"ATƏT sədrliyindən sonra başa düşdük ki, təşkilata təsir edən çağırışlar var" - İan Borq
ATƏT sədrliyindən sonra başa düşdük ki, təşkilata təsir edən çağırışlar var. Trend xəbər verir ki, bu barədə ATƏT-in fəaliyyətdə olan sədri, Malta Respublikasının xarici, Avropa işləri və ticarət naziri İan Borq Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında çıxışı zamanı deyib.
“İnanırıq ki, bu çağırışlara cavab verməyə gücümüz var. Bütün təsisat əsaslı qərarların konsensus əsasında qəbul edilməsini dəstəkləyirik. Biz bütün iştirak edən dövlətlərin səylərinə arxalanırıq”, - deyə o bildirib