KÖHNƏ VERSİYA            

Vüqar Rəhimzadə: “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı birlik, həmrəylik bayramına çevrildi

Image

44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizin reallıqlarından biri də “Xarıbülbül” musiqi festivalı ənənəsinin bərpasıdır. Möhtəşəm mədəniyyət hadisəsinə çevrilən bu festivalın özündə ehtiva etdiyi məqamlardan bəhs etmədən öncə Qarabağın tacı, Azərbaycanın döyünən ürəyi Şuşanın dirçəlməsindən, çal-çağırlı günlərinin bərpasından, iqtisadi, siyasi, humanitar və diplomatik mərkəzə çevrilməsindən danışmaq istərdim. Mayın 11-də Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Şuşanın Cıdır düzündə VII “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının və “Şuşa – İslam dünyasının mədəniyyət paytaxtı 2024” ilinin açılışının iştirakçılarından biri kimi böyük qürur hissi ilə qeyd edə bilərəm ki, Şuşa sözün əsl mənasında dirçəlib. Bu il  festivalın məkanının  genişlənərək Laçını da əhatə etməsi hər birimizdə böyük qürur hissi yaratdı. Xüsusi vurğulamalıyam ki, Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin yüksək təşkilatçılığı ilə ərsəyə gələn builki festival böyük maraq və rəğbətlə qarşılandı. Hər kəs şahid oldu ki, həm Heydər Əliyev Fondu, həm də Mədəniyyət Nazirliyi “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının Şuşanın və Laçının adına  layiq və nümunəvi təşkili üçün yüksək peşəkarlıq göstərdilər. Dünyanın bir çox ölkələrindən çoxsaylı musiqiçilərin iştirak etdikləri bu dostluq və musiqi bayramı qədim tarixə malik mədəni irsimizin zəngin ənənələrinin qorunub saxlanılması ilə yanaşı, müxtəlif ölkələri təmsil edən musiqiçilərə ünsiyyət və əməkdaşlıq üçün əlverişli şərait yaradaraq mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsinə töhfə verir.

Azərbaycan daim yerləşdiyi coğrafi məkana görə müxtəlif  mədəniyyətlər, dinlər arasında körpü rolunu oynayır. Atılan hər bir addım, ölkəmizin əməkdaşlıq, birlik, həmrəylik cağırışlarının əməli fəaliyyətdə öz təsdiqini  tapması bu körpünü daha da möhkəmləndirir. Təqdirə layiq haldır ki, builki “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalında Azərbaycanla yanaşı, Birləşmiş Ərəb Əmirlikləri, İndoneziya, İran, Qazaxıstan, Qətər, Qvineya, Mərakeş, Özbəkistan, Türkiyə musiqiçiləri də öz məharətlərini göstərdilər. Həmçinin bu reallığı da xüsusi qeyd etməliyəm ki, Şuşa şəhəri 2024-cü il üçün  İslam dünyasının mədəniyyət paytaxtı elan olunub və builki musiqi festivalı bu mühüm hadisəyə həsr edilmişdi.  Dövlət başçısı İlham Əliyevin açılış mərasimindəki çıxışında qeyd etdiyi kimi, Azərbaycan birinci dəfə deyil ki bu şərəfli ada layiq görülür.  2009-cu ildə Bakı, 2018-ci ildə isə Naxçıvan şəhəri də İslam dünyasının mədəniyyət paytaxtı elan edilmişdilər. Bu, Azərbaycanın İslam dünyasının birliyinin, həmrəyliyinin gücləndirilməsinə davamlı töhfələrinin nəticəsidir. Prezident İlham Əliyev bu qərara görə ICESCO-ya, onun rəhbərliyinə, ICESCO-ya üzv ölkələrə təşəkkürünü bildirərək bu addımı  İslam dünyasının Azərbaycana növbəti dəstəyi, hörməti kimi dəyərləndirdi.

