naxçıvana birbaşa çıxışı bərpa edəcək Azərbaycana deyil, həm də qonşuları ilə ticarət əlaqələri qura biləcək Ermənistana sərfəli olacaq: "Çinlilər belə razılaşmaları hər iki tərəf üçün uğurlu razılaşma adlandırırlar. Hər iki tərəf ümid edir ki, sülh sazişi noyabrın sonunda Bakıda keçiriləcək COP29-dan əvvəl imzalanacaq".

Tahir TAĞIYEV



VİDEO

SON XƏBƏRLƏR

16.07.2025 / 13:45
Magistraturaya qəbul imtahanında esseyə minimal tələb qoyula bilər...

16.07.2025 / 13:21
Leyla Əliyeva Berdiməhəmmədovun qızı Oquldjaxan Atabayeva ilə görüşüb

16.07.2025 / 13:06
Россия обязана возместить ущерб, нанесённый Азербайджану за 200 лет оккупации - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

16.07.2025 / 12:57
“Su şəbəkələrinə qoşulma” işçi qrupunun növbəti iclası keçirilib*

16.07.2025 / 12:21
"Azərbaycan və Türkmən xalqlarını dərin qardaşlıq ənənələri birləşdirir və müstəqillik dövründə bu əlaqələr daha da gücləndi" - Prezident

16.07.2025 / 12:09
Prezident İlham Əliyevin Qurbanqulu Berdiməhəmmədovla görüşü olub - FOTO

16.07.2025 / 12:05
Avropa İttifaqından Ukrayna SÜRPRİZİ - 88 milyard avroluq yardım...

16.07.2025 / 11:29
Bir gündə ölkə ərazisində 46 cinayətin üstü açılıb- polis

16.07.2025 / 11:13
Paşinyan bu erməni naziri işdən qovdurdu

16.07.2025 / 11:06
I Qarabağ müharibəsinin daha bir şəhidi Xaçmazda dəfn olunacaq

16.07.2025 / 11:03
Paşinyanı devirmək üçün Rusiyanın yeni planı ortaya çıxdı - CANLI

16.07.2025 / 11:00
Altı ayda motosiklet sürücülərinin təqsiri üzündən 17 yol qəzası olub, 4 nəfər ölüb

16.07.2025 / 10:41
“Mentor Klinika” layihəsi çərçivəsində tibb müəssisələrinə baxış davam etdirilir

16.07.2025 / 10:34
Azərbaycanın ədliyyə naziri İraq Federal Ali Məhkəməsinin sədri ilə görüşüb

16.07.2025 / 10:32
Karapetyana qarşı "çirkli pulların yuyulması" ittihamı irəli sürülüb

16.07.2025 / 10:28
Tramp bu dəfə tələbələrin etirazı ilə qarşılaşdı

16.07.2025 / 10:21
Azərbaycanda bu kredit təşkilatı bağlandı

16.07.2025 / 10:17
Sabirabadda arvad ərini bıçaqlayıb

16.07.2025 / 10:12
MMA döyüşçüsü Mahaçqalada güllələndi

16.07.2025 / 10:05
Goranboyda kütləvi dava olub

16.07.2025 / 10:00
İran 2 milyon litr neft daşıyan xarici tankeri ələ keçirib

16.07.2025 / 09:51
Qazaxıstanın iki sığorta brokeri Azərbaycan bazarına daxil olub - Mərkəzi Bank

16.07.2025 / 09:46
Evdən çürümüş kişi meyiti tapıldı...

16.07.2025 / 09:39
Qurbanqulu Berdiməhəmmədov Bakıya gəlib

16.07.2025 / 09:22
Azərbaycanlı boksçu erməni rəqibinə qalib gəldi, Avropa çempionu oldu!

