Suraxanıda yolu keçən qadını avtomobil vurub
![Image](/uploads/posts/2024-05/372545f8-d1d4-3f3b-8c9a-dc98c5d9619b_850.webp)
Bakının Suraxanı rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Belə ki, yolu keçən 1989-cu il təvəllüdlü Bayramova Afaq Səməd qızını avtomobil vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Hadisənin təfərrüatı araşdırılır.
Mətləb Salahov