Bu fikirləri “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru, professor Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev 2020-ci il 8 noyabr tarixində Şuşanın işğaldan azad edilməsi müjdəsini xalqa çatdırarkən bildirmişdir ki, əziz Şuşa, biz qayıtdıq. Əziz Şuşa, biz səni dirçəldəcəyik. Bu gün Şuşanın öz əvvəlki simasını bərpa etməsindən qürurla söhbət açırıq. İşğaldan azad edilmiş digər torpaqlarımız kimi, Şuşa da müasir şəhərsalma qaydalarına uyğun olaraq bərpa edilir. İlk olaraq burada infrastrukturun bərpasına və yenidən qurulmasına diqqət yetirildi. Füzulidən Şuşaya Zəfər yolu çəkildi.  Prezident İlham Əliyev mayın 10-da  Füzuli və Laçın rayonlarına, Şuşa  şəhərinə səfəri çərçivəsində  Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda aparılan işlərlə tanış oldu, bu yolda inşa edilmiş birinci tunelin açılışında iştirak etdi. Bu  avtomobil yolu başlanğıcını Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolundan götürməklə, işğaldan azad edilmiş Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarını birləşdirir. Səfər zamanı, həmçinin  Xankəndi-Şuşa-Laçın avtomobil yolunda da  görülən işlərlə tanışlıq  oldu. Bir daha sübut olundu ki, görülən hər bir iş tarixi sahibinə qovuşan torpaqlarımızın dirçəlməsinə, Qarabağın və Şərqi Zəngəzurun cənnət məkana çevrilməsinə, soydaşlarımızın doğma yurd-yuvalarına qayıdışına  xidmət edir. Dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın mədəniyyət paytaxtımıza səfəri zamanı  Şuşa şəhərinin dirçəldilməsi istiqamətində növbəti addım atıldı. Birinci yaşayış kompleksinin açılışı oldu və Şuşa şəhərinə köçmüş  ilk sakinlərlə görüş keçirildi. Bəli, görünən odur ki, Şuşa gündən-günə sözün əsl mənasında, dirçəlir, gözəlləşir, özünün tarixi ruhunu bərpa edir. Hazırda İslam mədəniyyətnin paytaxtında dörd məscid yenidən qurulub, digər məscidlərdə isə təmir-bərpa işləri aparılır.

   Baş redaktor bildirib ki, Prezident İlham Əliyevin bu məkandan bir daha səsləndirdiyi “Biz gəlmişik burada əbədi yaşamağa və bundan sonra Azərbaycan Bayrağı bu torpaqlarda əbədi dalğalanacaq” çağırışı Ermənistana və ona havadarlıq edən dövlətlərə ciddi mesaj olmalıdır. Artıq Azərbaycanın tarixi Zəfərinin reallıqları fonunda işğaldan azad edilmiş ərazilərimizdə, o cümlədən Şuşada ölçüyəgəlməz bərpa-quruculuq işləri həyata keçirilib və bu proses uğurla davam edir. Eyni zamanda, Azərbaycan regionda sülhün,  təhlükəsizliyin təmin edilməsi üçün  Ermənistana  sülh təklifi edilib. Ölkəmizin hər bir addımı ədalətə və beynəlxalq hüquqa söykənir. Prezident İlham Əliyevin VII “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının və “Şuşa – İslam dünyasının mədəniyyət paytaxtı 2024” ilinin açılış mərasimindəki çıxışında qeyd etdiyi kimi, biz 28 il Şuşasız yaşayırdıq. Həm şuşalılar, həm bütün Azərbaycan xalqı bu illəri mənəvi əzab illəri kimi öz yaddaşlarında saxlayırlar və saxlayacaqlar. Azərbaycan xalqının əyilməz ruhunu nümayiş etdirən bu məkan həm işğala qədər, həm işğal dövründə, həm də işğala son qoyulandan sonra hər birimiz üçün doğma və əzizdir.

 Vüqar Rəhimzadə vurğulayıb ki, dövlət başçısı İlham Əliyevin festivalın açılışındakı çıxışı hər birimizi qürurlandıracaq çağırışlarla zəngin oldu. Şuşanı sülhün, zəfərin, qəhrəmanlığın rəmzi kimi dəyərləndirən möhtərəm Prezidentimiz bildirdi ki, ölkəmizdə bir çox beynəlxalq tədbirlər, musiqi festivalları, mədəni tədbirlər keçirilir. Şuşa şəhərinin İslam dünyasının mədəniyyət paytaxtı olması   mədəniyyətimizi həm müsəlman ölkələrinə, həm də dünya ictimaiyyətinə çatdırmaq üçün əlavə imkanlar açacaq. Şuşanın İslam dünyasının mədəniyyət paytaxtı elan edilməsinə həsr edilən “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı birlik, həmrəylik bayramına çevrildi. Belə bir əminlik də ifadə olundu ki, bundan sonra Azərbaycan torpaqlarında daim sülh olacaq. Bütün Azərbaycan xalqının arzusu budur ki, qoy, heç vaxt bu səma altında bir daha top səsləri eşidilməsin. Qoy, bundan sonra buradan ancaq musiqi sədaları səslənsin. 

Baş redaktor  bildirib ki, açılış mərasimindəki çıxışında  ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik də  bu məqama xüsusi diqqət yönəltdi ki,  Şuşa 30 il ərzində Vətənin gözündən uzaq qalsa da, Azərbaycan xalqının övladlarının qəlblərində qorunub saxlanılırdı. Şuşa öz övladlarının sevgisinin və fədakarlığının miqyasını ölçürdü. Şuşa övladlarının ona qayıtmaq üçün çəkdikləri həsrətin səmimiliyinə əmin idi. Xalq dürüstlük, etibarlılıq sınağından uğurla keçərək Qafqaz şəhərlərinin incisini Azərbaycana qaytardı, özü də müzəffər şəkildə qaytardı. Salim bin Məhəmməd əl-Malik  arzusunu da  ifadə etdi: Qoy, həmişə qələbə və nailiyyətimizi bayram edək. Qarabağ Azərbaycandır!