16.07.2025 / 09:18
Tramp Avropa İttifaqı barədə danışdı - "irəliləyiş var"

16.07.2025 / 09:11
Xaçmazda "Kamaz" divara çırpılıb, sürücü ölüb

16.07.2025 / 09:04
Rasim Məmmədov – 60

16.07.2025 / 09:00
Azərbaycanla Çin arasında viza rejiminin ləğvi ilə bağlı saziş bu gündən qüvvəyə minib

16.07.2025 / 08:36
5-ci qrup ixtisas universitetləri attestatla qəbulu dayandırdılar...

16.07.2025 / 01:27
Tramp geri addım atdı və Zelenskiyə xəbərdarlıq etdi – Moskvanı vurmayın...

15.07.2025 / 22:43
Yekaterinburqda Azərbaycan diaspor rəhbərinin oğlu saxlandı

15.07.2025 / 21:31
Tramp Putinə qarşı sərt addımlar üçün 50 gün gözləməyəcək...

15.07.2025 / 21:16
Ölkəyə gələn 31 tonun içində ərəb qızılı yoxdur - niyə?..

15.07.2025 / 21:02
AB Ermənistana 2,5 milyard avro dəstək qərarı verdi...

15.07.2025 / 20:47
“60 kənd boşaldılır, 300 min azərbaycanlı qayıdır” - Qərb daha çox şey gözləyirmiş...

15.07.2025 / 20:33
Zəngəzur dəhlizində 3-cü dövlətin nəzarəti ideyası kimə məxsusdur?

15.07.2025 / 20:20
Trampın bu 50 günü əvvəlki “60, 90 günlərə dönməsə yaxşıdır”...

15.07.2025 / 20:06
“3 dövlət birləşir” - Bakı-Dəməşq “qaz əməkdaşlığına” erməni mediasından hücum başladı...

15.07.2025 / 19:52
Rusiya Akkuyu AES-lə bağlı Türkiyəyə qəbuledilməz şərt qoydu...

15.07.2025 / 19:39
“Dini qurumlarla bu mövzu ətrafında toplaşmağımız çox əhəmiyyət daşıyır”- Rəşad Məcid

15.07.2025 / 19:37
Ermənistanın ağır müharibə cinayətləri məhkəmədə bir-bir sübuta yetirilir...

15.07.2025 / 19:25
Tərəqqi yolunun başlanğıcı – Əhliman Əmiraslanov yazır...

15.07.2025 / 19:12
Ukrayna öz qaz anbarlarını Azərbaycana təklif etdi...

15.07.2025 / 19:05
Polis Sumqayıtda ikitəkərli nəqliyyat sürücüləri ilə maarifləndirici söhbətlər aparıb - FOTO

15.07.2025 / 18:57
Tanınmış tədqiqatçı Qismət Yunusoğlu Aydın Quliyevi təbrik etdi

15.07.2025 / 18:50
Cəlilabaddakı yanğının söndürülməsinə 2 helikopter cəlb edildi

15.07.2025 / 18:44
Ursula Lyayen Paşinyanın “sülh siyasəti” barədə inanılmaz sözlər dedi...

15.07.2025 / 18:30
Subbakalavrların taleyini kim həll etməlidir - universitetlər, nazirlik, ya DİM?

15.07.2025 / 18:16
Tramp Ukrayna müharibəsinin gedişini dəyişəcək qərar verdi...

15.07.2025 / 18:03
Azərbaycanda 2 yeni qoruq yaradıldı - nə dəyişəcək?..

15.07.2025 / 18:00
“...Harada boşluq varsa, onu ya savadsızlıq, ya da xarici radikal çağırışlar doldurur” - Vüqar Əliyev

15.07.2025 / 17:50
Hansı ixtisasın lazım olub-olmadığına DİM özü qərar verə bilərmi?

15.07.2025 / 17:42
Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənildi

15.07.2025 / 17:35
Ukraynanın baş naziri istefa verdi

15.07.2025 / 17:31
İkinci Qarabağ müharibəsinin iştirakçısı “Azəriqaz”da yüksək vəzifəyə təyin olundu

15.07.2025 / 17:27
Vətəndaşların şəxsi məlumatlarını xarici kiberbunkerlərə ötürən şəxs ifşa edildi - 300 min manatlıq ziyan...

