Rusiya Müdafiə Nazirliyində səs-küylü əməliyyat - məşhur general həbs edildi...
Rusiya Müdafiə Nazirliyinin kadrlar idarəsinin rəisi, general-leytenant Yuri Kuznetsov həbs olunub. Bu barədə Rusiya Federasiyası İstintaq Komitəsi məlumat yayıb.
Bildirilib ki, Kuznetsov külli miqdarda rüşvət almaqda şübhəli bilinir. Belə ki, onun kommersiya strukturlarının xeyrinə hərəkət etmək üçün həmin strukturların nümayəndələrindən rüşvət aldığı müəyyən edilib.
Kuznetsovun iş yerində və evində axtarışlar aparılıb. Axtarışlar zamanı Kuznetsovun 100 milyon rubl dəyərində vəsaiti müsadirə olunub.
Kuznetsov 2010-cu ildə Silahlı Qüvvələrin Baş Qərargahının 8-ci İdarəsinin rəisi, 2023-cü ilin mayında isə Baş Kadrlar İdarəsinin rəisi vəzifəsinə təyin edilib.
TAHİR