Vüqar Rəhimzadə mədəniyyət paytaxtımız Şuşanın  ötən il türk dünyasının, bu il İslam dünyasının paytaxtı elan edilməsini ölkəmizin xarici siyasətində türk dövlətləri və müsəlman ölkələri ilə əməkdaşlığa xüsusi önəm verməsinin və bu istiqamətdə qazanılan uğurların  yüksək dəyərləndirilməsinin ifadəsi kimi diqqətə çatdırıb. Onu da bildirib ki, Şuşa nəinki Azərbaycanda, bütövlükdə Qafqaz bölgəsində və daha böyük coğrafiyada tarixən mədəniyyət ocağı kimi tanınır. Şuşanın ev sahibliyi etdiyi beynəlxalq əhəmiyyətli tədbirlər  Qarabağlı və Şərqi Zəngəzurlu Azərbaycanın zəngin tarixinin təbliğində əhəmiyyətli rol oynayır.








VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

23.12.2024 | 17:15
“Mirzə İbrahimovun irsinin qorunması və təbliği”

23.12.2024 | 17:05
Kiyev Rusiya qazının Ukrayna üzərindən Avropaya nəqlini dayandırır - tarix də açıqlandı...

23.12.2024 | 16:52
Prezident minimum aylıq əməkhaqqının artırılması ilə bağlı Sərəncam imzaladı

23.12.2024 | 16:47
Moldova separatçı Dnestryanıda hərbi əməliyyata hazırlaşır - Rusiya kəşfiyyatından iddia...

23.12.2024 | 16:45
Prezident İlham Əliyev Biznesin İnkişafı Fondunun Nizamnaməsini təsdiq edib

23.12.2024 | 16:44
İrakli Kobaxidze Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 16:43
TÜRKSOY-un Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

23.12.2024 | 16:35
Rusiya ordusu Ukraynada daha bir bölgəni ələ keçirdi

23.12.2024 | 16:30
“Misli”nin dəstəyi ilə keçirilən Peşəkar İntellekt Liqasının 2024-cü il mövsümü yekunlaşıb - FOTO

23.12.2024 | 16:23
Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi

23.12.2024 | 16:17
Ceyhun Bayramov Serbiya Prezidenti Vuçiçlə görüşdü

23.12.2024 | 15:53
Zakir Həsənov Türkiyənin Quru Qoşunları komandanı ilə görüşdü - FOTO/VİDEO

23.12.2024 | 15:30
Aliment borcu hansı hallarda silinə bilər...

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 14:16
Yakup Erikel Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 14:10
Valentina Matviyenko Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 13:45
Prezident İlham Əliyev Naxçıvanda yeni İES-in tikintisi ilə bağlı sərəncam imzaladı

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

23.12.2024 | 10:20
Cem Yılmaz Bakıda konsert verəcək - 450 manatlıq biletlər...

23.12.2024 | 10:20
Bakıda Azərbaycan Din Xadimlərinin Forumu keçirilir

23.12.2024 | 10:10
Prezidentin şəxsi telefonu araşdırılır - Koreya polisindən ŞOK addım

23.12.2024 | 10:05
Üç Afrika ölkəsindən Fransaya XƏBƏRDARLIQ

23.12.2024 | 10:00
“Liverpul”dan “Tottenhem”ə futbol dərsi - 6:3!

23.12.2024 | 09:30
Deputatlar Baş nazirin istefasını tələb edirlər - Trüdo ŞOKDA...

23.12.2024 | 09:20
Sumqayıtda 15 yaşlı yeniyetmə bıçaqlanıb

23.12.2024 | 09:13
Bəzi ərazilərdə duman müşahidə olunur – faktiki hava şəraiti açıqlandı

23.12.2024 | 09:10
"Sərhədi qanunsuz miqrantlar üçün bağlayacam" - Trampdan miqrantlara BƏD XƏBƏR

23.12.2024 | 09:05
"Qalatasaray" darmadağınla qalib gəldi, "Fənərbaxça" ilə xal fərqi 8-ə çıxdı...

23.12.2024 | 09:00
Ceyhun Bayramov Serbiyaya işgüzar səfərə gedib

23.12.2024 | 08:30
Braziliyada təyyarə qəzası 10 nəfərin həyatına son qoydu

23.12.2024 | 08:22
Şuşaya daha 51 ailə köçürüldü

22.12.2024 | 21:35
Əsədin qardaşı Mahir Əsəd və rejimin yüksək rütbəli üzvlərinin Suriyadan necə qaçdıqları ortaya çıxdı...

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031