15.07.2025 / 17:15
Trampdan Zelenskiyə Putini şoka salan təlimat - Moskva və Peterburqu vurun…

15.07.2025 / 17:01
Şamaxıdan mesaj - Media dinin siyasiləşdirilməsinə qarşı dayanan böyük qüvvədir...

15.07.2025 / 16:50
Ersin Tatar Kipr danışıqlarında Lefkoşanın şərtlərini açıqladı - heç bir federal quruluşundan söhbət gedə bilməz

15.07.2025 / 16:34
Şamaxıda “Müasir informasiya məkanı və dini etiqad azadlığı” mövzusunda konfrans başlayıb

15.07.2025 / 16:05
"Vaqif Poeziya Günləri" Qazaxda başladı

15.07.2025 / 16:03
BDU İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilə əməkdaşlıq haqqında anlaşma memorandumu imzalayıb

15.07.2025 / 15:22
Vətənə sevdalanan ömür...

15.07.2025 / 15:22
ABŞ Rusiyaya qarşı 10 milyardlıq planı işə saldı - Ukraynaya Rusiyanın dərinliklərini vura biləcək raketlər də veriləcək…

15.07.2025 / 14:39
"Ağdamda 8 yaşayış məhəlləsi, 1 qəsəbə, 23 kənd lahiyələndirilir" - Prezidentin xüsusi nümayəndəsi

15.07.2025 / 14:30
"Azərbaycan ilə Türkiyənin birgə layihələri regionun yeni geosiyasi mənzərəsini formalaşdırıb" - Samir Şərifov

15.07.2025 / 14:18
Tramp ATACMS raketləri ilə Rusiyaya zərbə endirməyə icazə verə bilər...

15.07.2025 / 14:02
Evdən 30 min dollar və 12 min manat oğurlayan qadın tutuldu...

15.07.2025 / 13:47
Laçından Ağcabədiyə 120 kq yararsız mal əti aparan şəxs yolda yaxalandı...

15.07.2025 / 13:34
"Azərbaycan ilə Türkiyənin qanunvericilik aktlarını bir-birinə uyğunlaşdırmağa çalışırıq" - Əhliman Əmiraslanov

15.07.2025 / 13:19
"Xain çevrilişə cəhd zamanı can Azərbaycanın ölkəmizə güclü dəstəyini xatırlayırıq" - Türkiyə səfiri

15.07.2025 / 13:10
Дмитрий Киселев! Совет Прессы Азербайджана в отличии от вас, никогда не врёт - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

15.07.2025 / 12:53
Azərbaycandan qardaş Türkiyəyə 15 iyul mesajı - "dərin ehtiram və minnətdarlıqla anırıq”

15.07.2025 / 12:38
Baku Network Parisdə ilk dəfə olaraq erməni təcavüzü nəticəsində həlak olmuş azərbaycanlı jurnalistlərlə bağlı məsələ qaldırıb

15.07.2025 / 12:32
III MDB Oyunlarına 8 ölkədən 1846 idmançı qatılacaq

15.07.2025 / 12:20
"Bu gün Azərbaycanla Türkiyə gələcəyə doğru çiyin-çiyinə irəliləyir" - İlham Əliyev

15.07.2025 / 12:13
Slovakiya Azərbaycanda fəxri konsulluq açacaq

15.07.2025 / 12:10
"Bu layihələrin dünyada analoqu yoxdur" - Prezidentin xüsusi nümayəndəsi

15.07.2025 / 12:05
"Barselona" bu futbolçu üçün "pivəçilər"ə elçi düşdü...

15.07.2025 / 12:00
Hollivud ulduzunun bu fotosu 21 min dollara satıldı...

Ermənistanın ağır müharibə cinayətləri məhkəmədə bir-bir sübuta yetirilir...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910