5 Avropa rəsmisindən Gürcüstandakı etirazçılara açıq dəstək - baş nazir od püskürdü...
Gürcüstanda səfərdə olan Avropa İttifaqına üzv beş ölkənin xarici işlər komitələrinin sədrləri Rustavelidə davam edən etiraz aksiyasında iştirak edib və aksiya iştirakçıları qarşısında çıxış ediblər.
Gürcüstanın Baş naziri İrakli Kobaxidze isə Avropa rəsmilərinin bu hərəkətinə sərt reaksiya verib və kənardan kollektiv “Milli Hərəkat”ın xeyrinə Gürcüstanın daxili siyasətinə müdaxilə cəhdlərinin qəbuledilməz olduğunu bildirib.
“Səhnəyə konkret ölkələrin deputatları çıxarkən baş verənlərə gəlincə, prinsipcə, dırnaqarası rus qanunu ilə biz bunu tələb edirdik - bu, xarici təsirin şəffaflığıdır. Parlamentin binasının qarşısında, səhnədə bu gün xarici təsirin şəffaflığını görürük - xarici siyasətçilər birbaşa siyasi səhnəyə çıxırlar, lüstrasiyanın miqyasını təsəvvür edin. Təbii ki, kənardan kollektiv “Milli Hərəkat”ın xeyrinə Gürcüstanın daxili siyasətinə müdaxilə cəhdləri qətiyyən yolverilməzdir. Bu, hər şeyin lüstrasiyasıdır. Qalanları ilə bağlı cəmiyyət öz rəyini verəcək” – baş nazir Kobaxidze deyib.
TAHİR